Azərbaycan ilə Pakistan arasında saziş
imzalanıb
Azərbaycan ilə Pakistan arasında saziş imzalanıb
Pakistana rəsmi səfəri çərçivəsində yanvarın 14-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Pakistan İslam Respublikasının xarici işlər naziri Məhdum Şah Mahmud Qureşi arasında görüş keçirilib.
Xarici
İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildiriblər ki, Azərbaycanı işğal
edilmiş ərazilərinin azad olunması münasibətilə
təbriklərini ifadə edən pakistanlı nazir ölkəsinin
Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli
mövqeyini hər zaman dəstəklədiyini
vurğulayıb.
Nazir
Ceyhun Bayramov Pakistanın hər zaman Azərbaycanın
yanında olduğunu və Vətən müharibəsi
dövründə Pakistan tərəfindən bütün səviyyələrdə,
xüsusilə də Pakistan xalqı tərəfindən
nümayiş etdirilən birmənalı dəstəyi məmnunluqla
qeyd edib.
İki
ölkə arasında mövcud olan tarixi və mədəni əlaqələri
vurğulayan tərəflər inkişaf etməkdə olan əməkdaşlıq
münasibətləri, eləcə də beynəlxalq təşkilatlar
çərçivəsində sərgilənən
qarşılıqlı dəstək məsələlərini
müzakirə ediblər.
Azərbaycan
və Pakistan arasında yüksək səviyyəli səfər
mübadilələrinin həyata keçirilməsinin ikitərəfli
münasibətlərin inkişafına töhfə verəcəyi
bildirilib.
Görüş zamanı, həmçinin ölkələr arasında ticarət, iqtisadi, kənd təsərrüfatı, enerji, nəqliyyat, turizm və digər kimi sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb. İnsanlararası əlaqələr, habelə təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib, ADA Universiteti ilə Pakistanın Xarici Xidmət Akademiyası arasında münasibətlərin inkişaf etdirilməsi vurğulanıb.
Tərəflər görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdən sonra nazirlər "Azərbaycan Respublikası
Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti
arasında fövqəladə halların
qarşısının alınması, məhdudlaşdırılması
və azaldılması sahəsində əməkdaşlıq
haqqında” sazişi imzalayıblar.
Azərbaycan.-2021.- 15 yanvar.- S.3.