Xarrat QulununKor Xəlifənin məktəbləri

 

 

Muğam məclisləri XIX əsrin ikinci yarısında Bakı, Şamaxı, Şuşa kimi iri mədəni mərkəzlərdə müxtəlif şəxslər - görkəmli şair və musiqiçilər, mədəniyyət hamiləri - mesenatlar, eləcə də zadəganlar tərəfindən onların öz saraylarında və kübar salonlarında təşkil olunardı. Bunlar bəzən “musiqi dərnəyi” və yamusiqi salonuda adlandırılırdı.

 

Şuşada “Nəvvabın məclisi”, Şamaxıda “Mahmud ağanın dərnəyi”, Bakıda isə “Məşədi Məlik Mənsurovun salonuqeyd olunurdu. Bütün bu musiqi məclisləri əsl musiqi məktəbi idi. Belə məclislər musiqisevərlər tərəfindən keçirilirdi.

 

Tədris ocağı kimimuğam məktəbi” ilk dəfə XIX əsrin ortalarında Xarrat Qulu tərəfindən yaradılmışdır. Məktəb əsasən dini məqsədlərə xidmət etmişdir. Xarrat Qulu dini mərasimlərdə (məhərrəmlik təziyəsində) iştirak etmək üçün gözəl səsi olan gəncləri öz məktəbinə cəlb edir, onlara muğamatı və oxumaq qaydalarını öyrədirdi. Lakin inkar olunmaz bir faktdır ki, bu məktəb sonradan muğamı tədris edən musiqi məktəblərinin təşkilində nümunə olmuşdur.

 

Xarrat Qulunun musiqi məktəbi dinə xidmət etsə də, Azərbaycan muğam sənətinin inkişafında mühüm rol oynamış bir sıra ustad sənətkarların yetişməsinə səbəb olmuşdur. Qarabağın ən görkəmli xanəndələri Hacı Hüsü, Məşədi İsi, Dəli İsmayıl, Şahnaz Abbas, Əbdülbağı Zülalov (Bülbülcan), Keştazlı Həşim, Keçəçi oğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu və tarzən Sadıqcan həmin məktəbin yetirmələridir.

 

Kor Xəlifənin məktəbi də 1883-cü ildən 1893-cü ilə qədər Şuşada fəaliyyət göstərmiş dini xarakterli musiqi məktəbi olmuşdur. Məktəb şəhərdə xəlifə vəzifəsində çalışan və dini işlərə nəzarət edən “Kor Xəlifə” ləqəbli Molla Əli Qarabaği tərəfindən açılmışdır. Burada dini elmlər geniş tədris olunsa da, Şərq şairlərinin və mütəfəkkirlərinin əsərləri, klassik muğamlar, onları oxumaq qaydaları, xanəndəlik sənətinin incəlikləri, musiqi nəzəriyyəsi və praktikası, muğam oxumaq, tar, kamança və digər musiqi alətlərində çalmaq da öyrədilir, klassik musiqi əhali arasında geniş yayılır, şagirdlər kamil musiqişünas, ədəbiyyatçı kimi yetişirdilər. Məktəbdə tez-tez poeziyamuğam müsabiqələri də təşkil edilir, daha çox istedadı olan gənclər üzə çıxardılır, onları həvəsləndirmək üçün mükafat verilirdi. Onillik fəaliyyəti dövründə Kor Xəlifənin məktəbi nəinki Qarabağda, həmçinin qonşu vilayətlərdə və İranda da tanınmışdı. Bu təhsil müəssisəsi Qarabağ əhalisinin mədəni inkişafına böyük təsir göstərmiş, Şuşanın Zaqafqaziyanın musiqi mərkəzinə çevrilməsində mühüm rol oynamışdı.

 

 

Azərbaycan.-2021.- 27 yanvar.- S.8.