Azərbaycan və
Türkiyə müdafiə
nazirləri arasında
telefon danışığı
olub
Yanvarın 29-da Azərbaycan Respublikasının
Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının
Milli Müdafiə naziri Hulusi Akar
arasında telefon danışığı baş
tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib
ki, müdafiə nazirləri Türkiyə-Rusiya
Birgə Monitorinq Mərkəzinin fəaliyyətə
başlaması ilə
əlaqədar məsələləri
müzakirə ediblər.
Azərbaycan. - 2021.- 30 yanvar.- S.3.