Aprel
döyüşlərinin və Vətən müharibəsinin
qəhrəmanı - astaralı döyüşçü
Turan Həsənzadə
... Onunla demək olar ki, hər gün qarşılaşıram, iş otaqlarımız üzbəüzdür. O, hər gün işə gələndə birinci mənim qapımı açar, hal-əhval tutduqdan sonra otağına keçər. Arıq, bəstəboy, həmişə üzündə təbəssüm olan bu gənc Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Turan Həsənzadədir.
Vətən müharibəsi başlanandan sonra Turan bir müddət gözə dəymədi. Fikirləşdim yəqin ki, problemi var. Sonra öyrəndim ki, qonşum heç kimə xəbər vermədən könüllü Vətən müharibəsinə gedib...
Cəbhəyə könüllü gedənlər 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdıqdan sonra evlərinə qayıdırlar.
Yeni ilin ilk iş günü səhər saatlarında iş otağımın qapısını astaca döyərək, “Gəlmək olar” - deyib, hərbi geyimdə olan Turan Həsənzadə içəri daxil oldu. Onunla salamlaşıb görüşdükdən sonra “Dünən gəlmişəm. Hərbi komissarlığa gəlmişdim. Gəldim, sizinlə görüşüm, Yeni ilinizi təbrik edim” - deyərək, otağına keçdi...
Həsənzadə Turan Rafiq oğlu 1994-cü il iyunun 14-də Astara rayonunun Toradi kəndində anadan olub. O, 2011-ci ildə Lənkəran Dövlət Universitetinin Tarix-coğrafiya müəllimliyi fakültəsinə daxil olub, 2015-ci ildə həmin fakültəni bakalavr pilləsi üzrə bitirib. 2015-2016-cı illərdə həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışır, kiçik dövlət qulluqçusudur.
Kiçik çavuş Turan Həsənzadə 2016-cı ilin Aprel döyüşlərində Tərtər və Ağdam rayonunda, həmçinin Talış kəndi ərazisində, Vətən müharibəsində isə Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Laçının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.
Cəsur döyüşçü müharibədə göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.
Turan Həsənzadə
ailəlidir, 1 oğlu
var.
Yeni il bayramı
və Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü münasibətilə
Prezident İlham Əliyev xalqa müraciətində deyib:
“2020-ci il tarixdə bizim şanlı Qələbəmiz ili kimi qalacaq. Azərbaycan Ermənistanı
44 gün ərzində
məğlub edərək
öz doğma torpaqlarını işğaldan
azad edib. Bu Qələbə Azərbaycan xalqının
yaddaşında əbədi
yaşayacaq. Bu, tarixi Qələbədir.
Biz tarixi ədaləti
bərpa etdik.”
Bəli, Vətən müharibəsi
tariximizin ən parlaq səhifəsinə,
Azərbaycan xalqının
iftixar və qürur mənbəyinə
çevrildi. Azərbaycan xalqı öz
liderinin - Müzəffər
Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün
dünyaya gücünü,
mətinliyini, mübarizliyini
nümayiş etdirdi.
Bu gün hər
bir azərbaycanlı Qələbə sevincini yaşayır. Bu Qələbənin qazanılmasında
Turan Həsənzadə
kimi minlərlə döyüşçülərimizin böyük rolu var. Biz onlarla fəxr edir, qürur duyuruq.
Vətən müharibəsində şəhid
olanlara Allahdan rəhmət, yaralılara
isə şəfa diləyirik.
AZƏRTAC
Azərbaycan.-2021.- 10 yanvar.- S.5.