Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Ötən əsrin 90-cı illərində
Azərbaycan Respublikasında
dövlət müstəqilliyi
bərpa edildikdən sonra müasir medianın formalaşması
və inkişafı üçün geniş imkanlar yaranmışdır. Həyata
keçirilmiş köklü
islahatlar nəticəsində
ölkədə senzura,
söz və məlumat azadlığını
məhdudlaşdıran digər
süni maneələr
aradan qaldırılmış,
medianın fəaliyyətini
tənzimləyən mütərəqqi
qanunvericilik bazası formalaşdırılmış, redaksiyaların davamlı inkişafı, onların iqtisadi müstəqilliyinin
gücləndirilməsi, jurnalistlərin
sərbəst fəaliyyətinin
təmin edilməsi məqsədilə ardıcıl
tədbirlər görülmüşdür.
Ötən dövr ərzində Azərbaycan mediası özünəməxsus inkişaf
yolu keçmiş, ölkəmizdə və dünyada baş verən hadisələrlə
bağlı cəmiyyətin
məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması
istiqamətində məqsədyönlü
fəaliyyət göstərmişdir. Bununla yanaşı, Azərbaycanda
cəmiyyət həyatının
hər bir sahəsini əhatə edən köklü islahatların həyata keçirildiyi, habelə bütün dünyanı
əhatə edən vahid informasiya məkanında yeniliklərin
intensiv xarakter aldığı, kommunikasiya
vasitələrinin sürətlə
inkişaf etdiyi, mütərəqqi texnologiyaların,
iş metodlarının
tətbiq olunduğu müasir dövrdə
media sahəsində keyfiyyət
dəyişikliklərinə ehtiyac vardır.
Qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə
uyğun olaraq modernləşmə, rasionallıq,
qabaqcıl texnologiyaların
geniş tətbiqi, aparıcı trendlərin
izlənilməsi və
digər mühüm şərtləri özündə
birləşdirən innovativ
təkamülün yaratdığı
imkanlardan Azərbaycan
mediasının daha çox bəhrələnməsi,
onun şəffaflıq
və vətəndaş
məmnunluğu prinsiplərinə
əsaslanan, cəmiyyətin
obyektiv və peşəkar şəkildə
məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması
üçün bu sahədə əsaslı
islahatlar aparılmasına
zərurət yaranmışdır.
Azərbaycan Respublikasında medianın
inkişafının dəstəklənməsi,
bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının
və innovasiyaların
tətbiqinin stimullaşdırılması
məqsədilə Azərbaycan
Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi
Fondunun əsasında
“Azərbaycan Respublikasının
Medianın İnkişafı
Agentliyi” publik hüquqi şəxs yaradılsın.
2. “Azərbaycan Respublikasının
Medianın İnkişafı
Agentliyinin Nizamnaməsi”
təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının
Medianın İnkişafı
Agentliyi (bundan sonra - Agentlik) Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi
İnformasiya Vasitələrinin
İnkişafına Dövlət
Dəstəyi Fondunun hüquqi varisidir, onun hüquq və öhdəlikləri,
habelə əmlakı
Agentliyə keçir.
4. Agentliyin nizamnamə fondu 285 405 (iki
yüz səksən beş min dörd yüz beş) manat təşkil edir və dövlət
büdcəsinin vəsaiti
hesabına formalaşır.
5. Müəyyən edilsin ki:
5.1. Agentliyin fəaliyyətinə
ümumi rəhbərliyi
və nəzarəti Azərbaycan Respublikası
Prezidentinin vəzifəyə
təyin və vəzifədən azad etdiyi sədr və 6 (altı) üzvdən ibarət Müşahidə Şurası
həyata keçirir;
5.2. Agentliyin fəaliyyətinə
cari rəhbərliyi Azərbaycan Respublikası
Prezidentinin vəzifəyə
təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir;
5.3. Agentliyin saxlanma xərcləri və fəaliyyəti dövlət
büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına
maliyyələşir.
6. Agentliyin təsisçisinin
səlahiyyətlərinin həyata
keçirilməsi aşağıdakılara
həvalə edilsin:
6.1. Azərbaycan Respublikasının
Prezidentinə:
6.1.1. Agentliyin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən
edilməsi, onların
dəyişdirilməsi;
6.1.2. Agentliyin idarəetmə orqanlarının yaradılması,
idarəetmə orqanlarının
rəhbərlərinin (üzvlərinin)
vəzifəyə təyin
və vəzifədən
azad edilməsi;
6.1.3. Agentliyin ləğvi və yenidən təşkili;
6.1.4. nizamnaməsində nəzərdə tutulmayan
məqsədlər üçün
Agentliyin mənfəətinin
dövlət büdcəsinə
köçürülməsi barədə qərar qəbul edilməsi;
6.1.5. Agentliyin işçilərinin
say həddinin və onların əməkhaqlarının
(vəzifə maaşının,
vəzifə maaşına
əlavələrin, mükafatların
və digər ödənişlərin) məbləğinin
təsdiqi;
6.1.6. Agentliyin təsərrüfat
cəmiyyətlərinin yaradılmasına
və ya onlarda iştirak etməyə, idarə,
filial və nümayəndəliklərin
yaradılmasına razılıq
verilməsi;
6.2. Agentliyə:
6.2.1. bu Fərmanın 6.1-ci
bəndində qeyd
edilənlər istisna
olmaqla, “Publik hüquqi şəxslər
haqqında” Azərbaycan
Respublikası Qanununun
8.2-ci maddəsində publik
hüquqi şəxsin
təsisçisinin səlahiyyətlərinə
aid edilmiş digər
məsələlərin həlli.
7. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası:
7.1. “Media
haqqında” Azərbaycan
Respublikası qanununun
layihəsini iki ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
7.2. bu Fərmandan
irəli gələn digər məsələləri
həll etsin.
8. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
8.1. Azərbaycan Respublikası
Prezidentinin aktlarının
bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
8.2. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını
üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
8.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
8.4. dövlət qeydiyyatına alındığı
gündən bir ay müddətində Agentliyin
inzibati bina ilə təmin edilməsi və maddi-texniki təminatı məsələlərini həll
etsin;
8.5. Agentlik “Hüquqi şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına
alındığı gündən
bir ay müddətində
Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi
Fondunun balansındakı
əmlakın Agentliyin
balansına verilməsini
təmin etsin;
8.6. bu Fərmandan
irəli gələn digər məsələləri
həll etsin.
9. Agentlik:
9.1. Agentliyin işçilərinin say həddi və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləği barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
9.2. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun işçilərinin Agentlikdə müvafiq vəzifələrə təyin olunmaları ilə bağlı tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;
9.3. Agentliyin dövlət qeydiyyatına alınması üçün bu Fərman qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etsin;
9.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
10. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
10.1. bu Fərmanın 4-cü hissəsində və 5.3-cü bəndində nəzərdə tutulan maliyyələşməni təmin etsin;
10.2. Agentliyin saxlanılması və fəaliyyəti üçün tələb olunan vəsaiti hər il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutsun.
11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
12 yanvar 2021-ci il
Azərbaycan.-2021.- 13 yanvar.- S.4.