Gəncədə “Nizami Gəncəvi ili”nə geniş hazırlıq işləri görülür

 

 

Məlumdur ki, Nizami Gəncəvi ömrü boyu dövrünün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb. O, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii estetik düşüncə tarixini zənginləşdirən bədii söz sənəti incilərini də məhz burada ərsəyə gətirib.

 

Bu zəngin irsin öyrənilməsi və təbliği sahəsində ölkəmizdə xeyli işlər görülüb, o cümlədən elmi-bədii məqalələr yazılıb, kitabları mükəmməl tərtibatda və kütləvi tirajla çap edilib, dövlətimizin mədəniyyət və ədəbiyyata olan qayğısı nəticəsində Nizami Gəncəvinin ədəbiyyatda yaddaqalan obrazı yaradılıb.

 

Bu il dahi şairin anadan olmasının 880 ili tamam olur. Bununla bağlı  Prezident İlham Əliyev 2021-ci ili ölkəmizdəNizami Gəncəvi ilielan etmiş yubiley tədbirlərinin yüksək səviyyədə keçirilməsi üçün Nazirlər Kabinetinə tapşırıqlar vermişdir.

 

Şairin yubileyi Gəncədə geniş qeyd olunacaq. Şəhər Mədəniyyət İdarəsinin rəisi Sənan Hacıyev:

 

- Şərq mədəniyyətinə böyük irs bəxş edən Nizami Gəncəvi yalnız şair kimi qiymətli deyil. Dünya səviyyəli mütəfəkkir, əslində, böyük bir ensiklopediyadır. Məhz bu səbəbdən şairin məqbərəsinin yerləşdiyi ərazi elm, bilik, universitet kitabxana mərkəzinə çevrilmişdir. Nizami Gəncəvi ili”ndə kütləvi tədbirlərin həyata keçirilməsi həm mədəniyyət, həm təhsil, həm turizmin inkişafı baxımından olduqca faydalıdır. Söz yox ki, 2021-ci ilinNizami Gəncəvi ilielan edilməsi yaradıcılığı ədəbiyyatımıza, poeziyamıza işıq salan Nizami Gəncəvi dühasının irsinin öyrənilməsi təbliği üçün yeni imkanlar açacaqdır. Odur ki, yubiley ili ilə əlaqədar şəhər icra hakimiyyətində mədəniyyət idarəsində geniş tədbirlər planı tərtib edilmiş həmin tədbirlərin mütəşəkkil keçirilməsi üçün təşkilati işlər görülmüşdür.

 

 

Sabir ƏLİYEV

Azərbaycan.-2021.- 14 yanvar.- S.6.