Azərbaycan aliminin həmmüəllifi olduğu monoqrafiya Almaniyanın aparıcı beynəlxalq nəşriyyatıSpringer”də dərc olunub

 

 

 

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor İsmayıl Əliyevin Rusiya Elmlər Akademiyası Sibir bölməsinin A.E.Favorski adına İrkutsk Kimya İnstitutunun əməkdaşları akademik Boris Trofimov Lyudmila Oparinanın həmmüəllifi olduqlarıAromatik tiollar onların törəmələrimonoqrafiyası (Ismayil A. Aliyev, Boris A. Trofimov, Ludmila A. Oparina. “Aromatic Thiols and Their Derivatives” Springer, 2021) Almaniyanın aparıcı beynəlxalq elmi nəşriyyatıSpringer”də ingilis dilində çap olunub.

 

BDU-dan AZƏRTAC-a bildirilib ki, bu monoqrafiya 2018-ci ildə Rusiyanın “Geo” Akademik nəşriyyatında (Novosibirsk) rus dilində nəşr olunmuş monoqrafiyanın genişləndirilmiş təkmilləşdirilmiş variantıdır.

 

Professor İ.Əliyevin həmmüəllifi olduğu monoqrafiyada onun 50 il ərzində aromatik tiollar onların  törəmələri sahəsində apardığı fundamental elmi tədqiqat işlərinin əsas hissəsi öz əksini tapıb. Monoqrafiyada olan 91 irihəcmli cədvəllərin 31 şəklin hamısı professorun 50 illik elmi zəhmətinin nəticələridir. Monoqrafiyada istifadə olunmuş 1105 ədəbiyyatdan 200-dən çoxu görkəmli alim İ.Əliyevin dünyanın müxtəlif kimya jurnallarında dərc etdirdiyi məqalələrinə istinadlardır. Yapon alimi S.Oaenin 1975-ci ildə rus dilinə tərcümə edilərək çap olunanKükürd üzvi birləşmələrin kimyasımonoqrafiyasından 45 il sonra dünyada ilk dəfə bu sahədə irihəcmli bu monoqrafiyanın nəşr olunmasını Azərbaycan kimya elminin növbəti uğuru hesab etmək olar.

 

Monoqrafiya aromatik tiolların onların törəmələrinin - sulfidlərin, sulfoksidlərin, sulfonların, o cümlədən asil, tioasil, alkoksil, mürəkkəb efir, hidroksil, həmçinin halogenlərlə müxtəlif funksional əvəz olunmuş birləşmələrinin sintezi fiziki-kimyasının aktual aspektlərinə həsr olunub. Bir sıra hallarda müqayisə üçün oksigen selen üzvi törəmələri sintez edilərək tədqiq olunub. Əsas diqqət həm ənənəvi klassik sintez üsullarına, həmçinin yeni, əsasən keçid materiallarının katalizator kimi tətbiq edilməklə yeni birləşmələrin sintezinə alınmış maddələrin reaksiyagirmə qabiliyyətlərinin öyrənilməsinə yönəlib. Hər fəslin sonunda aromatik tiolların onların törəmələrinin ən əhəmiyyətli nümayəndələrinin sintezi üsulları ədəbiyyat siyahısı göstərilib. Kitabın əhəmiyyətli hissəsi nəzəri suallar - müxtəlif valentli kükürd atomlarının qonşu aromatik fraqmentlərlə atomlarla quruluşdan asılı olaraq necə qarşılıqlı təsirdə olmaları həm kükürdün bu birləşmələrdə necə körpü rolu oynadığı tədqiq olunur. Konformasiya, spektral (NMR, İQ, UB, YKR), elektrokimyəvi s. müasir fiziki-kimyəvi tədqiqat  üsulları vasitəsilə alınan elmi nəticələr daha da dəqiqləşdirilib genişləndirilib.

 

Nəhayət, kitabda aromatik tiolların onların törəmələrinin dərman preparatları kimi, yüksək texnoloji materiallar, üzvü sintezdə başlanğıc ilkin birləşmələr kimi, analitik reagentlər, yağ yanacaqlara aşqarlar kimi s. sahələrdə əsas praktik tətbiq sahələri göstərilir.

 

Monoqrafiya kimyaçı-sintetiklər, fizika-üzvü kimya, polimerləşmə, farmakologiya s. sahələrdə çalışan mütəxəssislərə ünvanlanıb. O, həmçinin mühəndis-texnoloqlar, biznesmenlər, elementar kükürdün saflaşdırılması ilə məşğul olanlar, müəllimlər, kimya fakültələrinin doktorantları tələbələri üçün faydalı ola bilər.

 

 

Azərbaycan. - 2021.- 30 yanvar.- S.7.