“Azərbaycan Respublikasının hərbi əməliyyatlar nəticəsində işğal olunmuşbununla əlaqədar zərər çəkmiş ərazilərinin bərpası və yenidən qurulması üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 12 iyul tarixli 471 nömrəli Fərmanının ləğv edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. “Azərbaycan Respublikasının hərbi əməliyyatlar nəticəsində işğal olunmuş bununla əlaqədar zərər çəkmiş ərazilərinin bərpası yenidən qurulması üzrə Dövlət Komissiyası haqqındaAzərbaycan Respublikası Prezidentinin 1996-cı il 12 iyul tarixli 471 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 7, maddə 535; 2006, ¹ 7, maddə 588; 2010, ¹ 2, maddə 80; 2015, ¹ 11, maddə 1301; 2017, ¹ 1, maddə 51; 2020, ¹ 3, maddə 230) ləğv edilsin.

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 yanvar 2021-ci il

Azərbaycan.-2021.- 17 yanvar.- S.2.