Erməni nasizminin
fəlsəfəsi
Faşizmin köləsinə
çevrilən xalq intihara
əl atan zavallıya bənzər
Bəşəriyyət üçün böyük təhlükə olan erməni faşist ideologiyası Qafqazda müharibələrin müəllifi və icraçısıdır. Bu dağıdıcı qüvvəni çökdürmək üçün erməni təbliğat vasitələrinin bütün dünyada diqqətlə izlənilməsi, onların bəyanat və çıxışlarının nəyə və hansı məqsədlərə hesablanması ciddi nəzarətdə saxlanılmalı, araşdırılmalı və ifşa edilməlidir.
Unutmalı deyilik ki, erməni təbliğatının kökündə nasist ideologiyası dayanır. Ermənilər bütün addımlarında, hərəkətlərində və dünya mediasındakı çapalamalarında bu ideologiyaya söykənir, ondan bəhrələnirlər. Onların ideoloqları təəssübkeşləri ilə birlikdə ermənilərin guya ali irq kimi hamıdan üstün, qədim və ağıllı xalq olmasını israrla dünyaya çatdırmağa çalışırlar. Nə qədər təəccüblü olsa da, ideologiya “məzlum və əzabkeş xalq” qiyafəsində dəstəklənməkdədir. Nəticədə “əzabkeş xalq” imicini brendə çevirən erməni faşizmi tarixin zibilliyinə atılmaq əvəzinə güclənir və planetar miqyasda təhlükəyə çevrilir.
Bu gün erməni faşizmi bütün xalqların tolerant və sülh şəraitində yaşadığı Qafqazı münaqişələrin və müharibələrin bitmədiyi regiona çevirmişdir. Sonuncu müharibədə işğalçı dövlət kimi darmadağın edilsə də, Ermənistan yenə faşizm ideyalarına sədaqətini gizlətmir, nasist fəlsəfəsinə söykənərək bir tərəfdən yeni müharibələrə körüklənir, digər tərəfdən isə “zavallı” erməni xalqının soyqırımına məruz qalması barədə əfsanələr uydurur.
Faciə ondadır ki, erməni nasizmini müdafiə edən, onlara sığal verib qanadının altına çəkən qüvvələr yetərincədir. Faşizm bəşəriyyət üçün təhlükəlidir, məhz buna görə İkinci Dünya müharibəsində hamı birləşərək alman faşizminə qarşı ölüm-dirim savaşına çıxdı. Amma erməni faşizmi tısbağa kimi qınına çəkilib özünü böyük güclərin Qafqazda maraqlarının yeganə təminatçısı kimi təqdim edir. Ermənistan əxlaqsız məşuqə kimi bu güclər arasında birdəfəlik seçim etmir, kimi güclü sayırsa utanmadan onun qucağına atılır. Təbii ki, köhnə məşuqları ilə də əlaqəni kəsmir, “dünyanın işini bilmək olmaz” deyib onlara da yetərincə siyasi naz və qəmzə satır.
Alman faşizminin İkinci Dünya müharibəsinin bitməsi ilə tarixin küllüklərinə atılması bir oldu. Bəs necə olur ki, erməni faşizmi Qarabağ müharibəsində darmadağın edilsə də, hələ tam can verməyib. Biz erməni nasistlərini müttəhimlər kürsüsündə hələ əyləşdirməmişik. Bu da olacaq. Cəzasız qalacaqlarını güman edən erməni qatilləri əbəs yerə Azərbaycan ərazilərində dirçəlməyə can atırlar. Yenə də xəritələri dəyişməyə cəhdlər edilir, boşaldılmalı ərazilərdə erməni ordusunun tör-töküntüləri mənasız dirəniş göstərirlər. Ermənistandan rusları didərgin salan, meydanlarda isə onların yerinə döyüşməkdən imtina edən Kremli məşhərə çəkən ermənilər indi Xankəndidə sülhməramlı rus generalının qucağına atılıb çəkdirdikləri şəkilləri internet resurslarında xüsusi məhəbbətlə tirajlayırlar. Bunu ona görə edirlər ki, ərazi iddialarından birdəfəlik əl çəkməyi bacarmırlar, rusların saqqızını oğurlayb davaya çəkmək istəyirlər.
Alman faşistlərindən erməni faşistlərinin başlıca fərqi ondadır ki, almanlarla hamı döyüşdü, ermənilərə isə əksinə, bəziləri tumar verib züy tutur. Dədə-babadan görmüşük ki, uşaq ağlayanda kiritməkdən yana ağzına əmzik verirlər. Gəl, baş sındır görüm, böyük güclər zığıldayan erməni faşizmini yüz ildən artıqdır əmziyə tutmaqdan niyə zövq alırlar? Məhz bu əmzikdən qisas südü əmən erməni nasizmi Qafqazda əzəmət sahibi olduğuna arxayın idi. “Qa” deyəndə pulu gəlirdi, “qu” deyəndə də silah-sursatı. Yeri gələndə də başqalarını döyüşə qoşurdular. Qafqazda əbədi müharibələri körükləndirən və istənilən qonşu dövlətin üstünə quduz it kimi atılan erməni millətçiləri cəzasız qalacaqlarına əmin idilər. “Məzlum xalq” titulu sırtıq erməni faşizminin brendinə çevrilmişdi.
Lakin sonuncu müharibədə Azərbaycan Prezidenti dəmir yumruğunu erməni faşizminin qaşqasına çırpdı. Biz Qələbə çalmaqla yanaşı, düşməndən qat-qat güclü, mətin və müdrik olduğumuzu göstərdik. Bu gün artıq müharibədən əvvəlki Azərbaycan deyilik, bir qarış torpaq üçün hətta əliyalın döyüşə atılmağı bacaran yenilməz xalqıq!
Düşmən şəhid olan igidlərimizin ana və bacılarının göz yaşını görmədi. Şəhid anaları, ataları “Vətən sağ olsun!” deyərək məğrur dayandılar. Qadınlarımız əsgər paltarı geyib ərlərinin, qardaşlarının tabutlarını qürurla çiyinlərinə qaldırdılar. Düşmənin bu əzəmətli səhnələrdən bağrı yarıldı.
İndi şəhidlərimizin ruhu bizi daha müdrik və daha tədbirli olmağa, daha cəsarətlə erməni faşist ideologiyasını məhv etməyə çağırır. Erməni faşizmi çökməyənədək onlar savaş ritorikasından əl çəkməyəcəklər, əməllərinə haqq qazandırmaq üçün təbliğat maşınını var gücü ilə işlədəcəklər.
Bunu sadə
bir misalın timsalında izləyək. Ermənistan kapitulyasıya
aktına imza atsa da, üçüncü
cəbhədə - dünya
mediasında savaşmağa
çalışır. Bir qrup rus “ziyalı”sı
gözlənilmədən UNESCO-ya müraciət edir. Bu sənəddə
Rusiyanın ictimai xadimləri Dağlıq Qarabağda və ətraf rayonlarda erməni işğalı
zamanı çoxsaylı
müsəlman irsi abidələrinin dağıdılması
haqqında yox, yalnız xristian mədəni irsinin qorunması ilə bağlı müraciət
edirlər. Ola bilər ki, sənədə imza atan rusiyalı ictimai xadimlərin əksəriyyətinin Qarabağ
abidələri haqqında
məlumatı yoxdur.
Güman
ki, bu sənəd
əvvəlcədən erməni
diasporu tərəfindən
hazırlanıb dövriyyəyə
buraxılıb. Bu məzmunlu çıxışlar
Fransa mətbuatında
və dünyanın digər KİV-ində də yer alır.
Məğlub edilən Ermənistan
bu addımı atmaqla nə demək istəyir? Niyə bu gərəksiz hay-küyü qaldırır?
Məsələ bundadır ki, Qarabağda rayon və şəhərlər işğaldan
azad edildikcə erməni faşistlərinin
törətdikləri bütün
vəhşiliklər üzə
çıxmağa başladı. Dağıdılan, viran qoyulan şəhərlər,
donuz saxlanılan məscidlər, yerləyeksan
edilən mədəniyyət
abidələri, kitabxanalar
erməni vandallığını
ifşa etdi. Demək olar ki, hər
qaytarılan şəhər
və rayondan görüntülər ildırım
sürəti ilə dünya mətbuatına yayıldı. “Məzlum xalq”ın nə dərəcədə
vəhşi, zalım
və qaniçən
olduğunu bütün
dünya gördü.
Məhz bunun qarşısını
almaq üçün
ermənilər dünya
mediasına işğaldan
sonra xristian abidələrinin qorunması
mövzusunu gündəmə
gətirdilər. Alban kilsələrini tərk etmək istəməyən
erməni keşişləri
xristian abidələrini
qorumaq üçün
düşmənlə üz-üzə
duran “müqəddəs
qəhrəmanlar” kimi
təqdim edildi. Faktiki olaraq bu addımla
onlar işğaldan azad edilən ərazilərdə törətdikləri
saysız vəhşilikləri
və cinayətləri
ört- basdır etməyə çalışırdılar.
Mahiyyət etibarı ilə
onların yaydığı
bütün məlumatlar
yalan, feyk xəbər idi. Çünkü biz heç vaxt
ermənilərin törətdikləri
vəhşilikləri etməmişik
və etmərik də.
Erməni təbliğat maşını Dağlıq Qarabağda erməni mədəni irsinin qorunması məsələsini qaldırmaqla, həmçinin daha vacib məsələnin müdafiəsini təşkil etməyə çalışırdı. Belə ki, ermənilərin tarixi saxtalaşdırmaq, özününküləşdirmək kimi çirkin əməlləri bütün dünyaya bəllidir. Onlar işğal etdikləri ərazilərdə 30 il ərzində bir çox tarixi abidələri, o cümlədən qədim alban mədəniyyətini təmsil edən abidə və kilsələri erməniləşdiriblər. Onlar yaxşı bilirlər ki, Azərbaycan tərəfi bu yalanların da üstünü açacaq və bir daha erməniləri ifşa edəcək. Məsələni UNESCO səviyyəsinə qaldırmaqla erməni millətçiləri Azərbaycan alimlərinin əl-qolunu bağlamağa, bu abidələrin keçmişinin araşdırılmasına, erməni saxtakarlıqlarının üzə çıxarılmasına veto qoymağa çalışırlar.
Erməni faşistlərinin Şuşada xaraba qoyduğu bir neçə abidəni sadalayaq: Qarabağ xan sarayı, Xan qızı Natəvanın sarayı, Hacı Quluların mülkü, Saatlı məscidi, Vaqif türbəsi... Bir sözlə, ermənilərin Azərbaycan torpaqlarında tarixi-dini abidələrimizə qarşı saxtakarlıq və cinayət əməlləri beynəlxalq səviyyədə təsbit olunmuş “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının tələblərinə ziddir.
“Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasının və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasının tələblərini ayaqaltı edən erməni təbliğatçıları mindən yuxarı tarixi abidələri, məscidləri, ziyarətgahları, məbədləri, mədəniyyət evləri və kitabxanaları dağıdıb yerləyeksan etdikdən sonra həyasızcasına erməni milli irsinin qorunması barədə müraciətlər təşkil edirlər. Məqsəd isə, təbii ki, erməni irsini yox, erməni vandallığını, saysız cinayətləri gizlətmək, ört-basdır etməkdir.
Təəssüf doğuran odur ki, erməni faşizminin iç üzünə dünya ictimaiyyəti dərindən bələd deyil. Deməli, bizim üçüncü cəbhədə savaşımız uzun illər davam edəcək. Vəzifəmiz erməni faşizmini görməyənləri, ona göz yumanları hərəkətə gətirmək, erməni işğalçılarının bütün cinayətlərini ifşa etməkdir. Bu bizdən daha çox erməni xalqına lazımdır ki, faşist rejiminin köləsinə çevrilməsin, qonşuları ilə ədavətdə yox, dinc yaşamağı bacarsın.
Bahadur İMANQULİYEV
Azərbaycan.-2021.- 7 yanvar.- S.5.