Azərbaycan
Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli
Qanunu ilə təsdiq edilmiş
“Azərbaycan Respublikası Milli Məclisinin
Daxili Nizamnaməsi”ndə dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Kontitusiyasının
92-ci maddəsini və
95-ci maddəsinin I hissəsinin
1-ci bəndini rəhbər
tutaraq qərara alır:
Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1997, ¹ 2, maddə 107; 1999, ¹ 5, maddə 284; 2000, ¹ 6, maddə
380, ¹ 12, maddələr 832, 834; 2003, ¹ 2, maddə 77;
2004, ¹ 5, maddə 314; 2006, ¹ 1, maddə 3, ¹ 5, maddə
396, ¹ 12, maddə 1005; 2007, ¹ 8, maddə 755, ¹ 11, maddələr
1049, 1081; 2009, ¹ 6, maddə 395; 2010, ¹ 3, maddə 171; 2013, ¹ 4, maddə
358; 2016, ¹ 1, maddə 35; 2019, ¹ 1, maddə 1, ¹ 8, maddə
1365; 2020, ¹ 4, maddə 395, ¹ 6, maddə 673, ¹ 7, maddə
848) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nin 3-cü maddəsinə
aşağıdakı məzmunda
səkkizinci hissə əlavə edilsin:
“Karantin rejiminin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər
tədbirlərlə əlaqədar
olaraq, Milli Məclisin Sədri Milli Məclisin iclaslarının, habelə
Milli Məclisin komitə və komissiyalarının iclaslarının
müəyyən dövr
üçün real vaxt
rejimində videokonfrans
sistemi vasitəsilə
keçirilməsi barədə
sərəncam qəbul
edə bilər. Videokonfrans sistemi vasitəsilə keçirilən
iclaslarda qeydiyyat və səsvermə deputatların gücləndirilmiş
elektron imzaları vasitəsilə həyata keçirilir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 dekabr
2020-ci il
Azərbaycan.-2021.- 13 yanvar.- S.1.