Vətən fədaisi

 

44 günlük Vətən müharibəsi sona catdı. Bu muharibə xeyirin şər, ağın qara üzərində, dogrunun yalan, haqqın nahaq üzərində qələbəsi idi.

Müharibə 200 il boyunca dünyanı məkrli yalanları ilə aldadan, soykökü bilinməyən, faşizmə xidmət edən, yediyi çörəyi tapdalayan bir toplum üzərində qələbə idi. Buna görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevə, Azərbaycan Ordusuna dərin təşəkkür edir, yaralı əsgər və zabitlərimizə şəfa diləyir, şəhidlərimizin ruhu və onların valideynləri qarşısında baş əyirik. Öz qanları, canları ilə Vətənimizi bütövlüyünə qovuşduran igid oğullarımızın xatirəsi isə xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Bu cür igid oğullardan biriŞuşa qartalı Əliyev Qubat Usur ogludur.    Qəhrəmanımız 1994-cü ilin 4 fevralında Sumqayıt şəhərində anadan olmuşdur.  2010-cu ildə orta təhsilini səhərdəki 8 saylı məktəbdə başa vurmuş və 1 nömrəli peşə liseyinə daxil olmuşdur. 2013-cü ildə telekommunikasiyada kompüter texnikasının istismarı üzrə operator ixtisasına yiyələnmişdir. 2013-cü ildə hərbi xidmətə çagırılmışdır. Ağdam rayonundakı N saylı hərbi hissənin əsgəri olmuşdur. Xidmətini başa vuranda artıq baş atıcı və tuşlayıcı vəzifəsində idi.

2015-ci ildə “Delta Qrup CO” MMC-nin Logistika Departamentinin mərkəzi anbar şöbəsində fəhlə işləmişdir. 2016-cı ildə ailə qurmuşdur. İki yaşlı oğlu vardı. Atası Əliyev Usur  Qərbi Azərbaycanın Sisyan rayonunun Vağudi kəndindəndir. Anası Nigar xanım da həmin rayonda doğulub boya-başa çatmışdı.Taleyin sərt üzünü görmüş ailə firavan yaşamaq arzusunda idi.

2020-ci il sentyabr ayının 27-də İkinci Qarabağ müharibəsi başlayandan 11 gün sonra, oktyabrın 9-da hərbi səfərbərliyə çagırılan Qubat Əliyev Füzuli şəhərinin, Cəbrayıl rayonunun bir neçə kəndinin, Zəngilan rayonunun, Xocavəndin kəndlərinin alınmasında qəhrəmancasına döyüşdü. Son döyüşu isə Şuşada oldu.

O, noyabrın 8-i saat 12 radələrində anasına zəng edir. Böyük sevinclə Şuşanın alınması xəbərini ona çatdırır. İki saat sonra isə ayağından yaralanır. Əsgər yoldaşları ilə söhbət zamanı Qubat bir övladının olduğunu, yaxın günlərdə ikinci dəfə ata olacağını söyləyibmiş. Bütün bunları bilən əsgər yoldaşları Şuşaya hücum zamanı Qubata təklif edirlər ki, sən ailəlisən, övladın var, növbəti hücumda iştirak edərsən. Qubat isə inadından dönməyərək “mən komandirimlə birlikdə Şuşaya getmək istəyirəm” demişdi. Və həmin gün Şuşada yaralanan igid əsgər yoldaşlarından geri qalmır, döyüş əməliyyatlarında iştirak edir, şücaət göstərir. Birdən düşmən mərmisi onun yanına düşür, Qubat qəhrəmancasına şəhadətinə qovuşur.

Qubatın hərbçi yoldaşları onun hər döyüşdə düşmənin çoxlu canlı qüvvəsini məhv etdiyini söyləyirlər. Döyüşdə iştirak edən yaralı əsgər yoldaşı danışır ki,  Qubat bütün hərbi əməliyyatlarda cəsurluğu ilə fərqlənmiş, düşmənə layiqli cavab vermişdi: “Şuşada qızgın döyüş getdiyi zaman Qubat və digər döyüşçü yoldaşımız Fərid dağın başında yerləşən mövqeyimizdə düşmənlə üzbəüz vuruşurdu”.

 Oktyabrın 9-u müharibəyə gülə-gülə gedən igidimizin noyabrın 9-da şəhid xəbəri gəldi. Canından çox sevdiyi Vətəni uğrunda gözünü belə qırpmadan ən uca zirvəyə - şəhidlik zirvəsinə ucaldı.

Vətən belə igid oğulları ilə fəxr edir. Qəhrəmanımızın xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.

Qubat Əliyev noyabrın 11-də Sumqayıtda Şəhidlər xiyabanında uğrunda can verdiyi torpağa tapşırıldı.

 

 

 

Firudin SOFULU,

kimya elmləri üzrə fəlsəfə doktoru

Azərbaycan.-2021.- 8 yanvar.- S.10.