Dövlət yenə vətəndaşının
yanındadır
Erməni təcavüzü nəticəsində
ziyan dəymiş mülki
şəxslərə vəsaitin ödənilməsinə
başlanıb
Keçən il sentyabrın 27-də Ermənistanın növbəti təxribatına ölkəmiz əks-hücum əməliyyatı ilə cavab verdi. Noyabrın 10-dək davam etmiş Vətən müharibəsi Qələbəmizlə başa çatdı. Azərbaycan Ordusu tarixi zəfərin qazanılmasında misilsiz qəhrəmanlıq göstərdi. Bu döyüşlərdə igidlərimiz torpaqlarımızı düşmən tapdağından xilas etmək üçün şəhid və qazi oldular. Azərbaycan əsgəri torpaqlarımız düşməndən azad edilənədək döyüşdü və Ermənistanın Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamasına son qoydu.
Amma bu savaşın bir özəlliyi də var idi. Döyüşlər zamanı Azərbaycan Ordusu bütün beynəlxalq qaydalara əməl edərək mülki əhalini hədəfə almırdı.
Biz əsir götürülən
erməni hərbçilərinə
və döyüş
zamanı ərazidə
qalan mülki əhaliyə qarşı
humanizm prinsiplərindən
kənara çıxmırdıq.
Hətta
düşmənin döyüş
ərazisində qoyub getdiyi yaşlı insanlara lazımi tibbi xidmət göstərmək üçün
onlar Bakıya gətirildi. Bununla bərabər,
döyüşlərdə mülki əhalinin ziyan çəkməməsi
üçün ordumuz
tərəfindən heç
bir yaşayış məntəqəsi atəşə
tutulmurdu. Biz düşməndən fərqli
mövqe sərgiləyir
və onlar kimi davranmırdıq.
Əsgərlərimiz hər zaman
xalqımıza məxsus
yüksək insani keyfiyyətləri nümayiş
etdirirdi.
Ermənilər bunun əksinə olaraq bizim mülki
əhaliyə qarşı
qeyri-insani münasibəti
Vətən müharibəsində
də göstərdi.
Xocalı soyqırımını törədən ermənilərdən bundan başqa nə gözləmək olardı? İşğalçılar döyüşlər başlanan andan, ilk növbədə, cəbhəyanı yaşayış məntəqələrini atəşə tutmağa başladılar. Atəş nəticəsində mülki əhali arasında çox sayda həyatını itirənlər və yaralananlar oldu. Çoxsaylı yaşayış evləri və mülki obyektlər dağıdıldı. Bu vəhşilik müharibə başa çatanadək davam etdi. Gəncə və Mingəçevir şəhərləri ballistik raketlərlə atəşə tutuldu. Tərtər, Bərdə, Naftalan, Ağcabədi, Qəbələ, Xızı da düşmənin hədəfinə çevrildi.
Nəticədə 100-dək dinc sakin həlak oldu, 400 nəfərədək adam yaralandı, 40 mindən çox insan atəş xəttindən uzaqlaşmaq üçün yaşayış yerlərini tərk etməyə məcbur oldu. Baş Prokurorluğun məlumatına görə, ermənilər tərəfindən atılan top mərmisi və raket zərbələri nəticəsində 4186 ev yararsız hala düşmüşdür. Prokurorluq həmçinin bildirir ki, 135 çoxmənzilli yaşayış evi və 548 mülki obyekt yararsız vəziyyətə salınmışdır.
Dövlət həmişə olduğu kimi, bu dəfə də vətəndaşının yanında oldu. Prezident İlham Əliyev “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhalinin əmlakına dəymiş ziyanın ödənilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzaladı. Sərəncama əsasən, dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500, həmçinin digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat məbləğində vəsait ödənilir. Bu bir daha göstərir ki, dövlət heç zaman vətəndaşını taleyin ümidinə buraxmır, ən müxtəlif səbəblərdən ona dəyən ziyanın qarşılanması üçün bütün tədbirləri görür.
Rüstəm KAMAL
Azərbaycan.-2021.- 8 yanvar.- S.1;11.