Milli Məclisin
sədri İordaniyanın
ölkəmizdəki səfiri
ilə görüşüb
Yanvarın 29-da Milli Məclisin sədri Sahibə Qafarova İordaniya Haşimilər Krallığının
ölkəmizdəki fövqəladə
və səlahiyyətli
səfiri Sami Abdullah Göşeh ilə görüşüb.
Milli
Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
AZƏRTAC-a bildirilib ki,
sədr qonağı salamlayaraq, Azərbaycanın
dövlət müstəqilliyini
ilk tanıyan dövlətlərdən biri
kimi ölkəmizin İordaniya ilə münasibətlərin inkişafına
böyük önəm
verdiyini bildirib. Qeyd edilib ki, Azərbaycan
Prezidenti İlham Əliyevlə İordaniya
Kralı II Abdullah arasındakı səmimi dostluq münasibətləri,
dövlət başçıları
səviyyəsində qarşılıqlı
səfərlərin həyata
keçirilməsi, aparılan
danışıqlar və
tərəflər arasında
imzalanmış sənədlər
münasibətlərimizi
keyfiyyətcə yeni səviyyəyə yüksəldib.
Siyasi müstəvidəki
müsbət dialoq digər sahələrdə
də, intensiv əlaqələrin qurulmasına
şərait yaradır.
Heç də təsadüfi deyil ki, ölkələrimiz həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində
sıx əməkdaşlıq
edir. İqtisadi sahədə əlaqələrimizi
daha da dərinləşdirmək
üçün geniş
imkanlar var.
Milli Məclisin sədri dövlətlərarası münasibətlər
sistemində parlamentlərin
rolunu xüsusi vurğulayaraq, hər iki ölkənin qanunvericilik orqanları arasında əlaqələrin
inkişafının əhəmiyyətindən
danışıb. Bildirib
ki, bu gün
Milli Məclisdə Azərbaycan-İordaniya parlamentlərarası
əlaqələr üzrə
işçi qrupu fəaliyyət göstərir.
Deputatların qarşılıqlı
səfərləri, müxtəlif
beynəlxalq platformalarda
mütəmadi görüşləri
təcrübə və
informasiya mübadiləsi
baxımından çox
önəmlidir. Bu, bölgə
həqiqətlərinin, o cümlədən
Azərbaycanın 44 günlük
Vətən müharibəsində
əldə etdiyi böyük Zəfər barədə məlumatların
geniş ictimaiyyətə
çatdırılması baxımından da əhəmiyyətlidir.
Sədr qonağa diplomatik fəaliyyətində uğurlar
arzulayaraq, onun səfir kimi iki ölkə arasında əməkdaşlığın
inkişafına layiqli
töhfələr verəcəyinə
inamını ifadə
edib.
Səmimi qəbul üçün minnətdarlığını bildirən İordaniya Haşimilər Krallığının
ölkəmizdəki fövqəladə
və səlahiyyətli
səfiri Sami Abdullah Göşeh deyib: “Azərbaycanı sevməmək mümkün
deyil”. Qeyd edilib ki, İordaniya
onunla ortaq dini, mədəni və mənəvi dəyərləri bölüşən
Azərbaycanla əlaqələrin
genişlənməsində maraqlıdır. Hər iki ölkənin dövlət başçıları
arasındakı dostluq
münasibətləri əməkdaşlığımızın
daha da inkişafı
üçün möhkəm
zəmin yaradır. Siyasi, iqtisadi, mədəni sahələrdə
əlaqələrimiz yüksələn
xətlə inkişaf
edir.
Səfir deyib ki, əməkdaşlığımızın
dərinləşməsində parlamentlərin rolu böyükdür. Qonaq İordaniya parlamentinin formalaşması və fəaliyyəti haqqında
ətraflı məlumat
verərək, nümayəndə
heyətlərinin səfərlərinin
və deputatların mütəmadi təmaslarının
əhəmiyyətindən danışıb. Bildirilib
ki, İordaniya xalqı Azərbaycana xüsusi münasibət göstərir və onun ölkəsi gələcəkdə Azərbaycanla
əlaqələri daha
da dərinləşdirmək
niyyətindədir.
Söhbət zamanı parlamentlərarası
əlaqələrin bu
günü, gələcək
inkişaf perspektivləri
və tərəfləri
maraqlandıran digər
məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.
Azərbaycan. - 2021.-30 yanvar.- S.3.