Eyniadlı, eynitaleli
iki abidə
Füzuli şəhərində, eləcə də bu rayonun digər kəndlərində qədim abidələr, məscidlər çoxdur. Onlardan ikisi rayonun Qarğabazar kəndində yerləşir. Biri məsciddir. El arasında Şah Abbas məscidi kimi tanınır. Qarabağın ən qədim məscidlərindəndir. Elmi ədəbiyyatlarda isə adı fərqli - Hacı Qiyasəddin məscidi kimi qeyd olunur. Səbəbi məscidin qapı çatı üzərindəki kitabədə “Bu məscidi Böyük Allahın mərhəmətli bəndəsi Hacı Qiyasəddin tikdirib h. t. 1095” yazılmasıdır. Bu da miladi tarixi ilə 1683-1684-cü ilə uyğundur.
Məscid eyvansızdır. Yerli daş materiallarından inşa olunmuş bir zaldan ibarət
olub. Dam örtüyü tağtavan şəklindədir.
Tikilinin giriş qapısı nəzərə alınmasa,
ağac materialından
istifadə edilməyib.
Məscid kəndin mərkəzindəki
sal qayalı təpənin üstündə
inşa edilib. Onunla eyni dövrdə - XVII əsrdə inşa olunan karvansara isə həmin təpənin cənubunda yerləşir. Tədqiqatçıların məlumatına görə,
karvansara və məscid konstruksiyasının
memarlıq təhlili hər iki abidənin
eyni memar tərəfindən inşa
edildiyini deməyə
əsas verir.
Qarğabazar kəndində tikildiyi üçün Qarğabazar
karvansarası adı ilə tanınan karvansara 1681-ci ildə inşa olunub. Karvansara həmin
kəndin mərkəzində,
çox da hündür olmayan bir təpənin döşündə tikilib.
Tikilinin eni 23,7 metr, uzunluğu
isə 34,7 metrdir. Bu tarixi abidəyə
bəzən Şah Abbas karvansarası da deyirlər. Karvansaranın memarının adı
məlum deyil.
Qarğabazar karvansarası memarlıq üslubuna görə
Alban dövrü memarlıq
ənənələrinin bənzəridir. Girişin
sağ və sol tərəflərində gözətçi
otaqları qarşısında
iki böyük sal daş var. Araşdırıcıların fikrincə, gözətçilər
həmin daşların
üstündə dayanıb,
karvansaraya daxil olan karvanların yüklərinə baxırmışlar.
Qeyd edək
ki, Azərbaycanın erməni işğalı
altında qalmış
digər yerlərində
olduğu kimi, Füzuli rayonunun ərazisindəki qədim,
tarixi abidələrimiz
də dağıntıya
məruz qalıb. Hacı Qiyasəddin
məscidi də erməni vandalları tərəfindən dağıdılıb.
Qəddar düşmənin xain əlləri məscidin yaxınlığında
yerləşən karvansaraya
da uzanıb.
Azərbaycanın daşınmaz tarixi abidələrindən hesab
edilən bu karvansara da erməni
vandallığının qurbanı
olub. XX əsrin sonuncu
onilliyində Qarğabazar
kəndinin işğalından
sonra ermənilər bu tarixi-memarlıq abidəsini mal tövləsinə
çevirmişdilər...
Azərbaycan.-2021.-
24 yanvar.- S.7.