İ.M.Hacıyevin “Şöhrət”
ordeni ilə təltif edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda
elmin inkişafında xidmətlərinə görə
İsmayıl Muxtar oğlu Hacıyev “Şöhrət” ordeni
ilə təltif edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 yanvar
2021-ci il
Azərbaycan.-2021.- 24 yanvar.- S.2.