Əsas şərt müsbət dinamikanı qoruyub saxlamaqdır

 

 

Bir ildir koronavirus dünya ölkələrinin bir nömrəli problemi olaraq gündəmi zəbt etməkdədir. Müxtəlif qorunma vasitələrinə, çoxsaylı tədbirlərə, məhdudiyyətlərin tətbiqinə rəğmən hələ də qlobal bəlanın qarşısını almaq, virusu lokallaşdırmaq mümkün olmayıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatına görə, dünya üzrə ümumilikdə rəsmi olaraq 87 milyon yoluxma hadisəsi, 1,8 milyon ölüm faktı qeydə alınıb. Son 24 saat ərzində yoluxmanın 44 faizdən çoxu Avropanın (261 299) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (242 785), Cənub-Şərqi Asiya (28 584) bölüşür.

Hazırda bəşəriyyət bütün ümidlərini koronavirusa qarşı peyvəndə bağlayıb. Artıq bir sıra ölkələrdə COVID-19 infeksiyasına qarşı peyvəndləmə prosesinə start verilib. Azərbaycanda da bu sahədə lazımi işlər görülübeffektiv vaksinin ölkəyə gətirilməsi üçün bütün addımlar atılıb. Yaxın vaxtlarda ölkəmiz ən yaxşı peyvəndlərdən birini alıb vaksinasiya tədbirlərinə başlayacaq.

 

 

 

Əhalinin üçdəikisində immunitet yaransa, virus yox olacaq

 

 

Azərbaycanda vaksinasiya dövlət hesabına könüllülük prinsipi əsasında aparılacaq. Kütləviliyin təmin olunması üçün əhali arasında peyvəndləmənin aparılmasının vacibliyi əhəmiyyəti barədə geniş maarifləndirmə işlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Vaksinasiyanın aparılmasının məqsədi əhalidə kollektiv immunitetin yaranmasına nail olmaqdır. Epidemiologiyanın qanunlarına əsasən, istər xəstələnmə nəticəsində təbii, istərsə vaksinasiya vasitəsilə yaranan süni immunitet əhalinin üçdəikisində formalaşarsa, epidemik proses sönəcək.

Azərbaycan Prezidenti İlham Əliyev bu il peyvənd tətbiq olunandan sonra normal həyatın bərpa ediləcəyini bildirib: “Ümid edirəm ki, bu il peyvənd tətbiq olunandan sonra pandemiya artıq yavaş-yavaş yoxa çıxacaq. Biz yaxın günlərdə peyvəndi gözləyirik ondan sonra normal həyat bərpa ediləcək. Bizim mədəni həyatımız çox zəngin olmalıdır, müsabiqələr, festivallar keçirilməlidir. Biz həm Azərbaycan mədəniyyətini dünyada təbliğ etməliyik, həm xarici qonaqları bundan sonra da dəvət etməliyik”.

TƏBİB-in İdarə Heyəti yanında Tibbi-elmi komitənin sədri Akif Qurbanov deyib ki, yaxın günlərdə Azərbaycanda vaksinasiya tədbirlərinə start veriləcək. Lakin hesab edilməsin ki, vaksinasiya bütün insanların hamısında immunitet yaratmaq üçündür. Peyvəndləmə ilə insanların müəyyən qismində buna nail olmaq mümkündür: “Bu günə qədər artıq bir çox insan bu virusa yoluxaraq xəstələnib. Bu o deməkdir ki, onlarda virusa qarşı immunitet yaranıb. Beləliklə, vaksinasiya ediləcək insanlarda da bu immuniteti yaratmış olacağıq. Əgər əhali populyasiyasının təxminən üçdəiki hissəsində immunitet yarada bilsək, o zaman virus aramızdan yox olacaq. Bu da pandemiyanın sonu ola bilər. Hər şey bizim düşündüyümüz kimi gedəcəksə, ola bilsin yaya qədər xəstəlik sıradan çıxsın. Lakin bu da virusun tamamilə yox olması demək deyil. Pandemiya hələ bir müddət davam edəcək, amma yoluxma sayları artıq bizi narahat etməyəcək. Yəni yoluxma sayları az olacaq”.

 

A.Qurbanov əlavə edib ki, xəstəliyə tutulub sağalan şəxslərin vaksinasiya olunmasına ehtiyac yoxdur: “Əgər hər hansı bir şəxsin virusa yoluxması rəsmi şəkildə təsdiq olunubsa, yəni analiz verib cavabı pozitiv çıxıbsa xəstəliyi keçiribsə, onların peyvənd olunması mütləq deyil. Vaksin əsasən, ilk növbədə, risk qrupuna aid olanlara vurulacaq”.

 

 

Vaksinasiya hazırlıqları başlayıb

 

 

Yanvarın 7-də “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyipublik hüquqi şəxs (TƏBİB) tərəfindənYeni klinikatibb müəssisəsinin nəzdində olan təlim mərkəzində “COVID-19 - vaksinasiya prosesinin təşkili əlavə təsirlərinin idarə edilməsiadlı təlimlərə start verilib.

Təlimlər zamanı vaksinin daşınması, saxlanması istifadəsi qaydaları, vaksinlərin inyeksiyası zamanı ola biləcək əlavə təsirlərin növləri, allergik reaksiyalar baş verdikdə tibbi yardımın təşkili kimi mühüm təlimatlar praktik məşğələlər şəklində vaksinasiya prosesinin yerlərdə həyata keçirilməsi üçün seçilmiş səyyar briqadaların üzvlərinə çatdırılıb.

Eyni zamanda təlimlər zamanı ilk dəfə olaraq həkim, tibb bacısı və sürücüdən ibarət tibbi briqadanın komanda şəklində işləmə bacarıqları, koordinasiya olunmuş tərzdə sinxron tibbi yardım, müxtəlif situasion hallar zamanı rasional yanaşma taktikaları iştirakçılara təqdim edilmişdir. TƏBİB-in Elmi-tədqiqat və təhsil departamentinin yüksək ixtisaslı əməkdaşları tərəfindən həyata keçiriləcək təlimlərdə hər həftə 40 nəfərlik həkim briqadasının iştirak etməsi planlaşdırılır.

Pandemiyanın ilk günlərindən hazırkı dövrə qədər COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması üçün Azərbaycanda lazımi tədbirlər görülür. Bu tədbirlər sayəsində son günlər koronavirusa yoluxma sayında müsbət tendensiya müşahidə olunur. Xəstəlikdən sağalanların sayı gündəlik yoluxanların sayını üstələyib. İnfeksiyaya gündəlik yoluxma halları da xeyli aşağı düşüb. Bu da məhdudiyyətlərin tətbiqinin, karantinin sərtləşdirilməsinin düzgün qərar olduğunu deməyə əsas verir.

Son günlər qeydə alınan müsbət dəyişikliklər atılan addımların düzgün olduğunu göstərir. Hazırda əsas şərt müsbət dinamikanı qoruyub saxlamaqdır. Bunun üçün də arxayınlaşmamaq, ehtiyatı əldən verməmək, tədbirli davranmaq lazımdır. Cüzi laqeydlik, məsuliyyətsizlik yoluxma sayının yenidən artmasına səbəb ola bilər. Ona görə də mübarizəni sona qədər aparmaq, xüsusi karantin rejiminin qaydalarına ciddi əməl etmək lazımdır.

 

 

Xəyalə MURADLI

Azərbaycan.-2021.- 8 yanvar.- S.1;11.