Ermənistan hakimiyyəti müxalifəti erkən seçkilərlə hədələyir

 

 

Müharibədəki məğlubiyyətin Ermənistanda yaratdığı siyasi qarşıdurma davam etməkdədir. Müxalifət hakimiyyəti məğlubiyyətin əsas səbəbkarı qismində qələmə versə də, Paşinyan iqtidarı əks arqumentlə çıxış edərək onları fakt qarşısında qoymağa çalışır.

 

 Diqqətçəkən başqa bir məqam isə odur ki, Paşinyan iqtidarı növbədənkənar parlament seçkiləri təyin etməklə müxalifətin cəmiyyətdə sosialictimai dayaqlarının olmadığını sübut etmək istəyir. Bunun üçün baş nazir erkən parlament seçkilərinə gedilməsində israrlı olsa da, müxalifət bu seçkilərdə iştirak etməyəcəyini bildirir.

 

 

 

Baş nazirə qarşı çıxanlar növbədənkənar seçkilərdən narahatdırlar

 

 

 

 Belə vəziyyətdə Paşinyanın əlinə müxalifətə qarşı yeni arqumentlər keçib. O, iddia edir ki, müxalifət erkən parlament seçkilərindən  narahatdır və əsas səbəb də odur ki, cəmiyyətdə dayağı yoxdur. Digər tərəfdən baş nazir müxalifətin seçkilərdə iştirak etməyəcəyini bəhanə gətirərək artıq buna zərurət olmadığını diqqətə çatdırır və  mövqelərinin güclənməsinə cəhd edir.

 

“4rd.am” saytının yazdığına görə, Ermənistanın vitse-baş naziri Tiqran Avinyan bəyan edib ki, ölkə rəhbərliyi parlamentin müxalifət fraksiyası ilə növbədənkənar seçkilərin keçirilməsi barədə memorandum imzalamağa hazırdır.

 

Qeyd olunub ki, Nikol Paşinyan 2020-ci il noyabrın 10-da Azərbaycanla bəyanat imzalayandan sonra Yerevanda onun istefa tələbi ilə etiraz aksiyaları başladı. Müxalifət Paşinyanın yerinə ölkənin keçmiş rəhbəri Vazgen Manukyanın namizədliyini irəli sürdü. Dekabrın 25-də Paşinyan  siyasi qüvvələri 2021-ci ildə növbədənkənar parlament seçkisinin keçirilməsini müzakirə etməyə dəvət etdi. Biz praktiki addımlara keçməklə ilkin mərhələdə növbədənkənar seçkinin keçirilməsi barədə memorandum imzalanmasını müzakirə edə bilərik”, - deyən Avinyan parlamentdəki hökumət saytında “İşıqlı Ermənistan” müxalifət fraksiyasının deputatı Armen Yegizaryana belə cavab verib. O, bu  məsələ həllini tapsın deyə digər müxalifət partiyası olan “Çiçəklənən Ermənistan”ı da memoranduma qoşulmağa çağırıb.

 

Nikol Paşinyan isə müxalifətin onun 2021-ci ildə seçki keçirilməsi təklifini rədd etməsinə təəccüblənib. “Hakim qüvvənin özündən ötrü növbədənkənar parlament seçkiləri keçirməsi məntiqli deyil”, - deyə baş nazir qeyd edib. Əlavə edib ki, bu məsələ hələ də gündəmdədir və müzakirələr davam edir.

 

          

 

Ermənistan yalnız bu müharibədə uduzmayıb, son 25 ildə uduzub

 

 

 

Bu arada Ermənistanda növbəti ictimai sorğu keçirilib. Sorğuya daxil edilən suallardan biri hökumətin əsirlərlə bağlı aparmalı olduğu işlə əlaqəli olub. Yerevandan olan respondentlərin təqribən 49 faizi Paşinyanın əsirlərin qaytarılması ilə bağlı işindən narazıdır.

 

 GALLUP Beynəlxalq Assosiasiyasının Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardiyanın verdiyi məlumata görə,  sorğu iştirakçılarının  34,8 faizi əsirlərin geri qaytarılması məsələsində baş nazirin fəaliyyətinitamamilə mənfi”, 14,3 faiz isəolduqca mənfiqiymətləndirib. Respondentlərin təxminən 18,9 faizitamamilə müsbət”, 19 faizikifayət qədər müsbətqiymət verib.

 

Yerevan sakinlərindən həmçinin 11 yanvar 2021-ci il tarixində Ermənistan, Rusiya Azərbaycan arasında imzalanmış üçtərəfli Bəyanata münasibətləri soruşulub. Respondentlərin 14,6 faizi imzanıtamamilə müsbət”, respondentlərin 21,9 faizikifayət qədər müsbət”, 13 faizikifayət qədər mənfi”, 24,4 faizitamamilə mənfiqiymətləndirib. Cavab verməyə çətinlik çəkənlər isə respondentlərin 26,1 faizini təşkil edib.

 

Ermənistanda sabiq  prezident Robert Koçaryanın işi üzrə növbəti məhkəmə iclası keçirilib. İclas azsaylı Koçaryan tərəfdarlarının etiraz aksiyası ilə müşayiət olunub.  Ermənistan Xalq Partiyasının sədr müavini Qriqor Arutyunyan həmin aksiyada səslənənəgər hakimiyyətdə Koçaryan, yaxud Sarkisyan olsaydı, ölkə Qarabağda müharibəni uduzmazdıməzmunlu fikirlərə münasibət bildirib. Deyib ki, əslində, Ermənistan bu müharibədə uduzmayıb, son 25 ildə uduzub. Əgər hakimiyyətdə Robert Koçaryan, Serj Sarkisyan ya Vazgen Manukyan olsaydı, Ermənistan uduzmazdı?” - deyə o, sual verib.

 

Arutyunyan sabiq prezidentin oğlu  Levon Koçaryana da sual verir: “Sənin atan şir ovlamağa gedəndə hansı pullarla gedirdi? Nəyə görə biz bu gün uduzmuşuq? Nəyə görə Koçaryanın oğlu atasına demir ki, şir ovuna getmək əvəzinə ordu üçün bir-iki PUA alardı?”

 

Ermənistanın keçmiş müdafiə naziri, İkinci Qarabağ müharibəsində iştirak edən Seyran Ohanyan payızda Ermənistan rəhbərliyinin cəbhədəki vəziyyətdən danışaraq erməni xalqını səhv istiqamətə yönləndirdiyinə bu gün Nikol Paşinyan komandasının, sadəcə, susduqlarına diqqət çəkib. Deyib ki, Paşinyan niyə erməni əsirlərinin geri qaytarılması məsələsini həll edə bilmədi: “Bilirsiniz, səlahiyyətlilər bu sualın cavabını verməlidir. Müharibəboyu “Biz qalib gələcəyik!” şüarı altında yürüdülən siyasət nəticəsində məğlubiyyətə düçar olduq, amma indi hakimiyyət “Biz susuruq!” şüarı altında hərəkət edir. Onlar insanların bu suallarına cavab verməlidirlər”.

 

Ohanyan etiraf edib ki, Şuşa həm sayca, həm də texniki imkanlarına görə Azərbaycan Ordusunun üstünlüyü üzündən əldən gedib. Onun sözlərinə görə, noyabrın 5-də ermənilər üç tərəfdən blokadaya alınıb və noyabrın 6-da Şuşanı tərk ediblər.

 

Qeyd edək ki, S.Ohanyan hərbi əməliyyatlar zamanı  Şuşada işğalçı ordunun bölmələrinə rəhbərlik edənlərdən biri idi. Bir vaxtlar Ermənistan ordusunun qüdrətindən dəm vuran müharibə canisi Azərbaycan Ordusunun rəşadətli hücumu zamanı geriyə də baxmadan qaçmışdı.

 

 

 

Paşinyanla Sarkisyanın gizli sövdələşməsi

 

 

 

Ermənistanın “İşıqlı Ermənistan” partiyası 44 günlük müharibəni və hərbi əməliyyatlaradək olan dövr ərzindəki vəziyyəti araşdırmağı təklif edib. “Qraparak” qəzeti yazır ki, deputat Edmo Marukyanın başçılıq etdiyi partiyanın təklifini Qaqik Sarukyanın “Çiçəklənən Ermənistan” partiyası, “Daşnaksütyun” və Aram Sarkisyanın “Respublika” partiyası dəstəkləyib. Nikol Paşinyanın “Mənim addımım” və keçmiş prezident Serj Sarkisyanın başçılıq etdiyi “Respublikaçılar”  partiyası bu təklifdən imtina edib.

 

Bildirilir ki, təklifə əsasən, araşdırma komissiyasının tərkibinin 16 nəfərdən ibarət olması, parlamentdəki fraksiyaların hər birindən 4 namizəd, parlamentdənkənar 3 partiyanın hərəsindən bir namizəd irəli sürülməsi təklif edilir. Qəzet yazır ki, mütəxəssislər Paşinyan və Sarkisyanın partiyalarının təklifi dəstəkləməməsini təsadüfi saymırlar. İndiyədək parlamentdə 2016-cı ilin aprel döyüşlərini araşdıran komissiya fəaliyyət göstərir. Ehtimal olunur ki, bundan sonra həmin komissiya öz işini dayandıracaq. Müxalifətin təklifindən imtina edilməsi bununla bağlı ola bilər. Başqa sözlə, Nikol Paşinyanın aprel döyüşlərini araşdırmağı dayandırmasının qarşılığında Sarkisyan da 44 günlük döyüşlərin müzakirə olunmamasını dəstəkləyəcəyini bildirib.

 

Bütövlükdə, mövcud vəziyyət Ermənistanın üzləşdiyi siyasi böhranın daha da dərinləşəcəyindən xəbər verir. Belə bir  şəraitdə ölkədə iqtisadi sosial vəziyyətin daha da kəskinləşəcəyi proqnozlaşdırılır.

 

 

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2021.- 23 yanvar.- S.1;8.