Azərbaycan
Respublikası Prezidentinin “Aqrar
sahədə idarəetmənin təkmilləşdirilməsi
və institusional islahatların sürətləndirilməsi
ilə bağlı tədbirlər haqqında” 2014-cü il 16 aprel tarixli
152 nömrəli və “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin
fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli
148 nömrəli fərmanlarında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin
fəaliyyətinin tənzimlənməsi
ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin
2020-ci il 17 avqust tarixli 1137 nömrəli Fərmanının
icrasını təmin
etmək məqsədilə
qərara alıram:
1. “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi
və institusional islahatların sürətləndirilməsi
ilə bağlı tədbirlər haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2014-cü il
16 aprel tarixli 152 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2014, ¹ 4, maddə 368; 2016, ¹ 2 (II kitab), maddə 251, ¹ 8, maddə 1384) 2.10-cu bəndi
ləğv edilsin.
2. Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 26
iyun tarixli 148 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2018, ¹ 6, maddə 1238, ¹ 10, maddə
1991, ¹ 11, maddə 2287; 2019, ¹ 3, maddə 411, ¹ 4, maddə
619, ¹ 5, maddələr 839, 855, ¹ 6, maddə 1027, ¹ 12, maddə
1921; 2020, ¹ 1, maddə 5, ¹ 2, maddə 100, ¹ 8, maddə
1039, ¹ 11, maddə 1357) ilə
təsdiq edilmiş “Kiçik və orta biznes evlərində
mikro, kiçik və orta sahibkarlıq
subyektlərinə göstərilən
xidmətlərin siyahısı”nın
9-cu hissəsinin “Göstərdiyi
xidmətlər” sütununun
1-ci bəndində “Aqrolizinq”
sözü “Aqroservis”
sözü ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 yanvar
2021-ci il
Azərbaycan.-2021.- 26 yanvar.- S.2.