Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

 

 

Azərbaycan Mərkəzi Bankının (AMB) idarə heyəti uçot dərəcəsinin 6,25 faiz səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 5,75 faiz, yuxarı həddi isə 6,75 faiz səviyyəsində saxlanılıb.

 

AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov yanvarın 29-da faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

 

E.Rüstəmov qeyd edib ki, bu qərar ortamüddətli dövr üzrə inflyasiya antiinflyasiya amillərinin tarazlaşması nəzərə alınaraq qəbul edilib. Pul siyasətinin dəyər baxımından yumşaldılmasında fasilə mövcud qeyri-müəyyənliklərin uçot dərəcəsində dəyişmə potensialının qiymətləndirilməsi ilə bağlıdır.

 

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar faktiki inflyasiya səviyyəsi inflyasiya gözləntiləri, proqnoz horizontunda iqtisadi aktivliyin bərpa tempi, daxili xarici risklərin reallaşması ehtimalları, onların maliyyə bazarlarına təsirləri nəzərə alınmaqla qəbul ediləcək.

 

İnflyasiya prosesləri

 

Diqqətə çatdırılıb ki, rəsmi statistikaya görə, dekabrda 12 aylıq inflyasiya 2,6 faiz təşkil edib ki, bu da 2020-ci ilə proqnozlaşdırılan səviyyədən aşağıdır. İstehlak səbətinin əsas alt kateqoriyaları üzrə qiymət dəyişimində fərqli dinamika müşahidə olunur. İstehlak səbətinin ərzaq komponenti qiymət artımının formalaşmasında həlledici paya malik olmaqda davam edir. Ərzaq inflyasiyası son 12 ayda 4,6 faiz təşkil edib. Dünya ərzaq qiymətlərinin artması da ərzaq qiymətlərinə təsir edib. Qeyri-ərzaq məhsulları xidmətlərin qiymətlərinin 12 aylıq artımı 1 faiz ətrafında olub. İnflyasiya gözləntiləri stabil olaraq qalır. Real sektor müəssisələri üzrə monitorinqin nəticələrinə görə, yanvarda ötən aya nəzərən inflyasiya gözləntiləri ticarət, tikinti xidmət sektorlarında sabit səviyyədə qalıb. Sənaye sektorunda isə qiymət artımı gözləntisi qeydə alınıb.

 

Mərkəzi Bankın sədri deyib ki, yanvarda yenilənmiş proqnozlara görə inflyasiyanın 2021-ci ilin sonuna 4 faiz ətrafında formalaşacağı gözlənilir. İnflyasiya proqnozunun yuxarıya doğru təshih edilməsi stimullaşdırıcı fiskal siyasətin dəstəyi ilə məcmu tələbin artması gözləntiləri birdəfəlik amillər nəzərə alınmaqla həyata keçirilib.

 

Xarici sektor

 

Bildirilib ki, xarici balansın yaxşılaşması makroiqtisadi sabitliyin əsas lövbəri olan məzənnəni dəstəkləyir inflyasiya gözləntilərinə sabitləşdirici təsir göstərir. COVID-19-a qarşı peyvəndləmə prosesinin başlanması qlobal iqtisadi bərpa ilə bağlı nikbinliyi artırmaqdadır. Beynəlxalq Valyuta Fondunun yanvar ayında açıqladığı proqnozlara görə, qlobal iqtisadi artımın 2021-ci ildə 5,5 faiz olacağı gözlənilir ki, bu da əvvəlki proqnoza nəzərən 0,3 faiz bəndi yüksəkdir. Lakin ümumilikdə, pandemiyanın qeyri-bərabər sektoral təsirləri, bəzi ölkələrdə vaksinə məhdud çıxış, siyasi gərginliklərin mövcudluğu şəraitində qlobal iqtisadiyyat qlobal bazarlardakı sabitliklə bağlı qeyri-müəyyənliklər qalır. Qiymətləndirmələrə görə, hələ 2022-ci ildə dünyanın bir sıra iqtisadiyyatlarında adambaşına gəlirin pandemiyadan əvvəlki səviyyəyə tam çatmayacağı gözlənilir.

 

Qlobal iqtisadi artım perspektivlərinə dair optimizm dünya neft bazarına müsbət təsir göstərməkdədir. Ötən toplantıdan bəri neftin qiyməti artıma meyilli olub. “Brentmarkalı neftin orta qiyməti 2020-ci ildə 43 ABŞ dolları olduğu halda, bu rəqəm cari ilin yanvar ayının ötən dövründə 55 dollara yüksəlib.

 

Profisitli ticarət balansı şəraitində Azərbaycanın strateji valyuta ehtiyatları 2021-ci ilin yanvar ayında 0,3 faiz artaraq 51,4 milyard ABŞ dollarına çatıb.

 

E.Rüstəmov qeyd edib ki, bütövlükdə, xarici sektor göstəricilərinin yaxşılaşması, qəbul olunmuş makroiqtisadi çərçivə ümumi daxili məhsulu üstələyən valyuta ehtiyatları makroiqtisadi sabitliyin əsas lövbəri olan məzənnənin dayanıqlığının əsas şərtidir.

 

İqtisadi aktivlik

 

Mərkəzi Bankın sədri vurğulayıb ki, 2021-ci ildən başlayaraq məcmu tələbin artımı, o cümlədən istehlak investisiya optimizminin güclənməsi inflyasiya proseslərinə təsir göstərmək potensialına malikdir. Sinxronlaşdırılmış antiböhran tədbirlərinin təsiri ilə qeyri-neft sektoru üzrə azalma tempi bir çox tərəfdaş ölkələrlə müqayisədə aşağıdır. Real sektorun monitorinqinin nəticələrinə görə, yanvar ayında biznes inamı indeksi ötən aya nəzərən tikintidə artım meyilli olub, qeyri-neft sənayesi, ticarət xidmət sektorunda isə sabit olaraq qalıb.

 

2021-ci ildə iqtisadi artımın tədricən bərpa olunacağı gözlənilir. Buna, ilk növbədə, stimullaşdırıcı fiskal siyasət, yumşaq monetar şəraitin qalması, işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri təxirə salınmış tələbin reallaşması dəstək verəcək. Xarici tələbin artması vaksinləşmənin təsiri ilə epidemioloji vəziyyətin yaxşılaşacağı gözləntiləri artım perspektivlərinə dair nikbinlik yaradır.

 

Monetar şərait

 

Monetar şəraitin yumşaq olaraq qalacağı gözlənilir. Ötən iclasdan bəri pul bazarının müxtəlif seqmentlərində qısamüddətli alətlər üzrə faizlərin azalması bir tərəfdən Mərkəzi Bankın yumşaq pul siyasəti, digər tərəfdən isə bank sistemində likvidliyin artması ilə izah edilir. Makroiqtisadi sabitlik hədəfləri çərçivəsində dövriyyədəki likvidliyin daha effektiv idarə edilməsi məqsədilə 2021-ci ilin əvvəlindən Mərkəzi Bankın sterilizasiya alətlərinin çeşidi artırılıb. Belə ki, 28 günlük notlarla yanaşı, 84 günlük, 168 günlük 252 günlük notların yerləşdirilməsi üzrə hərracların keçirilməsinə başlanması barədə qərar qəbul edilib”, - deyə E.Rüstəmov vurğulayıb.

 

Qeyd edilib ki, pul təklifi başlıca olaraq vahid xəzinə hesabının qalığının dəyişməsindən təsirlənir. Son illərdə olduğu kimi, 2021-ci ildə fiskal kanalların pul bazasına artırıcı təsir göstərəcəyi gözlənilir. Pandemiyadan zərərçəkmiş biznes ev təsərrüfatlarına, o cümlədən bank sisteminə dəstək məqsədilə makroprudensial güzəştlərin 2021-ci ilin aprel ayına qədər uzadılması da monetar şəraitə, xüsusilə kredit aktivliyinə əlavə yumşaldıcı təsir göstərir.

 

Risklər balansı

 

Mərkəzi Bankın sədri deyib: “İnflyasiyaya artırıcı təsir edən amillərin rolu ötən toplantıdan bəri artsa da, risklər balansı tarazlıdır inflyasiyanın hədəf intervalında qalacağını deməyə imkan verir. Ortamüddətli proqnoz horizontunda inflyasiyaya azaldıcı artırıcı təsir göstərən amillər bir-birini balanslaşdırır. Artırıcı təsirlərə, ilk növbədə, ilin ikinci yarısından başlayaraq iqtisadi aktivliyin yüksəlməsi gözləntiləri aiddir. Həyata keçirilən stimullaşdırıcı fiskal siyasət yumşaq monetar şəraitin mövcudluğu, təxirə salınmış tələbin reallaşması iqtisadi aktivliyin bərpasını dəstəkləyir. Ortamüddətli proqnoz horizontunda bəzi daxili xarici xərc amillərinin qiymətlərə təsirləri istisna olunmur. Eyni zamanda, qlobal əmtəə maliyyə bazarlarında kövrəkliklər inflyasiya gözləntilərinə təsir potensialını saxlayır. Sabitləşdirici amillərə, ilk növbədə, qəbul edilmiş makroiqtisadi çərçivə aiddir. Cari il üzrə dövlət büdcəsində nəzərdə tutulan neft transfertləri strateji valyuta ehtiyatları bu çərçivəni dəstəkləyir. Son zamanlar neftin qiymətinin yüksəlmə meyili ilə xarici sektor göstəricilərinin yaxşılaşmasının məzənnə ilə bağlı gözləntilərə müsbət təsir edəcəyi ehtimal olunur. Pandemiya dövründə yaranmış qənaətli istehlak davranışlarının mümkün davamı da ortamüddətli dövrdə inflyasiyaya azaldıcı təsir edə bilər”.

 

Faiz dərəcəsi ilə bağlı növbəti qərarlar inflyasiyanın dinamikası proqnozunun hədəfə uyğunluğu, fiskal monetar siyasətlərin təsirləri, istehlak tələbinin bərpa səviyyəsi nəzərə alınmaqla veriləcək.

 

Bu qərar yanvarın 29-dan qüvvəyə minir. Mərkəzi Bankın idarə heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı martın 19-da ictimaiyyətə açıqlanacaq.

 

 

Azərbaycan. - 2021.- 30 yanvar.- S.7.