N.A.Qurbanovanın Azərbaycan
Respublikasının Bolqarıstan Respublikasında fövqəladə
və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Nərgiz
Akif qızı Qurbanova Azərbaycan Respublikasının
Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli
səfiri vəzifəsindən geri
çağırılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
8 yanvar 2021-ci il
Azərbaycan.-2021.-
9 yanvar.- S.2.