Qazaxdan parlayan üç ulduz...
Bəli, bu gün hər bir ata-ananın, qardaş-bacının, nənə-babanın dilinin əzbəri olan bir fikir vardı: “İgid əsgər, möhkəm dayan”. Əslində, bu çağırışı hələ heç “Əlifba” kitabını açmayan, bağçayaşlı balalarımız da elə şirin-şirin deyir ki...
Azərbaycan torpaqlarını 30 ilə yaxındır ki, tapdaqda, əsarətdə saxlayan erməni daşnak quldurları həmin “İgid əsgər, möhkəm dayan” misrasındakı vətənpərvərlikdən də qorxurlar! Ona görə də daim özlərini basılmaz saymış, ərazilərimizi işğal etmiş, bizi isə vandalizm aktına məruz qoymuş hayları birliyimiz, hər kəlməmiz belə vahiməyə saldı! Bu günlərin sevincini xalqımız illərdir ki, gözləyirdi.
İşğalçıların bəd niyyətləri artıq “çanağı öz başlarında çatlatdı”. İşğalda saxladıqları torpaqlarımızdan qovuldular. Necə deyərlər, “iti qovan kimi” onları yurd yerlərimizdən çıxartdı rəşadətli tarix yazan Milli Ordumuz: “Əlbəttə, “Böyük Ermənistan” xülyası ilə, havadarlarına yarınıb-yaltaqlanan ermənilər doxsanıncı illərdə, müstəqilliyimizi yenicə bərpa etdiyimiz, hərtərəfli zəif olduğumuz bir məqamda nəinki Qarabağımıza, hətta ondan nə qədər uzaq olan Naxçıvanın Kərki, eləcə də doğulub boya-başa çatdığım Qazax rayonunun Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrimli, Barxudarlı, Sofulu, Bağanis Ayrım və Qızıl Hacılı kəndlərini də işğala məruz qoydu. Bu o vaxtlar idi ki, nə indiki kimi inkişafımız, nə də vahid komandanlığa tabe olan, NATO standartları ilə formalaşan Milli Ordumuz var idi...”
Bu fikirlərin müəllifi - Qazax şəhəri, 2 nömrəli musiqi məktəbinin müəllimi Günel Ələkbərli deyir ki, artıq o ağır dövrdən bizi 30 ilə yaxın zaman məsafəsi ayırır. Bu gün isə rəşadətli Milli Ordumuz artıq Qarabağımızı işğaldan azad edib. Buna görə də 44 günlük Vətən müharibəsində uduzan Ermənistan noyabrın 10-da təslimçi sülh müqaviləsinə imza atmağa məcbur oldu: “Düşmən öz qorxaqlığını və acizliyini ört-basdır etmək üçün mülki insanları, cəbhədən uzaq yaşayış məntəqələrimizi, böyüklü-kiçikli xalqımızı ağır artilleriyalardan atəşə tuturdu. Guya ki, bununla bizi qorxutmaq, qisas almaq istəyirdi. Amma uduzdu: biz ölərik, həm də öldürərik! Bu, bizim şərəf və ləyaqət, haqq-ədalət savaşımızdır! Öz torpaqlarımızda şəhidlik alın yazımızdır!
Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev erməni vandallarının acizliyini, insanlıqdan uzaq hərəkətlərini dünya xalqlarına çatdırarkən söylədiklərini xatırlayıram: “Ermənistan mülki şəxslərə hücum etməklə Azərbaycanda xaos və panika yaratmaq istəyirdi. Lakin onlar Azərbaycan xalqının ruhunu düzgün hesablaya bilmədi. İtkilərimiz olsa da, bu, bizim iradəmizi sındırmadı. Əksinə, bizi daha güclü etdi...”
Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu da Azərbaycan Ordusunun haqq savaşında qələbə çalacağına əminliyini öncədən duyaraq belə ifadə edirdi: “Biz Sizin döyüş meydanındakı qələbələrinizlə fəxr edirik. Bütün dünyaya türkün gücünü göstərdiniz, qürur duyuruq. İnşallah, öz əzəli torpaqlarımızı bu uğurlu əməliyyatlarla geri qaytaracağıq. Cənab Prezidentimizin təlimatı, tapşırığı ilə gəlmişəm... Prezidentimizin bizə bir tapşırığı var: bu prosesdə qardaş Azərbaycanı tək qoymayın və davamlı olaraq oraya - Bakıya gedin və birlikdə hərəkət edin...”
Bundan necə
qürur hissi keçirməyəsən ki? Ermənistanın baş naziri N.Paşinyan isə dilənmədiyi, zəng edib bezdirmədiyi dövlət başçısı
qalmadı. Bəli, dünya
dəyişir, haqqımızı
tanımayanlar erməni
fitnəkarlığını artıq dərk edir. Çünki haqq bizimlədir.
Regionda güc balansı dəyişdikcə Azərbaycanın
haqq işinə mane olmaq istəyənlər belə haqsızlıqlarının
fərqinə varmağa
başlayır. ATƏT-in Minsk qrupunun həmsədrlərindən
biri olan Fransanın sülh danışıqlarında vasitəçilik
missiyası daşımasına
baxmayaraq, işğalçı
Ermənistanın mövqeyini
dəstəkləməsi, senatının
mövcud olmayan “DQR”in müstəqilliyini tanıyan sənəd qəbul etməsi isə, sadəcə, gülünc və Azərbaycan Prezidentinin qeyd etdiyi kimi,
quru, boş, mənasız, səmərəsiz
kağız parçasından
savayı bir şey deyil. Günel müəllimə
söhbət əsnasında
bildirdi ki, mənim də xalam oğlanları Aqşinlə Ayxan Quşçiyev qardaşları,
Alı Alıyev və Ruslan Məmmədov... kimi qazaxlı
doğmalarım düşmənlə
savaşda öz sözlərini deyiblər:
“ Mən musiqi müəllimi kimi vətənpərvərlik hissləri
ilə yazılan şeirlərin bir neçəsinə marş
və mahnı yazılmasına çalışıram.
Düşünürəm ki, bu gün hər birimiz özümüzü
Vətənə xidmətdə
görməliyik. İnanırdım
ki, tezliklə, bizə nəfəs qədər yaxın olan Şuşamızda, Laçın, Kəlbəcər və Ağdamımızda, illərlə
quldur yuvasına dönmüş Xankəndimizdə
oxunacaq mahnılarımız
da döyüşkən
ordumuza bir töhfə olacaq!
Yeri gəlmişkən onu deyim ki, Ağstafa
rayonunun Aşağı
Kəsəmən kəndində
yaşayan Hüseynovlar
ailəsindən 3 qardaş
- Habil, Qabil, Ramil ön cəbhədə
xidmət edir. Hər iki valideynlərini itirən qardaşlar döyüş başlayandan
cəbhədədirlər. Ata-anasız böyüyən
qardaşlar müharibənin
ilk günlərindən könüllü
olaraq ön cəbhəyə yollandılar.
Şükür ki, onlar Qarabağda müharibəni
qələbə ilə
başa vuran əsgər oğullarımızın
sıralarındadırlar. Bu da Tanrının
o ailəyə bəxşişidir.
Qardaşlar dəfələrlə ölümlə üz-üzə
qalsalar da, Şuşaya bayraq sancanların arasındadırlar”.
Budur Azərbaycan oğullarının
Vətən sevgisi. Budur Ali Baş Komandanın bircə əmrinə müntəzir olan Müzəffər Ordumuzun
vətənpərvərlik duyğuları ilə silahlanması. Qarabağ
Azərbaycandır! Azərbaycan
qalibdir!
Məhəmməd NƏRİMANOĞLU,
Azərbaycan.-2021.- 20 yanvar.- S.7.