MÜHARİBƏNİN
AZƏRBAYCAN MODELİ
“Bu qələbə Azərbaycan tarixində əbədi qalacaqdır. Həm döyüş meydanında, həm danışıqlar masası arxasında biz istədiyimizə nail ola bildik”
İlham ƏLİYEV
“Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq”
İlham ƏLİYEV
“Bu gün bir çox ölkələrdə, inkişaf etmiş ölkələrdə bizim təcrübəmiz öyrənilir. Bu gün bu məsələ ilə məşğul olan bir çox ekspertlər qeyd edirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıb. XXI əsrdə ilk dəfə olaraq bu miqyasda və bu səmərə ilə qısa müddət ərzində tarixi nailiyyətlər əldə edilib”
İlham ƏLİYEV
Sovetlər İttifaqının tərkibində olduğumuz yetmiş il ərzində biz istədiyimiz kimi inkişaf etməmişik!
Bizi “inkişaf” etdiriblər.
Qazandığımızdan qat-qat azını xərcləmişik.
Çünki SSRİ dövründə qazanılanın hamısı “ümumittifaq fondu” deyilən bir yerə yığılar, sonra ordan bölünərdi!
Kimə nə düşərdi düşərdi...
Qırmızı imperiyanın qoyduğu qayda beləydi!
Kimsənin onu pozmağa cürəti və gücü çatmazdı!
Müstəqil xarici siyasət yürüdə bilməzdik.
Bundan ötrü SSRİ Xarici İşlər Nazirliyi vardı.
Milli maraqlardan söhbət gedə bilməzdi.
“Sovet
xalqı” adlandırılan bir toplumun maraqları vardı, o da
SSRİ-nin maraqları demək idi.
Dövlət də vahid idi, “millət” də və
onların mərkəzində Rusiyanın maraqları
dayanırdı.
Hamı da ona “böyük qardaş” deyərək “istəkləri”
ilə hesablaşardı.
Sovetlər dövründə Azərbaycanın öz
ordusunun olmasını kimsə ağlına belə gətirə
bilməzdi.
“Qızıl Ordu” adlandırılan vahid sovet ordusu
vardı. Xidmət yaşı çatmış bütün
gənclər həmin orduya çağırılar, SSRİ ərazisində,
hətta “beynəlmiləl borcunu yerinə yetirmək
üçün” Əfqanıstanda belə qulluq edə bilərdi.
O illərdə
müsəlman respublikalarından olan gəncləri adətən
sovet ordusu tərkibində olan “inşaat batalyonları”na salardılar. Hərbi vərdişlərə,
bilgilərə yiyələnməkdən kənarda saxlayar,
xüsusən məxfilik daşıyan raket texnikası ilə
bağlı hissələrə yaxın qoymazdılar.
Yeri gəlmişkən,
yalnız Ulu Öndər Heydər Əliyev ölkə rəhbərliyinə
qayıtdıqdan sonra bu “ənənəyə” son qoydu, azərbaycanlı
gənclərin hərbi təhsil alması yolunda maneələri
aradan qaldıraraq C. Naxçıvanski adına hərbi təmayüllü
məktəbi yaratdı, sonra Azərbaycandakı və
SSRİ-nin digər yerlərindəki ali hərbi məktəblərdə
azərbaycanlı gənclərin təhsilinə şərait
yaradan güzəştli şərtlərə nail oldu.
Birinci Qarabağ müharibəsi dövründə Heydər
Əliyev sayəsində təhsil alaraq vətənə xidmətə
qayıdan hərbçilərin həm müharibədə, həm
də sonrakı ordu quruculuğunda fəal iştirakı və
zəhməti oldu.
Azərbaycan
müstəqil dövlət olduqdan sonra hər şey dəyişdi!
Amma bu dəyişikliklərə xeyli zaman sərf olundu.
Əvvəla, həqiqi müstəqilliyə (deklorativ
yox) nail olmaq lazım idi.
İkincisi, müstəqil daxili və xarici siyasət
yürütmək üçün
özün-özünü yaşada, dolandıra bilməlisən.
Başqa sözlə, qazancın dövləti və
xalqını saxlamağı, inkişaf etdirməyə
çatmalıdır.
Ən nəhayət, bütün bu işlər səriştəli
şəkildə yerinə yetirilməli idi.
***
Xalqın arzu və tələbi ilə yenidən ölkə
rəhbərliyinə qayıdan Ulu Öndər Heydər
Əliyev Azərbaycanın müstəqil dövlət kimi
yaşamasının, müstəqil daxili və xarici siyasət
yürütməsinin əsasını qoydu.
“Əsrin müqaviləsi” neft kontraktı imzalanaraq Azərbaycanın
iqtisadi yüksəlişinin təməli qoyuldu.
Yeni Konstitusiya və onun əsasında müstəqil
dövləti idarə etmək üçün zəruri
qanunçuluq bazası yaradıldı.
Özəlləşdirmə proqramları həyata
keçirildi, aqrar islahatlar aparıldı.
Azərbaycanın dünya birliyinə inteqrasiyası
başladı.
***
Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən
cənab İlham Əliyev Azərbaycanın müstəqil
dövlət kimi güclənməsi, milli maraqlara söykənən
müstəqil siyasət yürütməsini təmin edərək
onu Cənubi Qafqazın ən güclü dövlətinə,
dünyada söz sahibinə çevirdi.
Prezident İlham Əliyevin rəhbərlik etdiyi
inkişaf və quruculuq prosesində Azərbaycanın
özünəməxsus, hamının qəbul etdiyi və
öyrəndiyi inkişaf modelləri də formalaşdı.
Onlardan biri ölkənin iqtisadi inkişaf modelidir.
İnkişafın Azərbaycan modeli Xəzərin karbohidrogen
ehtiyatlarının şaxələndirilmiş marşrutla
dünya bazarına nəqlini, neftdən götürülən
vəsaitin iqtisadiyyatın digər sahələrinin
inkişafında lokomotiv funksiyasını
daşımasını, sonrakı mərhələdə
ölkənin neftdən asılılığının
azaldılması və qeyri-neft sektorunun inkişafını nəzərdə
tuturdu.
İlham Əliyevin müəllifi olduğu
İnkişafın Azərbaycan Modeli ölkəmizin iqtisadi və
siyasi cəhətdən güclənməsinə, dünya
birliyinə sıx inteqrasiyasına, Cənubi Qafqazın liderinə
çevrilməsinə imkan yaratdı.
Bu modelin uğurları hesabına Azərbaycan dövlətinin
əldə etdiyi vəsait ordu quruculuğunu, onun ən
müasir silahlarla silahlandırılmasını da təmin
etdi.
***
İdmanın inkişafının Azərbaycan modeli də
İlham Əliyevin formalaşdırdığı
mühüm yenilikdir.
Bu model qısa müddətdə ölkəmizdə
idmanın sürətli inkişafına, çoxsaylı
olimpiya idman kompleksinin, yeni arena, idman qurğuları və
idman saraylarının inşasına şərait yaratdı. Azərbaycan
idmançıları dünya, Avropa və beynəlxalq idman
yarışlarında iştirak edərək dövlət
bayrağımızı yüksəldib himnimizi səsləndirdilər,
müxtəlif əyarlı medal və mükafatlar
qazandılar.
Birinci
Avropa Oyunlarını, IV İslam Həmrəyliyi
Oyunlarını Bakıda yüksək səviyyədə
keçirən Azərbaycan artıq beynəlxalq idman
oyunlarının yüksək səviyyədə təşkilatçısı
imicini də qazanmışdır.
İdmanın
inkişafının Azərbaycan modeli ölkəmizdə
sağlam, güclü, vətənpərvər gənclərin
yeni nəslinin yetişməsinə mühüm töhfə verdi. Həmin gənclər Azərbaycan
Ordusunda da həvəslə xidmət edir, qarşıya qoyulan
vəzifələri cəsarət və igidliklə yerinə
yetirirlər.
***
Multikulturalizmin Azərbaycan modeli də müstəqillik
dövrünün nailiyyətlərindəndir.
Ölkəmiz çoxkonfessiyalıdır, burada müxtəlif
dinlərə sitayiş edən insanlar mehribanlıq şəraitində
yaşayırlar.
Yeni məscid,
kilsə, sinaqoqlar tikilir, insanlar sərbəst şəkildə
dini məbədlərdə ibadətlə məşğul ola bilirlər.
Milli mədəniyyətlərin inkişafına daim
münbit şərait yaradılır.
Hazırda dünyada Multikulturalizmin Azərbaycan Modeli
maraqla öyrənilir, dünyanın bir çox ölkələrindəki
universitetlərdə bu model tədris proqramına
salınmışdır.
Azərbaycanda yaşayan xalqların və millətlərin
mehribanlığı və birliyi müharibə
dövründə düşmənə sarsıdıcı zərbələr
vurulmasında və qələbənin qazanılmasında əsas
amillərdən biri oldu.
***
Müharibənin Azərbaycan modeli də Prezident
İlham Əliyevin gərgin və səmərəli,
uzunmüddətli fəaliyyətinin nəticəsidir.
Bu model özünü ilk növbədə Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinə
hazırlıq mərhələsində göstərdi.
Dünyanın
yeni düzəninin formalaşdığı, bir sıra
dövlətlərin imperiya iddialarından hələ də əl
çəkmədiyi, ikili standartların mövcudluğu
dövründə müharibəyə başlamaq və onu qələbə
ilə başa çatdırmaq elə də asan iş deyildi!
Müharibənin hibrid mərhələsinə
keçdiyi, təkcə döyüş meydanında deyil,
informasiya “cəbhəsində” və sosial şəbəkədə
də döyüşmək zərurəti artıq real
gerçəklikdir. Bu gerçəkliyi nəzərə almamaq və
qabaqlayıcı tədbirlər görməmək isə
mümkünsüzdür!
ATƏT-in
Minsk qrupu 27 il sülhyaratma missiyası ilə
“məşğul” oldu. Amma necə! Cənab İlham Əliyev
Minsk qrupu yaradılan gündən indiyədək onun nə
etdiyini (əslində heç nə etmədiyini) dəqiq ifadə
edib:
“1992-ci ildə Minsk qrupu yaradıldı. Minsk qrupunun fəaliyyəti
göz qabağındadır. Minsk qrupuna həmsədrlik
edən ölkələr müəyyən müddətdən
sonra faktiki olaraq bütün səlahiyyətləri öz əllərində
cəmləşdirdilər, faktiki olaraq bu məsələni
inhisara götürdülər, faktiki olaraq Minsk qrupu bir qrup
kimi iflic vəziyyətə düşdü və üç
ölkə bu məsələ ilə məşğul olmağa
başlamışdır. Amma bunun nəticəsi
oldumu? Olmadı. Bizim
üçün olmadı, Ermənistan üçün oldu.
Ermənistan elə bu nəticəni istəyirdi
ki, daim danışıqlar getsin, daim bizim
başımızı aldatsınlar, dondurulsun bu məsələ,
əbədi qalsın əsarət altında bizim torpağımız,
əbədi qalsın işğal altında bizim
torpağımız. Bəs nədir Minsk
qrupunun fəaliyyəti? İşğalçıya
təzyiq edə bilibmi? Yox! Təzyiq etmək
istəyibmi? Yox! Dəfələrlə mən onların
qarşısında məsələ
qaldırmışdım: əgər məsələnin həllini
görmək istəyirsinizsə, sanksiyalar tətbiq edin Ermənistana.
Sizin əlinizdədir. Siz BMT
Təhlükəsizlik Şurasının daimi üzvlərisiniz,
istənilən məsələni həll edə bilərsiniz.
Xüsusilə bu ölkələrin rəsmi
nümayəndələri deyirlər ki, bu məsələdə
onların fikri üst-üstə düşür. O da
maraqlı bir məsələdir. Necə olur,
bütün başqa məsələlərdə - nüvə
silahları ilə bağlı, Yaxın Şərqdə olan
vəziyyətlə bağlı, Asiyada olan vəziyyətlə
bağlı, Avropada olan vəziyyətlə bağlı
bunların maraqları daban-dabana ziddir. Hansı
başqa məsələdə bunların maraqları üst-üstə
düşür? Heç bir məsələdə.
Ancaq Dağlıq Qarabağ məsələsində.
Nə üçün? Hər
kəs başa düşür. Çünki
bu dondurulmuş vəziyyət təbii ki, bu ölkələr
arasında bizdən başqa hər kəsi qane edirdi, ilk
növbədə, Ermənistanı qane edirdi.
Ermənistan bu torpaqlarda qanunsuz məskunlaşma
aparır. Bir söz deyən var? Yoxdur! Bu,
cinayətdir, beynəlxalq cinayətdir, Cenevrə
konvensiyalarına ziddir. Bir söz deyən
var onlara ki, sən niyə qanunsuz məskunlaşma
aparırsan? Özü də bunu
nümayiş etdirirsən. Ərəb
ölkələrindən erməniləri gətirirsən,
yerləşdirirsən, o cümlədən Şuşada.
Bir söz deyən yoxdur. Bu,
nə deməkdir? O deməkdir ki, davam elə, gətir, nə
qədər istəyirsən gətir, bu torpaqları erməniləşdir,
Azərbaycan mədəni irsini sil. Bu idi mesaj.
Yoxsa bu üç ölkə məgər
imkanlara sahib deyil ki, təcavüzkara öz yerini göstərsin?
İstəmirdilər. Bu
reallıq onları qane edirdi.
Ona görə Minsk qrupunun fəaliyyətinə başqa
qiymət vermək olmaz. Elə bil bizi bu vəziyyətlə
barışmağa sürükləyirdilər ki, yeni
reallıqlar yaranıbdır, siz də reallıqlarla
hesablaşmalısınız. Biz yeni bir
reallıq yaratmışıq. İndi hər
kəs yeni reallıqla hesablaşmalıdır”.
ATƏT-in,
habelə dünyadakı ermənipərəst qüvvələrin
işğalçıya güclü dəstək verdikləri
və “münaqişənin sülh yolundan başqa həlli
variantı yoxdur” deyə yorulmadan təkrar edildiyi bir vaxtda hərbi
əməliyyatlara əsaslandırılmış şəkildə
başlamaq da Azərbaycanın müharibə modelinin tərkib
hissəsidir.
İndi
dünya əvvəlki dünya deyil!
Daha dünyada gedən proseslərə bir-birilə
ziddiyyətdə olan iki superdövlət - ABŞ və
SSRİ təsir etmir.
Dünyanın qloballaşma prosesi də iflasa
uğramaqdadır.
Yeni güclər, yeni konfiqurasiya, yeni düzən
yaranmaqdadır.
Həm də
yeni reallıqlar və gerçəkliklər fonunda!
İndi dünyanın hər hansı bir nöqtəsində
baş verən və təbii ki, maraq doğuran hər
hansı bir hadisə dərhal dünyanın bütün
nöqtələrinə yayılır.
Həm də “sözlü informasiya” kimi yox,
“görünən informasiya” kimi.
İndi dünyada informasiya yuxarıdan ötürülərək
aşağıda formalaşmır. Əksinə,
aşağılardan yayılaraq milyonların dəstəyi ilə
ictimai rəy kimi təşəkkül tapmaqla
yuxarıları onu nəzərə almağa sövq edir.
Daha nəyisə
gizlincə həll etmək mümkün deyil!
Odur ki, hər
şeyi irəlicədən ölçüb-biçmək,
içtimai rəyi nəzərə almaq vacibdir!
Bu həm
də o deməkdir ki, içtimai rəyə təsir göstərməyi,
onun öz xeyrinə formalaşmasına yardımçı
olmağı bacarmalısan!
44 günlük müharibəyə başlamazdan öncə
Ali Baş Komandan İlham Əliyev bütün bunları dəqiqliklə
hesablayıb nəzərə almışdı. Həm də əvvəlcədən
görünməyən, hərbi əməliyyatların
gedişində meydana çıxa biləcək məqamları
da gözaltı edərək, onlardan da istifadəni, yaxud zərərsizləşdirmənin
yollarını müəyyənləşdirmişdi.
Diqqət
etdikdə müharibənin Azərbaycan modelinin üç əsas
hissədən ibarət olduğu meydana çıxır:
* müharibəyə hazırlıq;
* hərbi əməliyyatların
aparılması;
* müharibədən sonrakı dövrdə
görüləcək işlər.
Ali
Baş Komandan İlham Əliyevin daimi açıq və
şəffaf olan fəaliyyətində də üç
mühüm məqam aydın nəzərə çarpır:
* diplomatiya sahəsində fəaliyyət;
* müharibənin gedişinə rəhbərlik;
* beynəlxalq KİV-də iş.
Bunlara qədər
isə Azərbaycana rəhbərlik etdiyi 17 il
ərzində Prezident
İlham Əliyev bir çox zəruri məsələləri
yoluna qoya bilmişdi. Həm də mənasız
danışıqların aparıldığı, Azərbaycana
problemin hərbi yolla həllinin yasaq görüldüyü
bir dövrdə. Həmin illəri İlham Əliyev belə
xarakterizə edir: “Gəlib-getmək, orada görüş,
burada danışıqlar. Biz bu
danışıqlardan boğaza
yığılmışıq. Bu
düşmənlə nə qədər danışıqlar
aparmaq olar? Özü də düşmən
harınlaşır, azğınlaşır, qudurur və bizə
deyirlər ki, yox, ancaq sülh yolu ilə, bunun hərbi
variantı yoxdur. Kim deyir ki, yoxdur? Bəs indi məsələnin hərbi variantı
deyilmi? Biz nə edirik? Biz
BMT Təhlükəsizlik Şurasının qətnamələrini
təkbaşına yerinə yetiririk. Halbuki
bu, BMT Təhlükəsizlik Şurasının vəzifəsidir.
Biz təkbaşına icra edirik. Biz yeni reallıq yaratmışıq. Hesablaşın!”
Deməli, danışıqlarla bərabər,
mümkün hərbi varianta da hazırlıq dayanmadan davam
edirdi.
***
Müharibə
ilk növbədə güclü iqtisadiyyata söykənməlidir!
Çünki onun hər günü milyonlarla dollar vəsait
deməkdir.
Əgər dövlətin hələ irəlicədən
nə qədər çəkəcəyini,
uzandığını bilmədiyi müharibəyə kifayət
qədər hazırlığı yoxdursa, qələbə
barədə düşünməməlidir.
Prezident
İlham Əliyev bu zəruri məqamı irəlicədən
aydın görürdü:
“Biz güc toplayırıq, məqsədyönlü
şəkildə, yorulmadan, bütün təzyiqlərə
baxmayaraq, güc toplayırıq və toplamışıq. İqtisadi
güc. Əgər iqtisadi
gücümüz olmasaydı, bu Qələbəni əldə
etmək mümkün olmazdı. İlk
növbədə, iqtisadi müstəqillik təmin edilməli
idi və təmin edildi. Bu gün Azərbaycan
iqtisadi cəhətdən heç kimdən asılı deyil,
heç bir ölkədən asılı deyil, heç bir
beynəlxalq maliyyə qurumundan asılı deyil. Müstəqilik
və bu, bizə imkan verdi ki, ölkəmizi
inkişaf etdirək, eyni zamanda Ordumuzu gücləndirək. Biz Ordumuz üçün lazım olan bütün hərbi
texnikanı, silahları xarici bazarlardan alırıq. Əgər bizim iqtisadi imkanlarımız
olmasaydı, biz bunları necə əldə edə bilərdik?”
Müharibəni ordu aparır.
Ordunun ordu olması, düşmənə qalib gəlməsi
üçün çox şərtlər vardır.
İlkin şərtlərdən biri isə
silahlanmadır.
Xüsusən
də indiki dövrdə, XXI əsrdə!
Çünki
əsgər də, zabit də silahla vuruşur, düşmən
ölkədən silah gücünə qovulur!
İlham
Əliyev bu vacib şərtə xüsusi diqqət
yetirmişdir: “Bu 17 il ərzində mənim işimin əsas
hissəsi ordu quruculuğuna həsr edilmişdir ki, biz ordumuzu
necə gücləndirək, ordumuzu ən müasir silahlarla təchiz
edək. O da asan məsələ deyildi. O silahları almaq
üçün təkcə maddi vəsait kifayət etmir. Eyni zamanda, diplomatik, siyasi səylər göstərilməlidir
və biz buna da nail olduq. Bu gün Azərbaycan
öz hərbi təchizatını bir çox ölkələrdən
təmin edir. Eyni zamanda mənim təşəbbüsümlə
Azərbaycanda müdafiə sənayesi yaradıldı. Biz ordumuzun tələbatını böyük dərəcədə
daxili istehsal hesabına təmin edirik. Azərbaycanda
1000-dən çox adda hərbi təyinatlı məhsul
istehsal edilir, o cümlədən ən müasir məhsullar.
Budur bizim fəaliyyətimiz. Ordu
quruculuğu, hərbçilərin maddi-məişət
problemlərinin həlli, təqaüdə
çıxmış hərbçilərin məişət
problemlərinin dövlət tərəfindən həll
olunması, onlara mənzillərin verilməsi, hərbçilərimizin
iş şəraitinin yaxşılaşdırılması. Biz demək olar ki, bütün hərbi şəhərciklərimizi,
hərbi bazalarımızı yenidən qurduq və onlar ən
yüksək standartlara cavab verir. Əlbəttə,
ilk növbədə, döyüş qabiliyyəti. Döyüş qabiliyyəti artdı”.
Özlüyündə
silahlar adi dəmir parçasından başqa bir şey deyil!
O, əsgərin
əlində qorxunc qüvvəyə çevrilir.
Həm də təkcə əsgərin yox,
döyüşə rəhbərlik edən zabit və
generalların rolu da misilsizdir.
Yüksək texnologiyalara əsaslanan silahlar təkcə
fiziki güc yox, bəlkə ondan da çox ağıl, bilik,
bacarıq və peşəkarlıq tələb edir.
Bütün bunlar isə təhsillə, təlimlərlə
qazanılır.
Əsgər və zabitlər peşəkarlıqlarını
artırmaq üçün daimi çalışmalı,
öyrənməli, sistemli təlimlər vasitəsilə təkmilləşməlidirlər.
Yenə də
Ali Baş Komandana müraciət edirik:
“Döyüş qabiliyyətinin artırılması
ordu quruculuğu sahəsində əsas amildir. Biz müasir
silahlardan istifadə edirik, texnikadan istifadə edirik,
düşmənin texnikasını məhv edirik. Torpaqlarımızı ancaq Azərbaycan əsgəri
azad edir, Azərbaycan zabiti azad edir, sinəsini qabağa verərək,
heç nədən qorxmayaraq, əlində bayraq, əlində
silah düşməni qovan da əsgərdir, düşməni
məhv edən də əsgərdir”.
***
Azərbaycanın
müharibə modelində ordunun ruh yüksəkliyi, əsgər
və zabitlərin vətənpərvərlik duyğusu
xüsusi yer tutur!
Məhz
bu idi İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan
Ordusunu yenilməz edən!
Vətən sevgisi və düşmənə nifrətdən
yoğrulan bu mənəvi güc hərbi əməliyyatların
uğurlu gedişində mühüm rol oynadı.
Məhz
bu mənəvi qüvvət və torpaq eşqi sayəsində
Azərbaycan əsgəri Şuşa kimi
möhkəm bir qalanı az qala yalın əllə, heç
bir zirehli texnikanın gücündən istifadə etmədən,
raket-mərmi zərbəsi endirmədən, şəhəri
dağıtmadan geri aldı!
***
Beynəlxalq
miqyasda iş aparmaq, diplomatiya meydanında da
çarpışmaq mühüm amillərdəndir.
Bu
meydanın da baş qəhrəmanı cənab İlham
Əliyevdir!
Onun
dünya dövlətləri başçıları ilə
keçirdiyi hər bir görüş, iştirak və
çıxış etdiyi hər bir beynəlxalq tədbir,
BMT Təhlükəsizlik Şurası, İslam Əməkdaşlıq
Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurası, Qoşulmama Hərəkatı kimi böyük və
nüfuzlu təşkilatlara sədrliyi dövründə
etdiyi çıxışlar, qaldırdığı məsələlər,
irəli sürdüyü təşəbbüslər hər
birimizin gözü qarşısında baş verib və
hamımızın yadındadır.
Bəli, Azərbaycanın gücü və imkanları
İlham Əliyevin səmərəli fəaliyyətinə,
İlham Əliyevin parlaq zəkası, uzaqgörənliyi,
xarici dillərdə cəlbedici çıxışları,
müdrikliyi və uzaqgörənliyi isə dövlətimizin
uğurlarına xidmət edirdi və bu gün də etməkdədir.
İlham
Əliyev diplomatik məharətindən istifadə edərək
Azərbaycan həqiqətlərini dünyaya qəbul etdirdi:
“Biz bütün dünyaya sübut etdik ki, Qarabağ əzəli
Azərbaycan torpağıdır. Sübut etdik ki, əsrlərboyu
Azərbaycan xalqı bu torpaqlarda yaşayıb. Sübut
etdik ki, erməni əhalisi bu torpaqlara 200 il bundan əvvəl
köçürülübdür, necə
köçürülübdür, hansı məqsədlərlə
köçürülübdür, hamısını biz
dünya ictimaiyyətinə təqdim etdik, sübutlarla, faktlarla.
Biz sübut etdik ki, Dağlıq Qarabağ tarixi, əzəli
Azərbaycan torpağıdır və bu məsələ beynəlxalq
hüququn norma və prinsipləri əsasında
öz həllini tapmalıdır. Dünyanın
bütün aparıcı təşkilatları, bütün
beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı ədalətli qətnamələr, qərarlar qəbul
edibdir. BMT Təhlükəsizlik Şurasının
4 qətnaməsi,
BMT Baş Assambleyasının qətnamələri,
Qoşulmama Hərəkatının qətnamələri,
İslam Əməkdaşlıq Təşkilatının qətnamələri,
Avropa Parlamentinin qətnamələri və digər beynəlxalq
təşkilatların qərar və qətnamələri birmənalı
şəkildə Dağlıq Qarabağı Azərbaycanın
ayrılmaz hissəsi kimi tanıdı. Bu, bizə əlavə
güc verdi. Əgər biz
bunu etməsəydik, bu gün münaqişənin ətrafında
cərəyan edən proseslər bizə böyük problemlər
yarada bilərdi”.
Biz İkinci Qarabağ müharibəsinin gedişində
düşmənimiz və onun dəstəkçiləri tərəfindən
bir sıra “iradlarla” rastlaşdıq. Döyüş
meydanında məğlub olaraq rəzil günə düşən
erməni dünya dövlətlərini bizə silah satmaqda
qınamağa çalışırdı. Türkiyə, Pakistan kimi qardaş ölkələrin
daim yanımızda olması, bizə hər zaman dəstək
verməsi, şübhəsiz, gücümüzü
artırdı. İsraildən, Rusiyadan
aldığımız silahlar da daim karımıza gəlirdi.
Əlbəttə, biz həmişə bu
silahları pulumuzla almışıq, ermənilər kimi bizə
havayı verməyiblər.
Elə həmin ölkələrin dövlət rəsmiləri
də bu məqamı əsas götürərək ermənilərin
ağızlarından vururdular. Lakin İlham Əliyevin illərboyu
yaratdığı bu dostluq telləri gücümüzə mənəvi
güc də qatırdı: “Biz bu illər ərzində bir
çox ölkələrlə səmimi, işgüzar,
qarşılıqlı hörmət əsasında münasibətlər
qura bildik, bir çox ölkələr Azərbaycanı
strateji tərəfdaş hesab edir və artıq bu ifadə
beynəlxalq sənədlərdə öz əksini tapır. Biz bütün qonşu ölkələrlə səmimi
dostluq əsasında münasibətlər qura bildik,
qarşılıqlı hörmət, qarşılıqlı
inam əsasında. Əgər biz bunu etməsəydik,
bu gün münaqişə ətrafında tam başqa proseslər
gedə bilərdi”.
***
Azərbaycanın müharibə modelinin tərkibində
xalqımızın milli birliyi xüsusi rol oynayır.
Ölkəmizin gücü həm də onun
tolerantlığında, müxtəlif millətlərə və
dinlərə məxsus xalqların bir bayraq altında birləşməsindədir. Hələ
Birinci Qarabağ müharibəsi dövründə
bütün dünya buna şahid olmuşdur. Bu gün respublikanın bütün guşələrində
olan Şəhidlər xiyabanlarında vətən uğrunda
canlarını fəda edən Azərbaycan oğulları
yanaşı uyuyurlar, Milli qəhrəmanlarımız
sırasında xeyli başqa millətlərin də nümayəndələri
var və biz daima bununla qürur duymuşuq.
İkinci Qarabağ müharibəsində biz iqtidar-xalq
birliyinin dəmir yumruğa dönərək düşmənin
başını necə əzdiyinin şahidi olduq. Ali Baş Komandan İlham
Əliyev də daim bu birliyimizi yüksək qiymətləndirib:
“Daxildəki
həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz
bizə əlavə güc verdi, imkan vermədi
ki, bəzi mənfur xarici dairələr öz çirkin
planlarını Azərbaycanda həyata keçirsinlər. Halbuki belə planlar var idi, belə cəhdlər var
idi. Biz siyasi iradə göstərərək, birlik
göstərərək bu cəhdləri dəf etdik, xalq
olaraq, millət olaraq öz qürurumuzu müdafiə etdik,
öz müstəqil seçimimizi müdafiə etdik və
sübut etdik ki, heç kim bizim işimizə
qarışmasın və qarışa bilməz. Əgər bu birlik olmasaydı, milli həmrəylik
olmasaydı, biz heç vaxt torpaqlarımızı
işğalçılardan azad edə bilməzdik. Bu illər ərzində bizə qarşı aparılan
qara piar kampaniyası, qarayaxma, şər-böhtan
kampaniyasının da əsas məqsədi o idi ki, bizi əsas
vəzifəmizdən uzaqlaşdırsınlar, biz
uzaqlaşaq, daxili problemlər içində boğulaq və
işğal edilmiş torpaqlar işğalçıların əlində
əbədi qalsın. Güclü siyasi iradə,
xalq-iqtidar birliyi bu planları da alt-üst etdi”.
***
Azərbaycan
kifayət qədər səbr etdi!
Azərbaycan
kifayət qədər dözdü!
Beynəlxalq hüququn daha işləmədiyini görərək
gücün hüququnu tətbiq etdi.
Öz müharibə modelini yaradaraq öz müharibəsini
apardı.
Həm də
ortaya yeni müharibə nümunəsi qoydu!
Ali
Baş Komandanımızın rəhbərliyi ilə qalib gəldik!
Torpaqlarımızın böyük qismini - 6 şəhəri
və 300-dək yaşayış məntəqəsini azad
etdik.
Hərbi əməliyyatların dayandırılması
üçün qarşımızda diz çökən
düşmən bütün şərtlərimizi qəbul
etmək məcburiyyətində qalaraq qoşunlarını
işğal ərazilərindən çıxardı.
Böyük
alicənablıq nümayiş etdirən Prezident İlham
Əliyev sonrakı mərhələnin siyasi yolla həllinə
razılıq verdi.
***
Azərbaycanın müharibə modelinin bir xüsusiyyəti
də hərbi əməliyyatların müəyyən mərhələdən
sonra öz yerini siyasi həllə verməsidir.
Prezident
İlham Əliyevin xalqa müraciətindən daha bir məqam:
“İndiki mərhələdə bizim mövqeyimiz bundan ibarətdir
və biz hazırıq ki, bu məsələ hərbi-siyasi
yolla həll olunsun. Amma həll olunsun. Atəşkəs
deyiblər, eybi yoxdur, qoy olsun... Biz mütləq
bu torpaqlara (Kəlbəcər, Ağdam və Laçın nəzərdə
tutulur - B.S.) hərbi-siyasi yollarla qayıdacağıq. Hərbi mərhələ bu gün başa çata
bilər. Biz məsələni siyasi
yollarla həll edəcəyik”.
Sonrası
belə də oldu!
***
İnformasiya müharibəsini də uğurla aparmaq, bu
sahədə də düşmənə qalib gəlmək Azərbaycanın
müharibə modelinin ən vacib cəhətlərindəndir.
Biz bunun
İkinci Qarabağ müharibəsi dövründə
canlı şahidi olduq!
Təəssüf
ki, Birinci Qarabağ müharibəsi dövründə bu sahədə
də düşmənə uduzmuşduq!
İndi isə həm əvəzini çıxdıq, həm
də təkcə düşməni məğlub etməklə
kifayətlənməyərək onun faşist xislətini
açaraq bütün dünyaya göstərdik.
İlham
Əliyev informasiya sahəsini sözün həqiqi mənasında
ikinci çarpışma meydanına çevirmişdi!
Özü də bunu təkcə biz yox, bütün
dünya görürdü və izləyirdi.
Hərbi əməliyyatlar dövründə otuzadək
tanınmış televiziya kanalı və informasiya agentliyi Azərbaycan
Prezidentindən müsahibə alaraq bütün dünyaya
yayımladı.
Bu müsahibələri götürənlərin
böyük bir qismi ölkəmizə heç də xoş məramla
gəlməmişdilər və müsahibəni də xoş
niyyətlə götürmürdülər.
Verdikləri suallardan, təkid etdikləri məsələlərdən
aydın görünürdü ki, aralarında dünya erməniliyinin
tapşırıqlarını icra edənləri də var.
Belələri hətta
jurnalistlərin etik davranış qaydalarına əməl
etmir, yersiz dirənişlər göstərir, hətta bəzən
kiminlə söhbət etdiklərini unudaraq özlərini
prokuror kimi aparırdılar.
Prezident İlham Əliyev jurnalistlərlə hörmətlə,
səbr və təmkinlə davranır, verilən
bütün sualları faktlarla cavablandıraraq məsələləri
ətraflı izah edirdi.
Dövlət
başçısının verdiyi cavablarda bir neçə
istiqamət diqqət çəkirdi:
* Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi barədə
maarifləndirmə;
* ermənilərin Azərbaycan torpaqlarına XIX əsrdən
köçürülmələrini sübut edən tarixi
fakt və sənədlərin açıqlanması;
*
ATƏT-in Minsk qrupunun 27 il ərzində
heç bir nəticə əldə etməməsi;
* BMT Təhlükəsizlik
Şurasının 4 qətnaməsinin indiyədək yerinə
yetirilməməsi;
* Ermənistanın
baş naziri N.Paşinyan tərəfindən sülh
danışıqlarının pozulması və mənasız
edilməsi;
* son dövrlərdə Ermənistanın Azərbaycana
qarşı təxribatları və müharibənin
düşmən tərəfindən başlanılması;
* atəşkəs razılaşmasının 3
dəfə Ermənistan tərəfindən pozulması;
* Ermənistan
ordusunun Azərbaycandakı mülki əhalini və obyektləri
(Gəncə, Bərdə, Tərtər, Goranboy və Mingəçevir
şəhərlərində) ballistik raketlərlə atəşə
tutması, insanların arasında tələfat və xəsarətlərə,
habelə böyük dağıntılara səbəb
olması;
* Ermənistanın
Azərbaycan tərəfinin şərtlərini qəbul edəcəyi
təqdirdə hərbi əməliyyatların
dayandırılmasına hazır olması və s...
Cənab İlham Əliyevin müsahibələrində
dünya erməniliyini müdafiə edənlərin, beynəlxalq
hüququn tapdalanmasının, Ermənistanın
müzdlulardan istifadəsinin, ermənilər tərəfindən
Cenevrə konvensiyalarının tələblərinin
pozulmasının ifşasına da geniş yer
ayrılırdı.
İlham
Əliyev tərəfindən ermənilər informasiya
müharibəsində də tam məğlub oldular,
iç üzləri açılaraq bütün dünyaya
tanıdıldılar.
***
Müharibənin Azərbaycan modelinin daha bir vacib
xüsusiyyəti isə müəyyən mərhələdə
hərbi əməliyyatların dayandırılması və
münaqişənin siyasi müstəviyə keçirilərək
danışıqlar yolu ilə həllidir.
İkinci Qarabağ müharibəsində Azərbaycanın
bu alicənab addımı - düşməni sonadək məhvetmə
mərhələsində onun torpaqlardan
çıxarılması ilə kifayətlənərək hərbi
əməliyyatları dayandırması dünya tərəfindən
bəyənildi.
Bu humanist addım işğal olunmuş ərazilərdən
çıxarılan ermənilərin yaşadıqları evləri
və meşələri yandıraraq getmələri fonunda
xalqımızın daha alicənab və humanist olduğunu
qabarıq göstərir.
Bütövlükdə ölkəmiz tərəfindən
aparılan 44 günlük İkinci Qarabağ müharibəsi
hərbi sahədə yenilik kimi qəbul edilərək etiraf
olundu. Əvvəlcə
Prezident
İlham
Əliyevin verdiyi qiymətlə tanış
olaq:
“Onu da deyə bilərəm ki, bu gün bizim əldə
etdiyimiz qələbə və apardığımız hərbi
əməliyyatlar həm texniki imkanlar baxımından, eyni
zamanda, operativ addımlar, əməliyyatların
hazırlanması və icra edilməsi baxımından
bütün dünyada öyrənilir. Bu, yeni nəsil
müharibə üsuludur, hansı ki, planlaşdırma,
texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların
düzgün planlaşdırılması və həyata
keçirilməsi, hərbçilərimizin döyüş
qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət
təşkil edir. Ancaq mən bunu artıq
bir neçə dəfə demişəm, bu qələbəni
qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir.
Onlar torpağımızı düşməndən
qarış-qarış azad edə-edə bu Qələbəni,
bu Zəfəri xalqımıza nəsib etdilər”.
ABŞ-ın quru qoşunlarının ordu ab ul Ceyms
Makkonvil Azərbaycanın apardığı bu müharibənin
yeni nümunə olduğunu, bütövlükdə
müharibələrin gedişində ciddi dönüş
yaradacağını bildirdi. Onun fikrincə, ABŞ
ab u məqamı nəzərə almalı, artıq orduda
ağır və ləng manevr edən tankların
zamanının keçdiyini, pilotsuz uçuş
aparatlarına geniş yer verilməsinin vacibliyini qəbul etməlidir.
Qardaş
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın
söylədikləri də qürurdoğurucudur: “Həqiqətən
də tarixi dəyəri olan, Azərbaycan və türk tarixinə
qızıl hərflərlə yazılacaq uğur əldə
etmisiniz. 44 günlük əməliyyat bitdi, amma bu haqda hələ
azı 44 il danışılacağına
əmin olun. Bu əməliyyat bir
oyanışdır, biz Azərbaycan Ordusunun gücünü
gördük”.
Yeni nəsil müharibə üsulunu özündə təcəssüm
etdirən müharibənin Azərbaycan modeli praktik şəkildə
nə deməkdir?
Ermənilərin torpaqlarımızdan qısa müddətdə
qovulması ilə nəticələnən İkinci
Qarabağ müharibəsinin gedişi əsasında bu suala
cavab verməyə çalışaq.
Bu, ilk
növbədə düşmən ordusunu iflic vəziyyətinə
salan sürətli taktika deməkdir!
Burada əsas rolu kəşfiyyat dronları, kosmosdan nəzarət
oynayırdı.
İkinci mərhələdə zərbə PUA-ları
ön sıraya çıxırdı.
Beləliklə,
ilkin həmlələrdə:
* düşmənin atəş mövqelərinə
çıxarılmış top, qrad, raket və digər
qurğuları məhv edilirdi;
* düşmən istehkamları və otuz il ərzində
yaradılmış müdafiə qurğuları
dağıdılırdı;
* düşmənin sursat anbarları aşkara
çıxarılaraq partladılırdı;
* radiolokasiya qurğuları sıradan
çıxarılır və düşmən
qoşunlarının idarəetməsi pozularaq pərən-pərən
salınırdı;
* ön səngərdəki bölmələrlə
arxanın əlaqəsi kəsilir, düşmən
bütün növ təchizatdan - silah-sursatdan, canlı
qüvvə və ərzaq təminatından məhrum olunurdu;
* düşmən səngərlərinə gedən
yollar gecə-gündüz nəzarətdə
saxlanılır, kömək üçün gələn
zirehli texnika, canlı qüvvə və sursat daşıyan
yük avtomobilləri elə anındaca məhv edilirdi;
* rəqibin müdafiəsini təşkil və
döyüşü idarə edən komandir heyəti müəyyənləşdirilərək
sıradan çıxarılırdı!
İndiyədək
görünməmiş və maraqlı məqamlardan biri isə
bu idi ki, Azərbaycan vətəndaşları öz evlərində
oturmaqla gündəlik hərbi əməliyyatların
gedişindən əyani şəkildə xəbər tutur, məhv
edilən düşmən texnikasını, canlı qüvvəsi
və dağıdılan istehkamları gözləri ilə
görürdülər!
Bu, artıq kino deyildi, real döyüşlər idi.
Daha bir maraqlı məqam.
Erməni ideoloqu Zori Balayan “Ocaq” kitabında türk
yatağanı (əyri döyüş qılıncı) barədə
dəfələrlə, dönə-dönə söhbət
açır.
Yatağana nifrətini bildirsə də, hələ də
canında qalan qorxunu gizlətməyə
çalışır.
Bəli,
satqın və xəyanətkar erməniləri cəzalandıran
yatağanı bu xəstə millət heç vaxt
unutmamalıdır!
Əslində İkinci Qarabağ müharibəsində hərbi əməliyyatların gedişində uğurlarımızı təmin edən, düşməni vahiməyə salan yatağan sanki yenidən göründü!
Neçə əsrdən sonra geriyə qayıtmışdı!
Bu dəfə “Bayraqdar” formasında!
Bu xəyanətkar, qudurmuş milləti yenidən cəzalandırmaq üçün!
Beləliklə, Azərbaycan Ordusunun müasir silahları həm erməniləri cəzalandırdı, həm də canlarındakı qorxu hissini yenidən gücləndirdi!
İndi hər dəfə Azərbaycan tərəfinə xaincəsinə baxanda bir gözləri göydə qalacaq!
“Bayraqdar”ın başlarına od yağdıracağından qorxduqlarına görə!
Bəli, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmən ordusunu darmadağın edərək Ermənistanı hərbi kapitulyasiya sənədini imzalamağa vadar etdi.
Müqəddəs torpaqlarımızı murdar ləpirlilərdən təmizlədi. Eyni zamanda hərbi əməliyyatların gedişində ciddi yeniliklər yaradaraq öz müharibə modelini də ortaya qoydu!
Dünya hərb tarixinə qızıl həriflərlə həkk olunan bu modelin müəllifi cənab İlham Əliyevdir!
İlham Əliyev dövlət quruculuğu, siyasi, diplomatiya sahəsi ilə bərabər, hərbi sahədə də böyük istedad və bacarıq sahibi olduğunu sübut etdi.
İndi dünya hərbdə də Azərbaycandan, Müzəffər Ali Baş Komandan İlham Əliyevdən öyrənmək niyyətindədir.
Bu da Azərbaycanın növbəti qələbəsidir!
Qələbən mübarək, Azərbaycan!
Qarabağ Azərbaycandır!
Bəxtiyar SADIQOV
Azərbaycan .-2021.- 10 yanvar.- S.1-3.