Azərbaycanın xarici işlər naziri
Pakistanın Sərhəd İşləri Təşkilatının
Baş direktorunun
başçılıq etdiyi nümayəndə
heyəti ilə görüşüb
Fevralın
25-də Azərbaycan Respublikasının xarici işlər
naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasının Sərhəd
İşləri Təşkilatının Baş direktoru
general-mayor Kamal Azfarın başçılıq etdiyi
nümayəndə heyəti ilə görüşüb.
Xarici
İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildiriblər ki, nazir Ceyhun Bayramov qarşı tərəfi
səmimiyyətlə salamlayıb, Azərbaycan Respublikası
ilə Pakistan İslam Respublikası arasında mövcud olan
dostluq və qardaşlıq münasibətlərinin cari vəziyyətini
məmnunluqla qeyd edib. Pakistanın Azərbaycanın beynəlxalq
hüquqa əsaslanan ədalətli mövqeyini hər zaman dəstəkləməsinin
Azərbaycan dövləti və xalqı tərəfindən
yüksək qiymətləndirildiyi qarşı tərəfin
diqqətinə çatdırılıb. Sərhəd
İşləri Təşkilatının səfəri
çərçivəsində keçirdiyi
görüşlərin və işğaldan azad olunmuş ərazilərə
baş çəkmələrinin bölgədəki vəziyyətlə
yaxından tanış olmaq üçün əlverişli
imkan yaratdığı qeyd olunub. Ümumilikdə bu səfərin
faydalı olacağı və ölkələrimiz arasında
inkişaf edən əlaqələrə müsbət töhfə
verəcəyinə inam ifadə edilib.
Sərhəd
İşləri Təşkilatının Baş direktoru
general-mayor Kamal Azfar, öz növbəsində, səmimi qəbula
görə nazir Ceyhun Bayramova təşəkkürünü
bildirib, Azərbaycan dövləti və xalqını Qələbə
münasibətilə bir daha təbrik edib. O, işğaldan
azad olunmuş məntəqələrə səfərləri
çərçivəsində bu ərazilərdə törədilmiş
dağıntıların miqyasının şahidi
olduqlarını təəssüflə qeyd edərək, buna
rəğmən, ərazilərin Azərbaycanın nəzarətinə
qayıtmasından böyük fəxr hiss etdiklərini
vurğulayıb.
Söhbət
zamanı qarşı tərəf cari səfəri olduqca məhsuldar
qiymətləndirib.
Görüşdə,
həmçinin ikitərəfli əlaqələrin gələcək
inkişaf perspektivləri üzrə fikir mübadiləsi
aparılıb.
Azərbaycan.-2021.- 15 yanvar.- S.3.