“Vətən yaxşıdır” onlayn respublika mahnı müsabiqəsinə başlanılıb

 

 

 

Təhsil Nazirliyinin dəstəyi və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə “Vətən yaxşıdır” adlı onlayn respublika mahnı müsabiqəsinə start verilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müsabiqə yanvarın 15-dən fevralın 15-dək davam edəcək.

Uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında keçirilən müsabiqənin təşkilində əsas məqsəd Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Xudayar Yusifzadə və onun timsalında bütün şəhidlərin xatirəsini böyük ehtiramla yad etmək, uşaq və gəncləri hərbi vətənpərvərlik ruhunda tərbiyələndirmək, istedadlı dərnək üzvlərini aşkar etməkdən ibarətdir.

Onlayn platformada təşkil olunan müsabiqə xalq mahnıları (muğam, təsnif) və bəstəkar mahnıları (estrada) nominasiyaları üzrə 2 yaş qrupunda (7-14, 15-20) keçirilir. Müsabiqəyə hər yaş qrupu üzrə 1 iştirakçı 1 nominasiya üçün qatıla bilər. Təqdim olunan videogörüntülər aydın və keyfiyyətli olmalı, mahnıların ifa müddəti 3-4 dəqiqədən çox olmamalıdır. Mahnılar minuslaya akapella  oxuna bilər.

Müsabiqədə iştirak etmək istəyənlər özləri barədə məlumatı (adı, soyadı, ata adı, təvəllüdü, məşğul olduğu müəssisə, şəhər, rayon, əlaqə nömrəsi) və nominasiyalar üzrə hazırladıqları videogörüntüləri grbye@mk.edu.az elektron ünvanına və ya (+994) 55 539 55 22 “WhatsApptelefon nömrəsinə göndərməlidirlər. Müsabiqə qalibləri və fəal iştirakçılar Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin diplomları ilə təltif olunacaqlar.

Qeyd edək ki, müsabiqə ilə bağlı sualı olanlar (+994) 12 568 42 19, (+994) 55 539 55 22 və (+994) 55 701 46 16 telefon nömrələri ilə əlaqə yarada bilərlər.

 

Azərbaycan.-2021.- 17 yanvar.- S.7.