“Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda  dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsini 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqındaAzərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 9, maddə 565; 2000, ¹ 12, maddə 833; 2005, ¹ 10, maddə 876; 2007, ¹ 5, maddə 437; 2009, ¹ 6, maddə 395; 2010, ¹ 4, maddə 276; 2011, ¹ 2, maddə 71; 2016, ¹ 1, maddə 34; 2019, ¹ 4, maddə 576, ¹ 6, maddə 1004; 2020, ¹ 4, maddə 396, ¹ 7, maddə 827) 5-ci maddəsinə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:

Karantin rejiminin tətbiq edilməsi, sanitariya-epidemioloji bu kimi digər tədbirlərlə əlaqədar olaraq, Azərbaycan Respublikası Milli Məclisinin sədri komitələrin iclaslarının müəyyən dövr üçün real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edə bilər. Videokonfrans sistemi vasitəsilə keçirilən komitə iclaslarında qeydiyyat səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçirilir.”.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 dekabr 2020-ci il

Azərbaycan.-2021.- 13 yanvar.- S.2.