İlham Əliyev
39 ildən sonra Şuşaya
qalib olaraq gəldi
Müzəffər Ali Baş Komandan
Azərbaycan bayrağını Qarabağın qəlbində
ucaltdı
Füzuli, Cəbrayıl, Ağdam, Zəngilan və Qubadlıdan sonra Müzəffər Ali
Baş Komandan İlham Əliyev növbəti səfərini
Qarabağın tacı, Azərbaycan mədəniyyətinin
paytaxtı olan Şuşa
şəhərinə etdi. Bu həm
də Azərbaycan Prezidentinin 2021-ci ildə regionlara ilk səfəri idi. Bu baxımdan Şuşanın işğaldan
azad olunması 44 günlük Vətən müharibəsinin ən böyük hərbi-siyasi
hadisəsi idisə,
ilk daxili səfərin
Şuşaya edilməsi
də özlüyündə
rəmzi əhəmiyyət
daşıyırdı.
İlham
ƏLİYEV: “Şuşa ayaqdadır,
Şuşa sınmayıb,
Şuşa əyilməyib!”
Prezident
İlham Əliyev üçün bu səfərin yanvarın
14-də gerçəkləşməsinin
ayrı rəmzi mənası da var. Düz 39 il əvvəl, 1982-ci ilin 14 yanvar tarixində Şuşada Ulu Öndər Heydər Əliyevin təşəbbüsü
ilə inşa edilmiş Molla Pənah Vaqifin məqbərəsinin açılışı
olmuş və həmin tədbirdə İlham Əliyev də iştirak etmişdi.
Bu səfərin İlham
Əliyev üçün
xüsusi bir tarixi önəmi həm də ondan ibarətdir ki, o, son 30 ildə Şuşaya səfər edən ilk Azərbaycan Prezidentidir. İlham Əliyev həm də bu müqəddəs
ünvana qalib,
44 günlük müharibənin
Müzəffər Ali Baş
Komandanı kimi gəlmişdi. “Bu dəfə
Müzəffər Azərbaycan
Ordusunun, qalib Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi gəlmişəm.
Düşmənin belini
qıran Ordunun Ali Baş Komandanı kimi gəlmişəm və burada müqəddəs bayrağın
altında, qəhrəman
hərbçilərin önündə
deyirəm ki, biz bu torpaqlarda əbədi yaşayacağıq!”,
- deyə İlham Əliyev Şuşadan bəyan etdi.
Bəli,
Şuşa Azərbaycandır, onun əsl sahibləri geri qayıdıb. Şuşa xalqımızın elə
bir möhtəşəm
mədəni abidəsidir
ki, düşmən onu 28 ildə erməniləşdirə bilmədi.
Onun hər küçəsi bir tarix, hər
daşı bir mənəvi xəzinədir,
xalqımızın milli-mədəni
sərvətidir. Bu şəhər
28 il yarım
davam edən işğal dövründə
erməniləri qəbul
etmədi. Şuşa onlar üçün
əvvəldən yad
idi, işğal dövründə də yad olaraq qaldı.
İlham Əliyevin dediyi kimi, Şuşa ayaqdadır,
Şuşa sınmayıb,
Şuşa əyilməyib!
Mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını
dəyişdirə bilməyib.
Şəhərin işğalı AXC-Müsavat
cütlüyünün xəyanətinin
nəticəsi idi
Şuşa kifayət qədər mühüm strateji məkanda yerləşir. Şəhərin təbii relyefi onu düşmən hücumundan olduqca güclü və möhkəm bir şəkildə mühafizə
edir. Ona görə 1992-ci ildə şəhərin ermənilər tərəfindən
işğal edilməsi
Birinci Qarabağ müharibəsinin ən ağrılı hadisəsi
olmuşdu. Lakin Şuşanın
işğalı Ermənistanın
hərbi imkanlarının
nəticəsində baş
verməmişdi. Ermənistan heç
vaxt Azərbaycandan güclü olmayıb və o dövrdə Şuşanın işğalı
Azərbaycanda gedən
siyasi çəkişmələrin,
hakimiyyət uğrunda
mübarizənin nəticəsi
idi.
Prezident
İlham Əliyev Şuşada hərbçilərlə
görüşü zamanı
bu barədə danışaraq AXC-Müsavat
cütlüyünün xəyanəti
nəticəsində Şuşanın
işğal olunduğunu
bildirdi: “Çünki
Pənahəli xan bu şəhəri elə salmışdır
ki, hər tərəfdən sıldırım
qayalar və təbii landşaft Şuşanı mühafizə
edir.
1992-ci ilin mayında
ovaxtkı Azərbaycan
rəhbərliyinin və
hakimiyyət uğrunda
mübarizə aparan
AXC-Müsavat cütlüyünün
xəyanəti nəticəsində
Şuşa işğal
altına düşdü”.
Şuşanın, daha sonra Laçının
işğal olunması
hakimiyyət uğrunda
mübarizə aparan
AXC-Müsavat cütlüyünün
siyasi hoqqalarının
nəticəsi idi ki, bu da
vətənə xəyanətdən
başqa bir şey deyildi. Şuşanın işğalı ilə Ermənistan Dağlıq Qarabağda strateji üstünlüyünü təmin
etdi. Laçının işğalı ilə düşmən Ermənistandan Qarabağa gedən yollara nəzarəti ələ keçirdi. Bununla da
Azərbaycanın digər
rayonlarının işğalı
üçün münbit
şərait yarandı.
AXC-Müsavat qaragüruhu isə bu hadisələrdən sonra Azərbaycanda hakimiyyətə gəldi və yürütdüyü
siyasətlə tariximizin
növbəti qara səhifələrini yazdı.
Qələbə yolu
44 günlük müharibənin hər günü Azərbaycan Ordusunun irəliləməsi, torpaqlarımızı işğaldan azad etməsi ilə əlamətdar oldu. Hər gün kəndlərimiz işğaldan azad edildi, hər gün düşmən döyüş meydanında haqlı cəzasına çatdı. Ordumuz irəlilədikcə isə bütün Azərbaycan ictimaiyyətinin, dünyanın hər yerində yaşayan soydaşlarımızın, dostlarımızın diqqəti Şuşaya yönəlmişdi. Hər bir kəs Şuşanın azad ediləcəyini nəinki gözləyirdi, həm də bu xəbəri mütləq eşidəcəyinə inanırdı. Prezident İlham Əliyev oktyabr ayında Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində “Şuşasız bizim işimiz yarımçıq olar” demişdi.
Həmin günlərdə Azərbaycan əsgəri Şuşaya doğru irəliləyirdi. Sıx meşələrlə, dağlarla irəliləyən ordumuz bu yolda qəhrəmanlıq nümunələri göstərdi. Düşmənin heç vaxt ağlına belə gəlməzdi ki, Azərbaycan əsgəri dağlardan, dərələrdən, sıldırım qayalardan dırmaşıb keçərək Şuşaya çata bilər. Lakin ordumuz mümkünsüz görünən bu işləri reallığa çevirdi.
Şuşa elə bir strateji məkanda yerləşir ki, təbii relyefi onu müdafiə edir. Lakin on kilometrlərlə dağları aşıb gələn Azərbaycan əsgərinin milli və döyüş ruhu qarşısında keçilməz nəsə ola bilməzdi. Biz öz şəhərimizi, doğma yurdumuzu azad etməyə gəlmişdik və istənilən maneəni dəf etməyə hazır idik. Və bu yolun sonu Şuşanın azad edilməsi oldu, noyabr ayının 8-i isə Zəfər Günü kimi tariximizə düşdü. Ali Baş Komandan İlham Əliyev Şuşaya qəhrəman əsgərlərimizin açdığı yolla getdi və onu Qələbə yolu adlandırdı: “Noyabrın 8-də qədim Şuşa şəhərimizi düşməndən azad edərək Azərbaycan parlaq qələbə qazandı. Şuşanın işğaldan azad edilməsi böyük qəhrəmanlıq, peşəkarlıq, milli ruh tələb edirdi. Azərbaycan hərbçiləri bütün bu ülvi xüsusiyyətləri nümayiş etdirmişdir. Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm. O yol indi açılıbdır, yol yox idi. Dağlardan, meşələrdən, dərələrdən keçərək, onlarla kilometr məsafəni qət edərək qəhrəman Azərbaycan hərbçiləri yol boyunca kəndləri, qəsəbələri düşməndən azad edib, Şuşa şəhərinə yaxınlaşıb, Daşaltı kəndini azad edib və ondan sonra Şuşanı işğalçılardan azad edib”.
Ermənilər 1992-ci ildə Şuşanı işğal edəndən sonra dırnaqarası əməliyyata “dağlarda toy” adı qoyaraq təbliğ edirdilər. Lakin ötən il noyabrın 8-də Azərbaycan Ordusu işğalçının cavabını verdi.
İlham Əliyevin dediyi kimi, indi biz onlara elə toy tutduq ki, bu dərsi əbədi yadda saxlayacaqlar.
İlham Əliyev Şuşaya şəhərin fatehi, İkinci Qarabağ müharibəsinin Müzəffər Ali Baş Komandanı kimi gəldi, Qarabağın qəlbində Azərbaycan bayrağını ucaltdı. Bundan sonra qarşıda duran əsas vəzifə düşmənin erməniləşdirə bilmədiyi, lakin bərbad vəziyyətə saldığı Şuşanın bərpasıdır. Şuşanı xalqımıza qaytaran İlham Əliyevin diqqəti və qayğısı ilə Qarabağın tacı yenidən qurulacaq və milli mədəniyyətimizin ünvanı kimi əvvəlki şöhrətini bərpa edəcək.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2021.- 17 yanvar.- S.1;5.