“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005 - 2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 25 dekabr tarixli 231-VIQD nömrəli Qanununun tətbiqi haqqında

 

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005 - 2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədarAzərbaycan Respublikasının orden medallarının təsis edilməsi haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2020-ci il 25 dekabr tarixli 231-VIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

 

1. Müəyyən edilsin ki:

 

1.1. Azərbaycan Respublikasının 2020-ci il 25 dekabr tarixli 231-VIQD nömrəli Qanunu ilə təsdiq edilmişAzərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005 - 2020)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə”nin     2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

 

1.2. həmin Əsasnamənin 2-ci maddəsindəorqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi  nəzərdə tutulur.

 

2. “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005 - 2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikasının fövqəladə hallar nazirinə verilsin.

 

3. Azərbaycan Respublikasının Nazirlər KabinetiAzərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005 - 2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar  Azərbaycan Respublikasının orden medallarının təsis edilməsi haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2020-ci il 25 dekabr tarixli 231-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 yanvar 2021-ci il

Azərbaycan.-2021.- 14 yanvar.- S.3.