Əsgər ona
ayrılan pulu şəhid ailəsinə
bağışladı
Bu günlərdə ordu sıralarından tərxis olunaraq evinə qayıdan Ağsu rayon sakini Kamran İsrayılovu yaxından tanıyaq. AZƏRTAC xəbər verir ki, müharibənin ilk günlərində əsgərlərimizə dəstək üçün ön cəbhədə olan Kamrana oktyabrın 4-də döyüşlərdə iştirak etmək üçün çağırış gəlib. O, bu dəfə mülki şəxs kimi deyil, hərbi qulluqçu kimi ön cəbhəyə yola düşüb.
44
günlük şanlı döyüş günlərində
komandirləri tərəfindən verilən əmr və
tapşırıqları uğurla yerinə yetirən əsgərimiz
müharibə bitdikdən sonra atdığı addımla da
nümunə olub.
Kamran müxbirimizlə söhbətində deyib: “Qismən səfərbərlik zamanı ordu sıralarına çağırılan hərbi qulluqçulara dövlət tərəfindən pul ayrılıb. Özümə borc bildim ki, mənə ayrılan 1044 manat məbləği iki şəhid qardaşımızın ailəsinə verim. Düzdür, dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərimizə yüksək səviyyədə dəstək göstərilir. Amma Azərbaycan vətəndaşı olaraq özümə borc bildim ki, bu ailələrə az da olsa, mənim də köməyim dəysin”.
2016-cı ilin
Aprel, eləcə də 44 günlük
Vətən müharibəsində iştirak
edən qazimiz Elçin
Əliyev isə deyir ki,
Kamran kimi qeyrətli
oğullarımızın belə əməlləri hər kəsə
örnək olmalıdır. Şəhidlərimiz heç zaman
unudulmamalı, onlar daim
xatırlanmalı, yad edilməlidirlər.
Qazilərimizə isə Allahdan tezliklə
şəfa tapmalarını diləyirəm. Biz
torpaqlarımızı bu oğlanların
sayəsində işğaldan azad etdik. İnşallah,
Qarabağımız yenidən qurulacaq,
köçkünlərimiz doğma
yurdlarına qayıdacaqlar.
Azərbaycan.-2021.- 10 yanvar.- S.5.