R.N.Quluzadənin Azərbaycan
Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən
azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilsin.
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 26 yanvar 2021-ci il.
Azərbaycan.-2021.- 27 yanvar.- S.2.