Ağdamda düşmənin atəşi nəticəsində dağılmış evlər yenidən tikilir

 

 

Ötən il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin mərmi raket atəşinə tutulması nəticəsində Ağdam rayonunda da mülki əhaliyə, evlərə, mənzillərə, dövlət əmlakına, infrastruktur obyektlərinə xeyli ziyan dəyib. Bir neçə gündür ki, digər cəbhəyanı rayonlarda olduğu kimi, Ağdamda da mülki əhaliyə məxsus fərdi evlərin tikintisi bərpasına başlanılıb. Bərpa təmir-tikinti işləri Dövlət Şəhərsalma Arxitektura Komitəsi tərəfindən həyata keçirilir.

 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ermənistan silahlı bölmələrinin atəşi nəticəsində Ağdam rayonunun yaşayış məntəqələrində, ümumilikdə, 1500-dən çox evə, həmçinin onlarla qeyri-yaşayış sahəsi, sahibkarlıq obyekti, sosial inzibati binalara, infrastruktura kənd təsərrüfatına ziyan dəyib. Təmiri bərpası mümkün olmayan yaşayış evlərinin əvəzində yeni evlərin inşası nəzərdə tutulur. Hazırda yeni inşa ediləcək fərdi evlərin bünövrəsi qazılır beton işləri görülür. Tikinti işləri ilə əlaqədar əraziyə kifayət qədər işçi qüvvəsi texnika cəlb olunub, inşaat materialları gətirilib.

 

Rayon sakinləri düşmən təxribatları zamanı dəymiş ziyanın aradan qaldırılması istiqamətində görülən işləri müsbət qiymətləndirərək, dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər. Erməni hərbçilərinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində evi dağılmış Xındırıstan kənd sakini Elnur İsmayılov deyib: "Düşmənin artilleriya atəşi zamanı mərmilərdən biri mənim evimə düşmüşdü. Ancaq buna görə məyus olmadım. Əsas odur ki, torpaqlarımız işğaldan azad edildi. Evimiz 3 otaq mətbəxdən ibarət idi. İndi isə 4 otaq mətbəxdən ibarət yeni ev tikilir. Evin layihəsindən görülən işdən çox razıyam. Buna görə Prezidentimizə minnətdarlığımı bildirirəm".

 

Qeyd edək ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin xain hücumları nəticəsində ölkəmizin bir sıra şəhər rayonları artilleriya ballistik raket atəşinə tutularaq, insanlıq əleyhinə cinayətlər törədilib, dinc sakinlər vəhşicəsinə qətlə yetirilib, mülki obyektlərə, fərdi yaşayış evlərinə infrastruktura irimiqyaslı zərər vurulub. Dəymiş bu ziyanın qiymətləndirilməsi aradan qaldırılması məqsədilə Prezident İlham Əliyevin 2020-ci il 6 noyabr tarixli Sərəncamı ilə Dövlət Komissiyası yaradılıb. Dövlət Komissiyasının nəzdində yaradılmış müxtəlif dövlət qurumlarının əməkdaşları mütəxəssislərdən ibarət işçi qruplar tərəfindən qısa müddətdə, ümumilikdə, 11 şəhər rayon ərazisində 10 mindən çox obyektə baxış keçirilib, qiymətləndirmə təmir-tikintinin ilkin planlaşdırılması işləri aparılıb.

 

Zərər vurulmuş obyektlərin tam bərpası təmir-tikinti işlərinin aparılması üçün yaşayış evlərinin obyektlərin tikintisi üzrə sifarişçi funksiyaları, habelə inşa prosesində həyata keçiriləcək işlərin təşkili əlaqələndirilməsi Azərbaycan Respublikası Baş nazirinin 2021-ci il 14 yanvar tarixli Sərəncamı ilə Dövlət Şəhərsalma Arxitektura Komitəsinə həvalə edilib. Dövlət Şəhərsalma Arxitektura Komitəsi 11 rayon şəhərdə bərpa təmir-tikinti işlərinə başlayıb.

 

 

Azərbaycan. - 2021.-30 yanvar.- S.6.