Biz Qarabağı yenidən qurub əvvəlkindən də abad edəcəyik

 

Bunun üçün dövlətimizin maddi imkanı və xalqımızın mənəvi gücü yetərincədir

 

 

 

Prezident İlham Əliyevin yanvarın 14-də işğaldan azad edilmiş ərazilərə növbəti səfəri zamanı verdiyi bəyanatların iqtisadi-siyasi və hərbi əhəmiyyəti günü bu günəcən şərh olunur. Xüsusilə yeni obyektlərin təməlinin qoyulması beynəlxalq aləmə ciddi mesaj kimi qəbul edilir.

 

Bildirilir ki, Prezident bununla bütün dünyaya bəyan edir ki, bu torpaq bizimdir, ona görə də düşməndən fərqli olaraq onu dağıdaraq viran qoymuruq, əksinə,  yenidən qururuq və cənnətə çevirəcəyik. İnsan heç vaxt özünə məxsus olanı dağıtmaz, deməli, bu ərazilər ermənilərə deyil, bizə məxsusdur.

 

Səfər zamanı dövlət başçısının təməlini qoyduğu obyektlərin nəqliyyat infrastrukturu ilə bağlı olması təsadüfi deyil. Çünki infrastruktur yaratmadan bölgəni yenidən qurmaqinkişaf etdirmək mümkün deyil.  Şuşaya qısa zamanda yeni yolun çəkilməsinə qərar verilməsibununla bağlıdır. Həmçinin Füzulidə hava limanının təməlinin qoyulmasının xüsusi iqtisadisiyasi mənası var. Bu layihənin iqtisadi əhəmiyyəti işğaldan azad olunan ərazinin ölkəmiz üçün xüsusi önəm daşıdığını dünyaya bildirilməklə  xarici investorların bölgənin bərpasına cəlb edilməsidir. Siyasi əhəmiyyəti isə odur ki, biz bölgədə söz sahibiyik və dağlıq Qarabağın üzərində nəzarət Azərbaycana məxsusdur.

 

Qeyd edək ki, xarici investorlar hər hansı bir əraziyə sərmayə qoyarkən, ilk növbədə, oradakı infrastrukturu nəzərə alırlar. Bu üzdən Prezident İlham Əliyev bölgədə avtomobil, dəmir yoluhava nəqliyyatı infrastrukturunun yaradılmasına xüsusi əhəmiyyət verir. Yeri gəlmişkən, bir mühüm məqama da toxunaq: Prezident  10 noyabr Bəyanatı imzalandıqdan sonra bildirib ki, Naxçıvana dəhlizin açılmasının sənədə salınması onun tələbi ilə baş tutub. Qeyd edək ki, bəyanatda torpaqlarımızın azad olunmasından sonra ən çox əhəmiyyət daşıyan məsələlərdən biri də Naxçıvana birbaşa yolun, o cümlədən dəmir yolu xəttinin açılmasıdır. Bu, təkcə Azərbaycanın ayrılmaz  hissəsi olan Naxçıvana yolun açılması deyil, həm də ölkəmizə mühüm tranzit ölkə statusunun qazanmasında əlavə imkanlar yaradır. Məlumdur ki, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsi ilə Şərqlə Qərb arasında mühüm tranzit ölkə statusunu qazanmışıq. Mehri dəhlizindən Naxçıvana dəmir yolunun açılması isə ölkəmizə əlavə imkanlar qazandıracaq. Belə ki, bu gün dünyada marşrutların şaxələnməsinə, əlavə yolların mövcudluğuna xüsusi əhəmiyyət verilir.

 

Hazırda Çinlə Avropa arasında ticarət dövriyyəsinin dəyəri 1 trilyon dollardan çoxdur. Pandemiya başa çatdıqdan sonra dünyada ticarətin dirçələcəyi də məlumdur. Azərbaycan isə belə bir zamanda yüklərin Çindən Avropaya və əks istiqamətə daşınmasında  əlverişli ölkəyə çevrilib. Üstəlik əlavə marşrut ölkəmizə yüksək gəlir gətirməklə yanaşı, həm də əlavə siyasi dividendlər də qazandıra bilər.

 

Bu yeni dəmir yolu xətti eyni zamanda qardaş Türkiyə ilə iqtisadi əlaqələrimizi yaxşılaşdıracaq, Naxçıvanın həm Avropaya, həm də Şərqə qapılarını açacaq, muxtar respublikanın iqtisadi inkişafını sürətləndirəcək. Üstəlik Türkiyənin Orta Asiya ölkələri ilə iqtisadisiyasi əlaqələrinin genişlənməsinə imkanlar yaranacaq. Səbəbsiz deyil ki, bir çox ermənipərəst siyasətçilər və politoloqlar 10 noyabr Bəyanatındakı bu bəndi ölkələrinin geosiyasi maraqlarına təhlükə kimi görürlər. Bu səbəbdən çalışırlar ki, bu bəyanatdakı həmin bəndin icrasına mane olsunlar.

 

Prezident İlham Əliyevin səfər zamanı Şuşada ilk görüşü hərbçilərlə keçirməsi də təsadüfi deyil. Dövlət başçısı bununla dünyaya və ermənilərə göstərdi ki, Şuşa fatehləri hələ buradadır. Çünki hələ də Ermənistanda Dağlıq Qarabağın “statusunu “diriltmək” və revanş almaq istəyənlər var. Amma onlar unudurlar ki, onların bu arzuları çoxdan cəhənnəmə göndərilib.

 

Buna baxmayaraq, xam xəyala düşənlər ATƏT-in Minsk qrupunun həmsədri olan FransaABŞ-lastatus” məsələsi ətrafında yeni siyasi oyunlara başlamaq istəyirlər. Ermənistan xarici işlər naziri A.Ayvazyanın yanvarın 20-də ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin Ermənistandakı səfirləri ilə görüşübu amala xidmət edirdi.

 

O ki qaldı ermənilər tərəfindən orada-burada səsləndirilən revanş çağırışlarına, yenidən müharibə aparıb itirdiklərini geri alacaqları barədə bəyanatlarına, onlara Şuşada layiqli cavab verilib. Prezident İlham Əliyev qəti şəkildə həmin qüvvələrə xəbərdarlıq edərək bildirib: “Mən demişəm ki, əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə, o, bizim dəmir yumruğumuzu bir daha görəcək. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, cavabımız çox sərt olacaq, çox peşman olacaqlar və yenə də acı məğlubiyyətlə üzləşəcəklər... Bu gün Dağlıq Qarabağda özünü siyasətçi adlandıran bəzi ünsürlər yenə də baş qaldırmağa çalışırlar. Unutmasınlar, bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın. Yoxsa ordu qurub torpaqları geri alacaq? Gəlin, alın. Gəlin bura, siz burdasınız, yaxındasınız. Gəlin alın, görüm necə alırsınız? İti qovan kimi qovmuşuq sizi, rədd etmişik, cəhənnəmə göndərmişik”.

 

 

Rüstəm KAMAL,

Azərbaycan.-2021.- 27 yanvar.- S.1;10.