Azərbaycan Qafqazda toqquşan maraqları əməkdaşlıq məcrasına yönəldir

 

 

 

Prezident İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformat çərçivəsində qəbul edərkən yeni nazirə vəzifə yükünün tələblərini izah etməklə yanaşı, bütünlükdə ölkə iqtisadiyyatının vəziyyətini dəyərləndirmişdir.

 

Dövlət başçısı bir neçə istiqamətdə qazanılan nailiyyətləri vurğulamış, avtomobil, dəmir, dəniz hava yollarının inkişafının bütünlükdə Azərbaycanın iqtisadi gücünün artmasına beynəlxalq nüfuzunun yüksəlməsinə səbəb olduğunu diqqətə çatdırmışdır. Qəbulda həmçinin Nəqliyyat, Rabitə Yüksək Texnologiyalar Nazirliyinin qarşısında duran vəzifələrin mahiyyətini təyin edən hədəflər nəzərdən keçirilmişdir.

 

Tarixən Azərbaycan super dövlətlərin maraqlarının toqquşduğu məkan kimi daim diqqət mərkəzində olmuş, ciddi təzyiqlərə uzunsürən münaqişələrə məruz qalmışdır. Lakin ölkəmizin tarixində ilk dəfə Prezident İlham Əliyev bir-biri ilə çəkişən, Azərbaycanı təsir dairəsində saxlamaq istəyən güc mərkəzlərinin maraqlarını əməkdaşlığa, savaş yollarını isə sülh körpülərinə çevirir. Buna baxmayaraq, nasizm girdabında boğulan Ermənistan müxtəlif bəhanələrlə bu əməkdaşlıqdan kənarda qalmağa cəhd edir.

 

Azərbaycan bu gün köklü islahatların sayəsində bütün istiqamətlərdə inkişafa nail olur. Aparılan iqtisadi islahatların reallaşdırılan böyük layihələrin hesabına ölkəmiz nəqliyyat sahəsində lider dövlətlərdən birinə çevrilmiş, beynəlxalq təşkilatların reytinqlərində ən yüksək pillələrə ucalmışdır. Davos Ümumdünya İqtisadi Forumunun hesabatlarında Azərbaycan reytinq cədvəlində bir çox istiqamətlər üzrə qabaqcıl yerlərdədir. Məsələn, biz dünyada avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci, dəmir yollarının səmərəliyinə görə 11-ci, hava nəqliyyatının səmərəliyinə görə 12-ciyik. Nəqliyyat sahəsinə yatırılan sərmayələr dünya çapında Azərbaycanın imicini dəyişmiş, onun nüfuzunu dünyanın ən müasir ölkələri səviyyəsinə qaldırmışdır. Bundan başqa, biz dünyada sülhə əməkdaşlığa qucaq açan tolerant ölkə titulunu da qazana bilmişik.

 

Uzunmüddətli inkişaf strategiyası bizə mühüm tranzit imkanları əldə etməyə imkan vermişdir. Bu gün Azərbaycan cənubla şimalı, qərblə şərqi birləşdirən tranzit ölkədir. Yeri gəlmişkən, qeyd edək ki, son 17 il ərzində ölkəmizdə hər il min kilometr uzunluğunda həm magistral, həm kənd, həm şəhərlərarası avtomobil yolları salınmışdır. Yəni 17 il ərzində 17 min kilometrdən artıq yol çəkilmişdir. Ən əsası isə, düşmən tapdağından azad edilmiş ərazilərimizdə yeni yol infrastrukturunun yaradılmasına start verilmişdir.

 

 Əgər ölkəni canlı orqanizm kimi təsəvvür etsək, bütün növ yolları bu bədəni qidalandıran qan damarlarına bənzətmək mümkündür. Bakı-Tbilisi-Qars dəmir yolunun Azərbaycanın təşəbbüsü ilə inşa edilməsi bölgəmizdə bütövlükdə Avrasiyada yeni nəqliyyat xəritəsini yaratmışdır. Prezident sözügedən videoqəbulda qeyd etmişdir ki, ölkə ərazisindən keçən yolların çoxşaxəli olması imkanlarımızı böyük dərəcədə artırmışdır: “Pandemiya dövründə bütövlükdə bütün dünyada iqtisadiyyatın tənəzzülə uğramasına baxmayaraq, bildirməliyəm ki, “Şimal-Cənub nəqliyyat dəhliziilə daşınan yüklərin həcmi təxminən 20 faiz artmışdır. Bizim dəmir yolu infrastrukturumuzdan bir çox ölkələr istifadə edirlər. Hazırda Çin-Qazaxıstan-Xəzər dənizi-Azərbaycan-Avropa marşrutu, eyni zamanda Əfqanıstan-Türkmənistan-Xəzər dənizi-Azərbaycan-Avropa marşrutu mövcuddur. Bakı-Tbilisi-Qars dəmir yolunu faktiki olaraq Lapis-Lazuli yolu ilə birləşdirdik əlbəttə ki, burada çoxşaxəli nəqliyyat infrastrukturu öz rolunu oynamışdır”.

 

Ölkəmiz dəmir avtomobil yollarından başqa, dəniz nəqliyyatının inkişafında da uğur qazana bilmişdir. Azərbaycan Prezidentinin təşəbbüsü ilə bir neçə il əvvəl istismara verilən Bakı Gəmiqayırma Zavodunda artıq bütün növ gəmilər istehsal olunur. Zavodun həm istehsal gücü, həm məhsullarının çeşidi ildən-ilə artmaqdadır. Hazırda zavodda tankerlər, Ro-Ro gəmiləri yük gəmiləri istehsal olunur. Dövlət başçısı da videoqəbulda gəmiçilikdə ən zəruri nailiyyətin əldə edildiyini dilə gətirmişdir: “Biz bu sahədə xaricdən asılılığı aradan qaldırmışıq, minlərlə yeri açmışıq neft-qaz əməliyyatlarında iştirak edən şirkətlər üçün imkanlar yaratmışıq. Onlar da öz sifarişlərini bu zavoda verirlər”.

 

Prezident İlham Əliyev Xəzər Gəmiçiliyini qısa müddət ərzində müasirləşdirmiş, ən böyük donanmanın yaradılmasına nail olmuşdur. Bu titanik səylərin nəticəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzərdə yükdaşımaları yüksək səviyyədə təşkil edə bilən ən müasir dəniz ticarət limanına çevrilmişdir.

 

Ölkəmizin hava yolları da son islahatlardan uğurla bəhrələnmişdir. Dövlət başçısı qəbulda bu gün ölkənin təyyarə parkının müasir tələblərə cavab verən yük sərnişin hava laynerləri ilə təmin edildiyini bildirmiş, beşulduzlu Heydər Əliyev Beynəlxalq Hava Limanının dünyada 10 limandan biri, MDB- isə birinci olduğunu vurğulamışdır: “Son illərdə 7 hava limanı inşa edilmişdir. Onlardan 6-sı beynəlxalq statusa malikdir bütün növ təyyarələri, o cümlədən ən ağır yük təyyarələrini qəbul edə bilir. Bildiyiniz kimi, Füzuli şəhərində yeni beynəlxalq hava limanının inşasına start verilib azad edilmiş torpaqlarda - ya Laçın, ya Kəlbəcər rayonunun ərazisində ikinci beynəlxalq hava limanı inşa ediləcək”.

 

Bəli, Azərbaycanın müasir nəqliyyat sektoru onun qarşısında qoyulan bütün vəzifələri asanlıqla icra etməyə imkan verir. Bütünlükdə bu sahəyə yatırılan böyük sərmayə qeyri-neft sektorunda iqtisadiyyatın inkişafına müsbət təsir göstərir: “Bu, uzunmüddətli sərmayədir. Bu sərmayələr insanların rahatlığına ölkənin uzunmüddətli dayanıqlı inkişafına nail olmaq üçün qoyulubdur”.

 

Bütün bunların fonunda isə faşızmi, özgə ərazilərini işğalda saxlamağı amalına çevirən Ermənistan bu çoxsaylı layihələrdən kənarda qalmış hazırda iqtisadi kollaps yaşamaqdadır. 30 il qalib görkəmində poza verən bu ölkə indi qarşıdurmaların, xarici təsir təhdidlərin əlində aciz qalmışdır.

 

 

 

Bahadur İMANQULİYEV,

 

Azərbaycan. - 2021.- 30 yanvar.- S.3.