Koronavirusla
mübarizə davam edir
Ötən il martın 11-də
Ümumdünya Səhiyyə Təşkilatının
pandemiya elan etdiyi koronavirus hələ
də bəşəriyyətin dəhşətli kabusudur. Tarixdən də məlumdur ki, müxtəlif vaxtlarda
belə, hətta bundan da
dəhşətli bəlalar Yer üzünü dolaşıb. Hər zaman da insan
iradəsi, çalışmaları, cəhdləri
qarşısında geri çəkilməli
olub. Ancaq təəssüf ki, qlobal pandemiyalar çox insanın həyatına son qoyub. Koronavirus
da can almaqda
davam edir.
COVID-19 qurbanlarının sayı
2 milyonu ötüb
Ümumdünya Səhiyyə Təşkilatının
açıqladığı statistika COVID-19-un yayılmaqda
davam etdiyini göstərir. Belə ki, koronavirus
infeksiyasına yoluxma halları sürətlə
geniş miqyasda artmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının
məlumatına əsasən,
dünyada COVID-19-a yoluxma
hallarının ümumi
sayı 96 milyonu, ölüm hallarının
sayı 2 milyonu ötüb.
Azərbaycanda 229358 nəfər koronavirusa yoluxub. Bu təhlükəli
virus səbəbindən 3100 nəfər həyatını
itirib. Yoluxanlardan 221116 nəfəri sağalıb. Aktiv xəstə
sayı 5142 nəfərdir.
Koronavirusa yoluxma və
ölüm sayında
müşahidə olunan
azalmalar ümidvericidir.
Sevindiricidir ki, ölkəmizdə
koronavirusla bağlı
müsbət tendensiya
əldə olunub.
Karantin rejiminin, sosial məsafənin qorunmasının
və maska taxmaq zərurətinin virusun yayılma sürətini azaltdığını
söyləmək olar.
Pandemiya vəziyyəti nəzarət
altına alınıb. Sağalmanın yoluxmanı üstələməsi,
eyni zamanda, bu istiqamətdə fərqin getdikcə böyüməsi Azərbaycanda
həyata keçirilən
sistemli tədbirlərin
öz bəhrəsini
verdiyini söyləməyə
əsas verir.
Müsbət tendensiya bir sıra yumşaldılmaların
tətbiqi ilə nəticələnib. Belə ki, sərtləşdirilmiş
xüsusi karantin rejimi çərçivəsindəki
məhdudiyyətlərin bir
qismi yanvarın 18-dən
yumşaldılıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, həmin tarixdən 5 şəhər
və 12 rayonda yaşayış yerini və olduğu məkanı SMS icazə,
icaze.e-gov.az portalı və
xidməti vəsiqə
əsasında tərk
etmək sistemi ləğv edilib.
Muzey və sərgi zallarının, ticarət obyektlərinin (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi
məkanlarda müştərilərə
yerində xidmət və iri ticarət
mərkəzlərinin, “Mall”ların
fəaliyyəti istisna
olunmaqla), bərbərxanaların,
gözəllik salonlarının
fəaliyyətinə və
kosmetik xidmətlərə,
şəhərlərarası və rayonlararası hərəkətə yanvarın
25-dən icazə verilib.
Ümumtəhsil müəssisələrində isə fevralın 1-dən
əyani tədrisin mərhələli şəkildə
bərpa edilməsi nəzərdə tutulub. Qeyd olunan
tarixdən etibarən
məktəbəhazırlıq qrupları, icma əsaslı məktəbəqədər
təhsil qrupları və ibtidai təhsil səviyyəsi üzrə tədrisin sanitar-gigiyenik tələbləri
nəzərə alınaraq
ənənəvi formada
təşkili nəzərdə
tutulur. İbtidai
siniflər üzrə
əyani təhsilin iri şəhərlərdə,
o cümlədən Bakı,
Sumqayıt və Abşeronda həftədə
3 dəfə, digər
bölgələrdə isə
həftədə 4-5 dəfə
olmaqla bərpası planlaşdırılır. Fevralın
1-dən sonrakı müddətdə
isə V-IX siniflərdə
təhsil alan
şagirdlərin tədrisə
ənənəvi qaydada
cəlb olunması barədə qərar veriləcək.
Həmçinin fevralın 1-dən eyni
zamanda ölkə ərazisində ictimai iaşə obyektlərində,
restoran, kafe, çay evləri və bu kimi
digər məkanlarda müştərilərə saat
06:00-dan 00:00-dək yerində xidmətlər də bərpa olunacaq.
Bakı Metropolitenində sərnişindaşımanın
fəaliyyətinə tətbiq
olunan məhdudiyyət
qüvvədə qalır. Bütün ölkə
ərazisində şənbə
və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə
tətbiq olunan məhdudiyyət, eləcə
də digər qadağalar xüsusi karantin rejiminin sonunadək tətbiq olunacaq. Virusun yayılmasının və onun törədə
biləcəyi fəsadların
qarşısının alınması
məqsədi ilə ölkə ərazisində
xüsusi karantin rejiminin müddəti 1 aprelədək uzadılıb.
Araşdırmalar davam edir
Dünya alimləri araşdırmalarına
davam edir. Yeni nəticələrə
gəlinir. Şimali Arizona Universitetinin və Genomika Translyasiyası Tədqiqat İnstitununun alimləri uzunmüddətli
araşdırmalardan sonra
belə qənaətə
gəliblər ki, insan orqanizmi koronavirusdan sağalandan sonra SARS CoV-2 virusunu “yadında saxlayır”.
Bu da həmin
xəstəliklə mübarizədə
kömək edə bilər.
Alimlər immunitet sisteminin bir neçə koronavirusa necə reaksiya verdiyini analiz ediblər. Aydınlaşdırıblar ki, koronavirusdan
sağalan xəstələrdə
SARS-CoV-2 virusu anticisimlərin
reaksiyası ilə üzləşir. Alimlər nəticələrin
koronavirus xəstələrinin
diaqnostikası və müalicəsində yeni üsulların inkişafına
kömək edəcəyinə
inanırlar.
Təhlükəli virusdan qorunmağın ən effektiv yolu
Yoluxma və ölüm sayının azalması hələ ki bu qlobal bəlanın sonunun yaxınlaşdığını söyləməyə əsas vermir. Koronovirusa yoluxmamaq üçün ayıq-sayıq olmaqda davam etmək, lazımi tədbirlər yerinə yetirmək zərurəti qalmaqdadır. Dövlət tərəfindən pandemiyaya qarşı mübarizə hərtərəfli davam etdirilir. Ancaq təcrübə göstərir ki, COVID-19-la mübarizə yalnız dövlətin və ayrı-ayrı adamların vəzifəsi deyil. Hər kəs həm özünün, həm də başqalarının sağlamlığını düşünməlidir. Bu sadə qaydalar - maska taxmaq, sosial məsafə saxlamaq, gigiyenik qaydalara riayət etmək vacibdir. Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.
Hazırda mütəxəssislər bu təhlükəli virusdan qorunmağın ən effektiv yolunun vaksinasiya olduğunu bildirirlər. Artıq dünyanın əksər ölkələrində koronavirus əleyhinə peyvənd edilməsinə başlanılıb. Azərbaycanda da vaksinasiya prosesinə start verilib. Nazirlər Kabinetinin 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nda COVID-19 infeksiyası əleyhinə vaksinasiya ilə əhatə olunan əhali qrupları sosial və tibbi cəhətdən yüksək risk qrupu olaraq ayrılır. Sosial cəhətdən yüksək risk qrupuna səhiyyə işçiləri, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbi qulluqçular, təhsil sahəsində və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, “ASAN xidmət”, DOST mərkəzlərində, ictimai nəqliyyat sektorunda, telekommunikasiya operatorları və provayderləri, poçt sahəsində, bank sektorunda birbaşa əhali ilə təmasda olan işçilər aiddirlər.
Tibbi cəhətdən yüksək risk qrupuna yaşı 65-dən yuxarı olan, yəni yaşlı əhali, tənəffüs sisteminin xroniki xəstəlikləri, xroniki hemodializ xəstələri, II tip şəkərli diabetdən əziyyət çəkən 50 yaşdan yuxarı əhali, 18 yaşından yuxarı piylənmədən əziyyət çəkənlər aiddirlər.
Ümid edilir ki, vaksinasiya prosesi genişləndikdən sonra ölkədə vəziyyət daha da yaxşılaşacaq. İnsanların koronovirusdan qurtulması, xiffətini çəkdikləri normal həyata dönmələrinin dəqiq tarixini söyləmək isə hələ də mümkünsüz kimi görünür. Ancaq qeyd etdiyimiz kimi, həyat və insan iradəsi mütləq bütün qlobal bəlalar kimi pandemiyanın da sonunu gətirəcək.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2021.- 27 yanvar.- S.1;10.