“Tibbi sığorta haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2020-ci il 20 noyabr tarixli 201-VIQD nömrəli Qanununun
tətbiqi və Azərbaycan Respublikası Prezidentinin
“Tibbi sığorta haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi
sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli
241 nömrəli Fərmanının ləğv edilməsi
haqqında” 2019-cu il 31 yanvar
tarixli 502 nömrəli
və “Tibbi sığorta haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu
il 3 dekabr tarixli 1718-VQD nömrəli Qanununun
tətbiqi və “Tibbi sığorta
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli
Qanununun tətbiqi və “Tibbi
sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv
edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il
31 yanvar tarixli 502
nömrəli Fərmanında dəyişiklik edilməsi barədə”
2019-cu il 24 dekabr tarixli 898 nömrəli fərmanlarında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2018-ci il
28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 31
yanvar tarixli 502 nömrəli (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2019, ¹ 1, maddə
92, ¹ 12, maddə 1941; 2020, ¹ 5, maddə 562) Fərmanında
aşağıdakı dəyişikliklər
edilsin:
1.1. 6.1-ci
bənddən “7.2-ci,” sözləri
çıxarılsın;
1.2. 6.2-ci
bəndə “15-2.2.1-ci,” sözlərindən
sonra “15-9.1.8-ci,” sözləri
əlavə edilsin;
1.3.
6.3-cü bənddən “15-9.1.8-ci,” sözləri çıxarılsın;
1.4. aşağıdakı məzmunda 6.2-1-ci bənd əlavə edilsin:
“6.2-1. həmin Qanunun 5.4-cü maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Nazirlər Kabineti həyata keçirir;”.
2.
“Tibbi sığorta haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1718-VQD
nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi
və “Tibbi sığorta haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli
Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli
Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2019-cu il 24 dekabr tarixli 898 nömrəli
Fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019, ¹ 12, maddə 1941; 2020, ¹ 3, maddə 254)
2.3.1-ci və 2.3.3-cü yarımbəndləri ləğv
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
30 dekabr 2020-ci il
Azərbaycan.-2021.- 8 yanvar.- S.7.