“Mühasibat
uçotu haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin
27-ci bəndini rəhbər
tutaraq qərara alır:
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2004, ¹ 8, maddə 605; 2008, ¹ 12, maddə 1049; 2010, ¹ 4, maddələr
265, 276; 2012, ¹ 6, maddələr 512, 529;
2013, ¹ 1, maddə 18; 2015, ¹ 7, maddə 819; 2016, ¹ 10, maddələr
1601, 1609, ¹ 11, maddə 1754; 2017, ¹ 3, maddə 333; 2018, ¹ 6, maddə
1179; 2019, ¹ 1, maddə 28, ¹ 4, maddə 599, ¹ 5, maddə
797, ¹ 8, maddə 1365) aşağıdakı
dəyişikliklər edilsin:
1. 3.2-ci maddənin ikinci cümləsindən hər
iki halda, 9-cu maddənin adından,
9.1-ci maddənin birinci
abzasından, 9.1.1-ci maddədən,
9.1.2-ci maddənin ikinci
cümləsindən və
9.2-ci maddədən “və
kiçik” sözləri
çıxarılsın.
2. 3.4-cü maddəyə “iri” sözündən sonra “, orta” sözü əlavə edilsin.
3. 10-cu maddənin adında, 10.2-ci, 10.3-cü, 10.4-cü və 10.5-ci maddələrdə “və orta” sözləri “, orta və kiçik” sözləri ilə əvəz edilsin.
4. 10.1-ci maddəyə “İri” sözündən sonra “və orta” sözləri əlavə edilsin.
5. 10.1.1-ci maddənin ikinci cümləsinə “iri” sözündən sonra “ və orta” sözləri əlavə edilsin.
6. 10.1-1-ci maddənin birinci abzasında “Orta” sözü “Kiçik” sözü ilə əvəz edilsin.
7.
10.1-1.2-ci maddənin ikinci cümləsində və 10.1-2-ci
maddədə “orta” sözü “kiçik” sözü ilə əvəz
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
22 dekabr 2020-ci il
Azərbaycan.-2021.- 8 yanvar.- S.8.