T.Ə.Bakıxanovun “Şərəf”
ordeni ilə təltif edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan
musiqi mədəniyyətinin inkişafında böyük xidmətlərinə
görə Tofiq Əhməd
Ağa oğlu Bakıxanov “Şərəf” ordeni ilə təltif
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 yanvar
2021-ci il
Azərbaycan.-2021.- 27 yanvar.- S.2.