“Tibbi
sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin
27-ci bəndini rəhbər
tutaraq qərara alır:
“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 1, maddə 4; 2001, ¹ 3, maddə 141; 2007, ¹ 12, maddə 1212; 2008, ¹ 11, maddə 960; 2014, ¹ 4, maddə 331; 2015, ¹ 4, maddə 352; 2016, ¹ 3, maddə 419; 2018, ¹ 4, maddə 651; 2019, ¹ 1, maddələr 36, 47, ¹ 12, maddə 1904; 2020, ¹ 3, maddə 227, ¹ 5, maddə 521) aşağıdakı dəyişikliklər edilsin:
1. 7.2-ci maddədə “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri “Azərbaycan Respublikasının Mərkəzi Bankı” sözləri ilə əvəz edilsin.
2. 15-12.2-ci, 15-15.1 - 15-15.3-cü və 15-28.3-cü maddələrdə ismin müvafiq hallarında “səhiyyə xidməti” sözləri ismin müvafiq hallarında “tibbi-sanitariya yardımı” sözləri ilə əvəz edilsin.
3.
15-28.1-ci maddədə “səhiyyə xidmətlərini”
sözləri “tibbi-sanitariya yardımı” sözləri ilə
əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
20 noyabr 2020-ci il
Azərbaycan.-2021.- 8 yanvar.- S.7.