Birinci vitse-prezident Mehriban
Əliyeva Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi Instaqram səhifəsində
31 Mart – Azərbaycanlıların Soyqırımı
Günü ilə bağlı paylaşım edib.
Birinci
vitse-prezidentin paylaşımında deyilir: “Azərbaycan xalqı günahsız
soydaşlarımızın qətlə yetirildiyi
faciələri heç zaman
unutmayacaq! Biz o dəhşətli hadisələr
haqqında həqiqətləri təhrif olunma
cəhdlərindən hər zaman
qoruyacağıq. 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı
törədilmiş soyqırımı qurbanlarının nurlu xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət
eləsin”.
Azərbaycan.-
2022.- 1 aprel.- S.1.