“Hərbi
qulluqçuların statusu haqqında”,
“Əhalinin sağlamlığının qorunması
haqqında”, “Yol hərəkəti
haqqında”, “Valideynlərini itirmiş və
valideyn himayəsindən məhrum olmuş uşaqların sosial
müdafiəsi haqqında”, “Avtomobil
yolları haqqında”, “Özəl tibb fəaliyyəti
haqqında”, “Dövlət qulluğu haqqında”, “Psixiatriya
yardımı haqqında”, “Onkoloji
yardım haqqında” və “Tütün məmulatlarının
istifadəsinin məhdudlaşdırılması haqqında”
Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2020-ci il 20 noyabr tarixli 200-VIQD nömrəli Qanununun
tətbiqi və Azərbaycan Respublikası
Prezidentinin “Əhalinin
sağlamlığının qorunması haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
barədə” 1997-ci il 25 iyul
tarixli 622 nömrəli, “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
barədə” 2000-ci il 6 mart
tarixli 296 nömrəli, “Sınaq müddəti ilə müvafiq
dövlət orqanlarında dövlət qulluğuna
qəbul üçün əmək
müqaviləsinin (kontraktının) nümunəsinin təsdiq
edilməsi barədə” 2001-ci il 3 sentyabr tarixli 567 nömrəli,
“Dövlət qulluqçuları üçün
bəzi təminatlar haqqında” 2003-cü il
23 oktyabr tarixli
948 nömrəli və “Daimi dövlət
qulluğuna qəbul edilən şəxslə
bağlanılan əmək müqaviləsinin nümunəsi”nin təsdiq edilməsi haqqında”
2019-cu il 16 may tarixli 690 nömrəli fərmanlarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, “Hərbi qulluqçuların
statusu haqqında”, “Əhalinin sağlamlığının
qorunması haqqında”,
“Yol hərəkəti
haqqında”, “Valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”,
“Avtomobil yolları haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Dövlət
qulluğu haqqında”,
“Psixiatriya yardımı
haqqında”, “Onkoloji yardım haqqında” və “Tütün məmulatlarının istifadəsinin
məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2020-ci il
20 noyabr tarixli
200-VIQD nömrəli Qanununun
qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Əhalinin sağlamlığının qorunması
haqqında” Azərbaycan
Respublikası Qanununun
4-cü maddəsində, 32-ci və 33-cü maddələrinin
üçüncü hissələrində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun
32-ci və 33-cü maddələrinin
üçüncü hissələrində
“orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər
Kabineti nəzərdə
tutulur;
1.3. həmin Qanunun
4-cü maddəsində “orqan
(qurum)” dedikdə Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi
və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzərdə tutulur;
1.4. “Özəl tibb fəaliyyəti haqqında”
Azərbaycan Respublikası
Qanununun 1-ci maddəsinin
onuncu abzasında və 13-cü maddəsinin
üçüncü hissəsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;
1.5. həmin Qanunun
13-cü maddəsinin üçüncü
hissəsində “orqan
(qurum)” dedikdə Azərbaycan Respublikasının
Nazirlər Kabineti nəzərdə tutulur;
1.6. həmin Qanunun
1-ci maddəsinin onuncu
abzasında “orqan (qurum)” dedikdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzərdə tutulur.
2. “Əhalinin sağlamlığının
qorunması haqqında”
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 1997-ci il 25
iyul tarixli 622 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1997, ¹ 6, maddə 498; 2007, ¹ 11, maddə 1114; 2009, ¹ 12, maddə
977; 2011, ¹ 2, maddə 84; 2014, ¹ 3, maddə 242; 2017, ¹ 6, maddə
1116, ¹ 7, maddə 1317; 2020, ¹ 6, maddə 690, ¹ 7, maddə
881) 2-ci hissəsində aşağıdakı
dəyişikliklər edilsin:
2.1. ikinci abzasda
“7-1-ci maddəsinin ikinci
və” sözləri
“4-cü maddəsində, 7-1-ci maddəsinin ikinci və üçüncü
hissələrində, 32-ci və 33-cü maddələrinin”
sözləri ilə əvəz edilsin;
2.2. üçüncü abzasa “ikinci hissəsində” sözlərindən
sonra “, 32-ci və
33-cü maddələrinin üçüncü
hissələrində” sözləri
əlavə edilsin;
2.3. beşinci abzasdan
“4-cü maddəsində nəzərdə
tutulmuş “Azərbaycan
Respublikasının müvafiq
icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini,
habelə Qanunun” sözləri çıxarılsın
və həmin abzasda “32-ci maddəsinin beşinci hissəsində,
33-cü maddəsinin dördüncü”
sözləri “33-cü maddəsinin
yeddinci” sözləri
ilə əvəz edilsin;
2.4. doqquzuncu abzasın
sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz edilsin və aşağıdakı məzmunda
onuncu abzas əlavə edilsin:
“həmin Qanunun
4-cü maddəsində “orqan
(qurum)” dedikdə Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi
və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzərdə tutulur.”.
3. “Özəl tibb fəaliyyəti haqqında”
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 6 mart tarixli 296 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, ¹ 3 (I kitab), maddə
163; 2002, ¹ 8, maddə 481; 2008, ¹ 9, maddə 798) 2-ci hissəsi
aşağıdakı redaksiyada
verilsin:
“2. Müəyyən edilsin ki:
2.1. “Özəl
tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin onuncu abzasında və 13-cü
maddəsinin üçüncü
hissəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Prezidenti həyata keçirir;
2.2. həmin Qanunun
13-cü maddəsinin üçüncü
hissəsində “orqan
(qurum)” dedikdə Azərbaycan Respublikasının
Nazirlər Kabineti nəzərdə tutulur;
2.3. həmin Qanunun 4-cü maddəsinin dördüncü
və altıncı hissələrində, 8-ci maddəsinin
ikinci hissəsinin ikinci cümləsində və üçüncü
hissəsində, 9-cu və 12-ci maddələrinin ikinci hissələrində, 16-cı maddəsinin
dördüncü abzasında
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Səhiyyə
Nazirliyi həyata keçirir;
2.4. həmin Qanunun 1-ci maddəsinin onuncu abzasında “orqan (qurum)” dedikdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi nəzərdə tutulur.”.
4. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 567 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 9, maddə 582; 2003, ¹ 8, maddə 441; 2005, ¹ 9, maddə 800; 2009, ¹ 6, maddə 419; 2014, ¹ 7, maddə 790; 2015, ¹ 3, maddə 265; 2017, ¹ 5, maddə 843) ilə təsdiq edilmiş “Sınaq müddəti ilə müvafiq dövlət orqanlarında dövlət qulluğuna qəbul üçün əmək müqaviləsinin (kontraktının) nümunəsi”nin 5.1-ci bəndində “sığortası üçün qanunvericiliklə” sözləri “sığortası, işsizlikdən sığortası və icbari tibbi sığortası üçün qanunla” sözləri ilə əvəz edilsin.
5. “Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 948 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 10, maddə 553) 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
“1. Müəyyən edilsin ki, 2003-cü il yanvarın 1-dən dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı məbləğində müavinət ödənilir.”.
6. Azərbaycan
Respublikası Prezidentinin 2019-cu il 16 may tarixli 690 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019, ¹ 5, maddə 842) ilə təsdiq edilmiş “Daimi
dövlət qulluğuna qəbul edilən şəxslə
bağlanılan əmək müqaviləsinin nümunəsi”nin
6.2-ci bəndindən “və onun ailə üzvləri” sözləri
çıxarılsın və həmin bənddə “edilirlər”
sözü “edilir” sözü ilə əvəz edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr
2020-ci il
Azərbaycan.-2021.-
8 yanvar.- S.6.