Ədəbi məclislər
XIX əsrin sonlarında Şuşada mətbəələr açılır, kitablar nəşr edilib əhali arasında yayılırdı. Bu işlərdə dövrün tanınmış alimi, ədibi, şairi, musiqişünası və xəttatı Mir Möhsün Nəvvab Qarabaği fəal iştirak edirdi.
M.M.Nəvvab
1903-cü ildə Şuşada Yuxarı Gövhər ağa məscidinin
həyətindəki birmərtəbəli binada qiraətxana-kitabxana
açmış, buraya Bakıdan “Əkinçi”, Tiflisdən
“Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Qafqaz”,
Hindistandan “Həblül-mətin”, Bağçasaraydan “Tərcüman”
qəzetlərini, İstanbuldan, Tehrandan, Moskvadan, Peterburqdan qəzet
və jurnallar gətirtdirmişdi. Əbdülkərim
bəy Mehmandarov, Nəcəf bəy Vəzirov,
Əhməd bəy Ağayev, Cəlil Məmmədquluzadə,
Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Fərhad
Ağazadə və dövrün onlarca görkəmli və tanınmış
ziyalıları vaxtaşırı burada
ədəbi məclislərdə iştirak
etmişlər. Həmin məclislərin hər biri əsl sənətkarlıq məktəbinə
çevrilmiş, səsi-sədası iri şəhərlərə, əyalətlərə
yayılmışdır.
Azərbaycan.-2021.- 27 yanvar.- S.8.