Torpaqlarımızı azad etdik, indi əkib-becərməliyik

 

Azərbaycanın dünya bazarına daha geniş çeşiddə və daha yüksək keyfiyyətdə kənd təsərrüfatı məhsulları çıxarmaq üçün əlavə imkanları yaranıb

 

50-60 il əvvəl əmimgil qışda gedərdilər Rusiyaya alma satmağa. 70-80 yeşik mal aparardılar. Cəmi iki ton. Bazarları gur olanda 3 manatdanfırıldadıbkefləri kök, damağları çağ təxminən 5-6 min manatla geri qayıdardılar. Sabir demişkən: “Ah, necə kef çəkməli əyyam idi”.

 

Keçmiş SSRİ- 70-ci illərdə bir dolların rəsmi kursu sovet manatına nisbətdə 60 qəpik ətrafındarəqs edərdi”. Bu hesabla 80 yeşik almanın qazancını dollara çevirəndə 10 min dollara bərabər olurdu. Yaxşı qulluq edilən istənilən həyətyanı sahədən bu məhsulu yığmaq mümkün idi. Kəm-kəsir olanda üstünü düzəldərdilər. Sovxoz malı dadlarına çatırdı.

 

Bir sözlə, həqiqətən “kef çəkməli əyyamidi. İndi bir hektarpalmetbağından kəndli bu pulun hətta dörddəbiri həcmində xalis gəlir götürəndə sevincindən qanadlanır. Çünki köhnəpalmetbağları həm bəhərdən, həm , necə deyərlər, dəbdən düşüb. Artıq fermerlər yavaş-yavaş taqətsiz bağları şumlayır, yenilərini salırlar. Gilas, armud, gavalı, şaftalı, ərik bağlarının sahəsi hər il sürətlə artmaqdadır. Yeni qoz, fındıq bağları ərsəyə gəlir. Sözün qısası, dəbdən düşən nüfuzunu itirənpalmetalmasını bazarda ad qazanan təzə meyvə sortları sıxışdırır.

 

Həm iri aqroparklar, həm kiçik torpaq sahələri olan fermerlər artıq yüksək qazanc gətirən intensiv bağçılığı inkişaf etdirməyə çalışırlar. Bu istiqamətdəki müsbət dinamika sevindiricidir. Belə ki, 2020-ci ildə intensiv superintensiv bağlar ümumi bağların 14 faizini təşkil etmişdir. Daha çox qazanc əldə edə bilən kəndlilər intensiv bağçılığın inkişafına xüsusi maraq göstərir, həvəslə yeni texnologiyalara yiyələnirlər. Mütəxəssislər bu artımın qarşıdakı illərdə daha sürətli olacağını proqnozlaşdırırlar.

 

Bağçılığın inkişafını stimullaşdıran ən vacib amil dövlətin aqrar sektorun inkişafına ciddi dəstək verməsidir. Bu il Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, intensiv üsulla fındıq, zeytun, nar sitrus bağlarının salınmasına görə birdəfəlik əlavə maliyyə dəstəyi göstəriləcək. Aqrar sektorun belə geniş şaxələndirilməsi ərzaq təchizatında baş verə biləcək bir çox gözlənilməz təhlükələrdən sığortalanmağa imkan verir.

 

Təhlükələrdən söz düşmüşkən. Məlum olduğu kimi, ötən ilin sonunda Rusiya Azərbaycandan pomidor alma idxalına qadağa qoydu. Bu gözlənilməz qərar  ciddi çətinliklər yaratdı, xüsusən pomidor istehsalçıları ciddi itkilərə məruz qaldılar. Amma bu qadağa palmet bağları olan fermerlərə elə ağır təsir etmədi. Cünki onsuz da Rusiya bazarıölüb ora mal çıxaranda udub-uduzacaqlarını dəqiq bilmirlər. Ən azından əvvəlki qazancları olmur. Əllərinə gələn qəpik-quruş da külfət yanında üzlərini etmir.

 

Gəl ki, yaxın saydığımız şimal qonşumuzun bu gözlənilməz qadağası ayağını pomidor becərən sahibkarların boğazına dirəmiş kimi oldu. Nəticədə daxili bazarda pomidorun topdansatış qiyməti 30 qəpikdən aşağı düşdü. İstehsalçılar onlara dəyən bu ağır zərbəni, sözün əsl mənasında, “pomidor müharibəsikimi qəbul etdilər. Çünki əgər sənin yetişdirdiyin məhsul qapından kənara çıxa bilmirsə, istixanalarda çürüyürsə, böyük ziyana düşürsənsə, həqiqətən müharibə sayağı bir hücuma məruz qalmış olursan. Doğrudur, son illər dəfələrlə kənd təsərrüfatı məhsullarının ixracında buna bənzər problem yaranırdı, lakin sonuncupomidor müharibəsigözlənilməz idi.

 

Belə halların qarşısının alınması üçün müəyyən addımlar atılmalı, hətta Rusiya bazarlarını üzümüzə bağlasa belə, çıxılmaz vəziyyətə düşməməliyik. Təsadüfi deyil ki, yaranmış bu cür vəziyyətlər dövlət başçısının da diqqətindən kənarda qalmır. Prezident İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə bu məsələni vurğulayaraq bir daha ərzaq təhlükəsizliyi məsələlərinə toxundu: “Biz burada da ixrac potensialımızı şaxələndirməliyik. Çünki bu yaxınlarda Rusiya tərəfindən pomidor ixracına qoyulan qadağa, əlbəttə, bizim üçün çox gözlənilməz olmuşdur. Xatırlayıram, bir neçə il bundan əvvəl Rusiya tərəfi bizə müraciət etmişdi ki, - o vaxt sanksiyalar tətbiq olunmuşdu, - Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracını artırsın. Məhz ondan sonra çox ciddi artım oldu. Əgər biz 4-5 il bundan əvvəl və keçən il Rusiyaya pomidor ixracına baxsaq, böyük fərq görərik. Əgər o qadağa qoyulmasaydı, - düzdür, o qadağanın bir hissəsi artıq götürülüb, - keçən il bizim ixracımız 200 min tona çatacaqdı. Ancaq siz də, hökumət də bu rəqəmləri bilirsiniz, 4-5 il bundan əvvəl daha aşağı idi. Yəni demək istəyirəm ki, biz kənd təsərrüfatı ixracına yenidən baxmalıyıq”. Dövlət başçısı belə hallarla üzləşməmək üçün bundan sonra da aqrar sektorun şaxələndirilməsinin, kənd təsərrüfatı məhsullarının çeşidinin artırılmasının zəruriliyini diqqətə çatdırdı.

 

Əslində, son illər ərzində aqrar sektorun şaxələndərilməsi həmişə diqqət mərkəzində olmuşdur. Ölkədə pambıqçılığın, baramaçılığın, üzümçülüyün və kənd təsərrüfatının digər ənənəvi sahələrinin inkişafı sürətlənir, özü də məhsuldarlıq hesabına. Bunun sayəsində Azərbaycanın dünya bazarlarına daha geniş çeşiddə, yüksək keyfiyyətdə məhsullar çıxarmaq imkanları ildən-ilə artır. Bütün bunlar aqrar sektorun dayanıqlı inkişafının nəticəsidir.

 

Pomidor qadağası” kimi çətinliklərə baxmayaraq, Azərbaycan ənənəvi bazarlarda mövqeyini qoruyur, üstəlik ölkəmizin yeni bazarlara çıxmaq üçün potensialı artır. Dövlət başçısı müşavirədə azad edilmiş torpaqların imkanlarından danışarkən bildirdi ki, azad olunmuş torpaqlarda kənd təsərrüfatı, xüsusilə bağçılıq  çox ciddi inkişaf edə bilər.

 

Azərbaycanda dövlət tərəfindən aqrar sektorun inkişafına böyük vəsaitlər ayrılır. Məlumdur ki, keçən ildən fermerlərə subsidiyaların ödənilməsi yeni qaydalara əsasən həyata keçiriliralternativsiz olaraq elektron kənd təsərrüfatı sistemi üzərindən aparılır. Ən əsası isə fermerlərin kənd təsərrüfatı texnikasına olan tələbatını ödəmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kreditİnkişaf Agentliyi tərəfindən 100-dən artıq özəl şirkət vasitəsilə 3 min fermerə 7260 kənd təsərrüfatı texnikasının, həmçinin 8758 baş damazlıq heyvanın satışı maliyyələşdirilmiş, 3400-dən çox fermerə mikrokreditlər verilmişdir.

 

Prezident müşavirədə bildirdi ki, azad edilmiş torpaqlarda kənd təsərrüfatının inkişafı sistemli xarakter almalıdır və hökumət, o cümlədən Kənd Təsərrüfatı və  İqtisadiyyat nazirlikləri prioritetlər seçməlidir: “Əlbəttə ki, azad edilmiş torpaqlara qayıdacaq insanlar üçünbiz indi tövsiyələr hazırlamalıyıq, məsləhətlər verməliyik. Əlbəttə ki, orada subsidiyalaşma ümumi sistemə inteqrasiya olunacaqdır. Ancaq dövlət, - hələ ki, indi vətəndaşlar oraya qayıtmayıb, - öz tərəfindən bütün bu işləri görür və görməlidir. Biz, o cümlədən payızlıq və yaz əkin mövsümlərinə hazırlaşmalıyıq. Bizim kifayət qədər imkanımız var ki, azad edilmiş torpaqlardan bu ilin mövsümündə bol məhsul götürək”.

 

 

 

Bahadur İMANQULİYEV,

Azərbaycan.-2021.- 19 yanvar.- S.1;6.