Beynəlxalq sülh
və etimad ilinin açılışına
həsr edilmiş tədbirdə Ceyhun Bayramov Qoşulmama Hərəkatının üzv
ölkələri adından
bəyanatla çıxış
edib
Yanvarın 29-da xarici işlər naziri Ceyhun Bayramov
beynəlxalq sülh və etimad ilinin açılış
mərasiminə həsr
edilmiş videokonfrans formatında keçirilən
tədbirdə Qoşulmama
Hərəkatının (QH) üzv ölkələri adından bəyanatla çıxış edib.
Xarici
İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a verilən məlumata görə,
çıxışında bu mühüm təşəbbüsə
görə Türkmənistan tərəfinə təşəkkürünü
bildirən nazir bu xüsusda BMT Baş Assambleyasının
73/338 saylı 12 sentyabr 2019-cu il tarixli qətnaməsinin qəbul
edilməsini alqışlayıb.
Beynəlxalq
sülhün təşviqi
və dəstəklənməsinin
QH üçün ən
vacib məsələ
olduğu, o cümlədən
2019-cu ilin oktyabrında
Bakıda keçirilən
18-ci Zirvə görüşündə,
hərəkata üzv
dövlətlərin dövlət
və hökumət başçılarının sülhün
və təhlükəsizliyin,
qanunun aliliyinin, iqtisadi inkişaf və sosial tərəqqinin, həmçinin
bütün insan hüquqlarının qorunması
və təşviqində
əvəzolunmaz olan
BMT Nizamnaməsinin məqsəd
və prinsiplərinin,
eləcə də beynəlxalq hüququn norma və prinsiplərinin
etibarlılığını bir daha təsdiq etdikləri vurğulanıb.
Nazir
Ceyhun Bayramov QH üzv dövlətlərinin,
dialoq, dözümlülük,
qarşılıqlı hörmət,
anlaşma və barışığın təşviqinə
regional və beynəlxalq səviyyədə
töhfə verməyin,
radikalizmə, ekstremizmə
və nifrət nitqinə qarşı mübarizə aparmağın
vacibliyini bir daha təsdiq etdiklərini qeyd edib. Bu xüsusda, BMT Baş
Assambleyasının dinlərarası
və mədəniyyətlərarası
dialoqun əhəmiyyətini
vurğulayan 74/23 saylı
qətnaməsinin qəbul
edilməsini və onun sosial birliyin,
sülhün və inkişafın, eləcə
də fərdlər, cəmiyyətlər və
millətlər arasında
dözümlülük
və hörmət mədəniyyətinin təşviqinə
verdiyi dəyərli töhfənin QH tərəfindən
alqışlandığı qeyd olunub.
QH-nin millətlərimizin və bütövlükdə
bəşəriyyətin mənafelərinin
təmin edilməsi üçün əvəzsiz
olan BMT-nin və çoxtərəfli
proseslərin gücləndirilməsi
yolu ilə çoxqütblü bir dünya naminə çalışmaq əzmi
ifadə edilib.
Azərbaycan. - 2021.-30 yanvar.- S.2.