Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yaradılması haqqında

 

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi  yaradılsın.

 

2. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (bundan sonra -  Agentlik) Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin hüquqi varisidir, onun hüquq öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.

 

3. Müəyyən edilsin ki:

 

3.1.      Agentlik  Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin, habelə müharibə hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan digər partlayıcı qalıqlardan təmizlənməsi, həmçinin onların müvəqqəti saxlanılması, daşınması, zərərsizləşdirilməsi sahəsində fəaliyyət göstərən, habelə bu sahədə digər zəruri işlərin təşkilini, fəaliyyətin planlaşdırılmasını, əlaqələndirilməsini idarə edilməsini həyata keçirən publik hüquqi şəxsdir;

 

3.2.      Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirmək üçün  3 (üç) üzvdən -  sədr onun 2 (iki) müavinindən ibarət İdarə Heyəti yaradılır.

 

4. Agentliyin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

 

4.1.      Azərbaycan Respublikasının Prezidentinə:

 

4.1.1. Agentliyin nizamnaməsinin təsdiq olunması nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

 

4.1.2. Agentliyin idarəetmə orqanlarının yaradılması;

 

4.1.3. Agentliyin İdarə Heyəti sədrinin onun müavinlərinin vəzifəyə təyin vəzifədən azad edilməsi;

 

4.1.4. Agentliyin yenidən təşkili ləğvi;

 

4.2.   Agentliyə:

 

4.2.1. “Publik hüquqi şəxslər haqqındaAzərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

 

5. Agentliyin fəaliyyətinin təşkili təmin edilməsi xərcləri dövlət büdcəsinin vəsaiti qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

 

6. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Agentliyin nizamnaməsinin layihəsini

 

15 gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

 

7. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

 

7.1.      Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

7.2.      Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

7.3.      mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

7.4.      Agentliyin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətindəHüquqi şəxslərin dövlət qeydiyyatı dövlət reyestri haqqındaAzərbaycan Respublikasının Qanununa uyğun olaraq tədbirlər görsün;

 

7.5.      dövlət qeydiyyatına alındığı gündən Agentliyin inzibati bina ilə təmin olunması maddi-texniki təminatı məsələlərinin həlli üçün bir ay müddətində tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

7.6.      Azərbaycan Respublikası Ərazilərinin Bərpası Yenidən Qurulması üzrə Agentliyin ləğv edilməsi ilə bağlı müvafiq tədbirlər görsün;

 

7.7.      Agentlik dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Azərbaycan Respublikası Ərazilərinin Bərpası Yenidən Qurulması üzrə Agentliyin Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin balansındakı əmlakın Agentliyin balansına verilməsini təmin etsin;

 

7.8.      bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

8. AgentlikHüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik və Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik öz fəaliyyətini davam etdirsin.

 

9. Agentlik:

 

9.1.      Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin işçilərinin Agentlikdə müvafiq vəzifəyə təyin olunması üçün tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;

 

9.2.      bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

10.  Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

 

10.1.    bu Fərmanın 5-ci hissəsinə uyğun olaraq  maliyyələşməni təmin etsin;

 

10.2.    Agentliyin saxlanılması və fəaliyyəti üçün tələb olunan vəsaiti hər il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutsun.

 

11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 yanvar  2021-ci il

Azərbaycan.-2021.- 17 yanvar.- S.2.