İ.M.Rəhimovun “Şöhrət”
ordeni ilə təltif edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan
Respublikasında hüquq sahəsində uzunmüddətli səmərəli
fəaliyyətinə görə İlham Məmmədhəsən
oğlu Rəhimov “Şöhrət” ordeni ilə təltif
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 13 yanvar
2021-ci il
Azərbaycan.-2020.- 14 yanvar.- S.2.