Ukraynanın Prezidenti
Zati-aliləri cənab Volodimir Zelenskiyə
Hörmətli cənab Prezident.
Xarkov
şəhərindəki ahıllar evində baş vermiş
yanğın nəticəsində insan tələfatı xəbəri
məni olduqca kədərləndirdi.
Bu
faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə
və yaxınlarına, bütün Ukrayna xalqına şəxsən
öz adımdan və Azərbaycan xalqı adından dərin
hüznlə başsağlığı verir, xəsarət
alanların tezliklə sağalmasını diləyirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 yanvar
2021-ci il.
Azərbaycan.-2021.- 24 yanvar.- S.2.