Yerli özünüidarəetmədə gənclərin rolunun artırılmasına dair müzakirələr aparılıb

 

 

 

Milli Məclisin Gənclər idman komitəsinin, Azərbaycan Şəhər, Qəsəbə Kənd Bələdiyyələrinin Milli assosiasiyalarının birgə təşkilatçılığı ilə 47 şəhər, qəsəbə kənd bələdiyyəsinin gənclərdən ibarət təmsilçilərinin iştirakı iləYerli özünüidarəetmədə gənclərin rolumövzusunda videokonfrans təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov, Azərbaycan Şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli assosiasiyalarının koordinatoru, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov konfransın açılışında tədbirin 2 Fevral - Azərbaycan Gəncləri Günü ərəfəsində keçirilməsinin əhəmiyyətindən və bələdiyyələrin fəaliyyəti zamanı gənc bələdiyyə üzvləri üçün yaradılmış geniş imkanlardan danışıblar.

Milli Məclisin Gənclər idman komitəsinin sədr müavini Şahin İsmayılov, Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev tədbirdə çıxış edərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsindəki 44 günlük hərbi əməliyyatlar dövründə hər bir azərbaycanlının, xüsusən gənclərin milli birlik nümayiş etdirdiklərini vurğulayıblar. Dövlət başçısının respublikamızda apardığı çoxsahəli gənclər siyasəti, həmçinin bələdiyyə üzvlərinin qanunvericilikdə nəzərdə tutulan hüquq vəzifələrinin gənclər tərəfindən daha səmərəli yerinə yetirilməsinin vacibliyi qeyd olunub praktiki təkliflər irəli sürülüb.

Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Azər Əliyev təmsil olunduqları qurumların fəaliyyəti barədə məlumat verib, gələcəkdə yerli özünüidarəetmə sahəsində çalışan gənc bələdiyyə üzvlərinin reallaşacaq yeni layihələrdə iştirakları ilə bağlı təkliflərini səsləndiriblər.

Daha sonra mövzu ətrafında müzakirələr aparılıb. Milli Məclisin üzvləri, gənclər təşkilatlarının bələdiyyələrin milli assosiasiyalarının nümayəndələri videokonfrans iştirakçılarının suallarını cavablandırıb tövsiyələrini veriblər.

Bildirilib ki, bu silsilədən olan tədbirlər müntəzəm davam etdiriləcək.

 

Azərbaycan. - 2021.- 30 yanvar.- S.3.