Baş Qərargah
rəisi: Pakistan hər zaman
Azərbaycanın yanında olub və onun haqlı mövqeyini dəstəkləyib
Pakistana
rəsmi səfəri çərçivəsində Azərbaycan
Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və
Pakistan İslam Respublikası Ordusunun Baş Qərargah rəisi,
ordu generalı Qamar Cavid Bacva arasında görüş
keçirilib.
Bu
barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti
idarəsindən məlumat verilib.
Ordu
generalı Qamar Cavid Bacva Vətən müharibəsində
böyük Qələbəyə görə təbriklərini
nazir Ceyhun Bayramova çatdırıb. Pakistanın hər
zaman Azərbaycanın yanında olduğunu, Azərbaycanın
haqlı mövqeyini dəstəklədiyini və Pakistan
ordusunun ölkəmizə verdiyi mənəvi dəstəyi və
həmrəyliyi ifadə edib.
Nazir
Ceyhun Bayramov təbriklərə görə təşəkkürünü
bildirib. Nazir Ermənistan-Azərbaycan münaqişəsinin həlli,
44 günlük Vətən müharibəsi, bu dövr ərzində
Ermənistan tərəfindən törədilən müharibə
cinayətləri, mülki insanların hədəfə
çevrilməsi barədə, eləcə də bölgədə
mövcud olan cari vəziyyət haqqında qarşı tərəfə
ətraflı məlumat verib. Həmçinin nazir Pakistan tərəfinə
Azərbaycanın beynəlxalq hüquqa əsaslanan
mövqeyini birmənalı dəstəklədiyi və
nümayiş etdirdiyi mənəvi dəstəyə görə
dərin təşəkkürünü ifadə edib.
Tərəflər
hazırda Azərbaycanın azad olunmuş ərazilərində
aparılan minadan təmizlənmə fəaliyyəti, bərpa
və tikinti işləri, infrastruktur layihələri və
digər məsələlər ətrafında fikir mübadiləsi
aparıblar.
İki
ölkə arasında əlaqələrin inkişaf etdirilməsi,
o cümlədən hərbi texniki, hərbi təhsil sahələrində
əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti
vurğulanıb.
Azərbaycan.-2021.- 15 yanvar.- S.3.