190 ölkə arasında 28-ci
10 ən islahatçı
ölkə sırasına daxil olan Azərbaycanda aparılan iqtisadi
islahatları beynəlxalq qurumlar yüksək
qiymətləndirirlər
Heç kəsə sirr deyil ki, ötən əsrin 80-ci illərindən bəri dünyada dövlətlər neft amilindən iqtisadi və siyasi təzyiq vasitəsi kimi istifadə edir. SSRİ dağılandan sonra məlum oldu ki, Amerika bir sıra neft ixracatçısı ərəb ölkəsi ilə birləşərək neftin qiymətini süni şəkildə aşağı salmaqla nəhəng bir imperiyanı dağıtmışdı. Bu, belə qənaətə gəlməyə əsas verir ki, hansı ölkənin iqtisadiyyatı yalnız neft amilindən asılıdırsa, onun iqtisadi çöküşü daha realdır. O üzdən təsadüfi deyil ki, indi neftin qiymətini bazarın tələbatından çox dünyanı idarə edən güclər müəyyən edir. Bir də görürsən ki, dünya bazarında heç bir mühüm dəyişiklik baş vermədiyi halda neftin qiyməti kəskin şəkildə aşağı düşür və ya sürətlə bahalaşır. Aradan xeyli vaxt keçəndən sonra məlum olur ki, bu, hansısa bir siyası oyun idi. Bu isə o deməkdir ki, iqtisadiyyatı yalnız xam neftin ixracından asılı olan ölkələr daim risk altındadır.
Məlum olduğu kimi, iqtisadi inkişafda özəl sektor mühüm rol oynayır. Odur ki, Azərbaycanda dövlət səviyyəsində bu sahəyə hər cür dəstək verilir. Hətta indiki pandemiya dövründə dövlət əlini sahibkaların üzərindən çəkmir. Bu səbəbdən Azərbaycanda sahibkarlıq subyektləri pandemiyadan minimum səviyyədə ziyan çəkir. Bu gün ölkəmizdə sənaye məhsullarının 80 faizinin özəl sektorda istehsal olunması da sahibkarlığa dövlət qayğısının nəticəsidir.
Amma bütün
bunlar kifayət etmir. Odur ki, ölkədə
sahibkarlığın inkişafı
üçün fundamental islahatlar
həyata keçirilir.
İlk növbədə sahibkarların
hüquqlarını qorumaq
üçün yaradılmış
hüquqi baza təkmilləşdirilir, özəl
sektora güzəştli
kreditlərin verilməsi
davam edir və s. Görülən
işlərin sayəsində
dünyanın mühüm
beynəlxalq maliyyə
qurumları tərəfindən
ölkəmizdə bu
istiqamətdə həyata
keçirilən tədbirlər
yüksək qiymətləndirilir.
Prezident
İlham Əliyev
2020-ci ilin yekunlarına
həsr olunmuş müşavirədə ölkəmizin
bu sahədə qazandığı nailiyyətlər
barədə demişdir:
“Dünya Bankının
“Doing Business” proqramında 190 ölkə arasında Azərbaycan 28-ci yerdədir...
Biznes iqlimi, investisiya iqlimi, aparılan islahatlar Dünya Bankı tərəfindən
qeyd edilir. Bundan əlavə, Azərbaycan
10 ən islahatçı
ölkə sırasına
daxil edilmişdir”.
Bununla yanaşı,
Davos Dünya İqtisadi Forumunun hesabatlarında da ölkəmizdə qazanılan
iqtisadi uğurlar yüksək qiymətləndirilir. Məsələn, həmin hesabatlarda qeyd edilir ki,
əhalinin elektrik təchizatı səviyyəsinə
görə dünya miqyasında Azərbaycan ikinci yerdədir. Həmçinin Azərbaycan həyata
keçirilən uğurlu
islahatlara görə dünya miqyasında beşinci yerdə qərarlaşıb. Hökumətin uzunmüddətli strategiyasına
görə 10-cu yerdəyik.
Eyni zamanda hökumətin siyasi sabitliyi təmin etməsinə görə Azərbaycan
11-ci yerdə qərarlaşıb.
Ölkəmizdə yaradılan mükəmməl
infrastruktur layihələri
də Davos Dünya İqtisadi Forumu tərəfindən yüksək qiymətləndirilib.
Belə ki, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə
11-ciyik. Hava yolları xidmətlərinin
səmərəliliyinə görə isə 12-ci yerdəyik. Avtomobil yollarının keyfiyyəti
üzrə ölkəmiz
24-27-ci yerdə qərarlaşıb.
İnklüziv inkişaf indeksi
üzrə isə Azərbaycan 3-cüdür. Qeyd edək ki, bu
hesabat dünyanın inkişaf etmiş 74 ölkəsi arasında aparılıb.
Dünya
Bankının “Doing Business” proqramı üzrə aparılan araşdırmalarında
və Davos Dünya İqtisadi Forumunun hesabatında əksini tapmış iqtisadi inkişafımızın
təməlində isə,
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, həyata
keçirilən düzgün
iqtisadi siyasət və aparılan islahatlar dayanır. Ən vacibi isə odur ki,
dövlət başçısı
dəfələrlə çıxışlarında
qeyd etmişdir ki, bu islahatlar
davamlıdır və
daim çağırışlara
uyğun yeni mərhələyə qədəm
qoyacaq.
Rüstəm
KAMAL
Azərbaycan.-2021.- 12 yanvar.- S.1;5.