“Azərbaycan
Respublikasının Vergi Məcəlləsində
dəyişiklik edilməsi haqqında” Azərbaycan
Respublikasının 2020-ci il 30 dekabr tarixli 248-VIQD nömrəli
Qanununun tətbiqi və “Azərbaycan
Respublikası Vergi Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan
Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi
barədə” 2000-ci il 30 avqust
tarixli 393 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2020-ci il 30 dekabr tarixli 248-VIQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan
Respublikası Vergi Məcəlləsinin 164.1.52-ci və
164.1.53-cü maddələrində nəzərdə tutulmuş
müvafiq icra hakimiyyət orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;
1.2. həmin
Məcəllənin 164.1.52-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının
Energetika Nazirliyi nəzərdə tutulur;
1.3. həmin
Məcəllənin 164.1.53-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyi
nəzərdə tutulur.
2. “Azərbaycan
Respublikası Vergi Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında”
Azərbaycan Respublikası
Qanununun və bu Qanunla təsdiq
edilmiş Azərbaycan
Respublikası Vergi Məcəlləsinin tətbiq
edilməsi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 30
avqust tarixli 393 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, ¹ 8 (III kitab), maddə
616; 2005, ¹ 12, maddə 1099; 2006, ¹ 5, maddə 400, ¹ 12, maddə
1034; 2007, ¹ 4, maddə 323, ¹ 12, maddə 1225; 2008, ¹ 11, maddə
972; 2009, ¹ 3, maddə 163, ¹ 4, maddə 226, ¹
10, maddə 780; 2010, ¹ 7, maddə
610; 2011, ¹ 7, maddə 631; 2013, ¹ 7, maddə
805, ¹ 11, maddə 1324; 2014, ¹ 4, maddə 359, ¹ 5, maddə
477, ¹ 9, maddə 1027, ¹ 10, maddə
1198, ¹ 11, maddələr 1390, 1420; 2015, ¹ 1,
maddə 12, ¹ 12, maddə
1454; 2016, ¹ 2 (II kitab), maddələr
261, 265, ¹ 3, maddə 450, ¹ 5, maddə 882, ¹ 6, maddələr
1023, 1024, 1042, 1065, ¹ 7, maddə 1257, ¹ 9, maddə 1464, ¹ 11, maddə
1838, ¹ 12, maddə 2089; 2017, ¹ 5, maddələr 760, 811, 845, ¹ 7, maddə
1344, ¹ 8, maddə 1521; 2018, ¹ 9, maddələr 1830, 1843, ¹ 12 (I kitab), maddələr 2571, 2599; 2019, ¹ 8, maddələr 1396, 1407; 2020, ¹ 5, maddə 560; Azərbaycan Respublikasının
2020-ci il 23 noyabr tarixli 1187 nömrəli Fərmanı) aşağıdakı
dəyişikliklər edilsin:
2.1. 1.1-ci bəndə
“164.1.42-ci” sözlərindən sonra “, 164.1.52-ci, 164.1.53-cü” sözləri
əlavə edilsin;
2.2. 1.35-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 1.36-cı və 1.37-ci bəndlər əlavə edilsin:
“1.36. həmin Məcəllənin 164.1.52-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Energetika Nazirliyi nəzərdə tutulur;
1.37. həmin Məcəllənin 164.1.53-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzərdə tutulur.”.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti “Azərbaycan
Respublikasının Vergi Məcəlləsində dəyişiklik
edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci
il 30 dekabr tarixli 248-VIQD nömrəli Qanunundan irəli gələn
məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr
2020-ci il
Azərbaycan.-2021.-
8 yanvar.- S.7.