“Azərbaycan İnvestisiya
Holdinqinin fəaliyyətinin təmin edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin
2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası
Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək
dövlət şirkətlərinin
və müəssisələrinin,
habelə dövlət
payı olan təsərrüfat cəmiyyətlərinin
siyahısı”na aşağıdakı
məzmunda 16-1-ci hissə
əlavə edilsin:
“16-1. Bakı Nəqliyyat
Agentliyinin tabeliyindəki
“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti”.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 yanvar
2021-ci il
Azərbaycan.-2021.- 26 yanvar.- S.2.